Web-səhifələri iki qrupa ayırmaq olar




Download 0.9 Mb.
bet1/2
Sana22.03.2021
Hajmi0.9 Mb.
  1   2

HTML

Web-səhifələr

Web-səhifə - adi mətn faflı olub, onda xüsusi əmrlərin köməyi ilə səhifənin tərtibatı və materialın yerləməsi verilir. Bütün şəkillər, animasiya, Java appletləri və s. ayrı-ayrı fayllar şəklində yazılmalıdırlar.

Web-səhifələri iki qrupa ayırmaq olar:

- statik (onlar çox vaxt *.htm və ya *.html genişlənməsinə malikdirlər) - bu səhifələr diskə hazır şəkildə yazılırlar və dəyişmirlər.

- dinamik (*.shtml, *.asp, *.php, *.pl genişlənməsi ilə) - tamamilə və ya qismən sorgu anında serverdə yaradılırlar (məsələn, verilənlər bazasından lazım olan informasiyanı seçir və onu İnternet kanalları ilə Web-səhifə şəklində ötürür).

Ekranda Web-səhifəyə baxmaq üçün xüsusi proqram - brauzer lazımdır. Windows ƏS-nin bütün müasir versiyaları İnternet Explorer brauzeri ilə təhciz olunub. Bir çox istifadəçilər Google Chrome, Mozilla Firefox, həmçinin çox kompakt və sürətli Opera brauzerlərini seçirlər.



HTML dili

Biz həm statik, həm də dinamik Web-səhifələrin yaradılması ilə tanış olacayıq. Belə səhifələrin yaradılmasında həm HTML (Hypertext Markup Language - hipermətnin nişanlanması dili), həm də JavaScript dillərindən istifadə olunur. Əvvlcə onu qeyd edək ki, hipermətn - hiperistinadı olan sənədə deyilir. Bu istinadlar lokal kompyuterdə və ya İnternet şəbəkəsində olan digər sənədlərə ola bilər ki, onların üzərində vurmaqla əlaqəli sənədə keçmək olar.

Web-səhifələri nişanlamaq üşün, yəni onda mətni, cədvəli, şəkli, siyahını və s. yerləşdirmək üçün HTML dili xüsusi əmrləri (onlar teqlər adlanır) istifadə edir. Brauzer belə faylı oxuduqda, bu əmrləri emal edir və səhifəni ekrana çıxarır. Ona görə də eyni bir Web-səhifəni müxtəlif brauzerlər ekrana müxtəlif cür çıxara bilərlər.

Web-səhifənin yaradılması

Web-səhifənin yaradılmasını bir-neçə etapa bölmək olar:

1. İxtiyari mətn redaktorunun köməyi ilə HTML dilinin əmrlərini saxlayan mətn faylını yaradırıq. Burada standart proqramlardan NotePad (Блокнот) və ya WordPad və həmçinin sistemin daxilində yerləşdirilmiş ixtiyari mətn redaktor-undan istifadə etmək olar. Diqqət edin ki, fayl sadə mətn şəklində (tərtibatsız) saxlanmalı və *.htm və ya *.html genişlənmələrinə malik olmalıdır. Azərbaycan hərfləri Windows kodlaşdırmasında yığılmalıdır.

2. Faylı brauzerdə açmalı. Bunun üçün iki üsuldan istifadə etmək olar:

- Brauzeri açıb, menyunun Файл-Открыть punktunu seçib, faylı diskdə tapmaq;

- Faylı bələdçidə (Проводник və ya Мой компьютер vasitəsi ilə) tapıb, onun üzərində iki dəfə vurmaqla onu açmaq. Bu vaxt sözsüz qurulmuş brauzer işə düşəcək.

3. Səhifəyə düzəlişlər etmək üçün brauzerin Вид menyusundan Править в Блокнот əmrini seçmək olar. Bu zaman ilkin fayl Блокнот-da və ya WordPad-də (Opera brauzeri üçün) açılacaq. Dəyişikliklərdən sonra faylı saxlamaq lazımdır, brauzerin pəncərəsinə keçməli (tapşırıqlar panelinin köməyi ilə) və sənədi yeniləş-dirməli (F5 və ya Обнавить düyməsini sıxmaqla).

Teqlər

İnformasiyanın Web-sənəddə yerləşdirilməsi xüsusi əmrlərin - teqlərin koməyi ilə verilir. Teq - brauzerin başa düşdüyü əmrdir. Teqlər < və > künc mötərizələrə alınır. Teqləri həm kiçik həm də böyük həriflərlə (və hətta qarışıq ) yazmaq olar.

Teqlər cüt və cüt olmayan olurlar. Cüt olmayan teq onu bildirir ki, bu yerdə hər hansı bir element, məsələn şəkil və ya ayırıcı xətt, yerləşdirmək lazımdır. Məsələn,
teqi mətndə yeni sətrə (abzas boşluğu olmadan) keçidi bildirir.

Cüt teq iki hissədən ibarətdir: açan və bağlıyan teqlər. Bağlıyan teq açan teqlə eyni ada malikdir, lakin onun adının qabağında / (sleş) işarəsi qoyulur. Məsələn,



......


cüt teqi çox nöqtələrin yerində yerləşən bütün informasiyanı səhifənin mərkəzinə düzləndirir.


Sadə səhifə

Səhifə teqi ilə başlayır və bağlayıcı teqi ilə bağlanır. Səhifənin içindəkilər onlar arasında olur və iki hissəyə bölünür ki, onlar və cüt teqləri arasında olurlar.



(ing. head - baş) teqiində teqində yazılmış səhifənin başlığı, və digər xidməti informasiya, məsələn axtarış maşınları üçün açar sözlər, yerləşir.

(ing. body - gövdə) teqinin daxilində olan bütün hər şey brauzerin işçi sahəsinə çıxarılır. Məhz bu blokun daxilində mətni, şəkilləri, cədvəlləri və s. yerləşdirmək lazımdır.

Aşagıda sadə Web-səhifənin HTML dilində nümunəsi verilib:







Mənim ilk Web-səhifəm



Salam! Mən BKK tələbəsiyəm.

Miladiyyə tarixinin 1894-cü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məmmədhəsən əminin uzunqulağı oğurlanıb.

Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq;...


Miladiyyə tarixinin 1894-cü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məmmədhəsən əminin uzunqulağı oğurlanıb.

Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq;...

teqinin parametrlərində dəyişmək olar:



LİNK parametri adi istinadın rəngini, VLİNK - baş çəkilmiş istinadın rəngini, ALİNK - mausun kursorunun üzərində olduğu istinadın rəngini müəyyən edir.


Saytın digər səhifələrinə olan istinadlar

Əgər əlaqəli sənəd cari səhifə ilə eyni kompyuterdə yerləşirsə, onun nisbi ünvanını (cariyə nisbətən) göstərmək lazımdır. Qətiyən diskin adını və fayla olan mütləq ünvanı göstərmək məsləhət görülmür, çünki saytı diğər kompyuterə və ya kataloqa yerini dəyişdikdə belə istinadlar işləməyəcək.

Cari kataloqda olan sənədə istinad üçün yalnız faylın adını göstərmək lazımdır, məsələn, Cədvəllər səhifəsinə istinad belə olacaq:

Cədvəllər

Numune altkataloqunda olan index.html sənədinə istinad belə yazılacaq:

Nümunələr

Nisbi ünvanlarda .. simvollarından istifadə etmək olar ki, onlar cari kataloqdan üst kataloqa çıxışı müəyyən edir. Məsələn,

Nümunələr

istinadı cari kataloqun yanında olan text kataloqunun index.html faylı ilə əlaqəlidir. Fikir verin ki, kataloqların adlarını ayıran əyri xətt (sleş) uyğunluq xatirinə UNİX və bu kimi sistemlərdə yolları göstərmək üçün qəbul olunmuş qaydaya əsasən, sağa əyrilməlidir.
İnternetdə olan saytlara istinadlar

İnternetdə olan sayta istinad etmək üçün, protokol, sayt, kataloq və faylın adı daxil olmaqla, sənədin tam URL (Uniform Resorse Location - resursların vahid göstəricisi) ünvanını göstərmək lazımdır. Məsələn, http://www.day.az/xeber.shtml faylı ilə əlaqəli olan Xəbər istinadı belə yazılır:

Xəbər

Əgər ünvanda yalnız protokol və saytın ünvanı göstərilibsə, saytın adı index.htm, index.html və ya default.htm olan (bu saytın yerləşdiyi Web-serverdən asılıdır) baş səhifəsi açılır.



teqi həmçinin TARGET parametrinə malikdir. O brauzerə pəncərənin harada açılmasını göstərir. Ondan sonra açıq pəncərənin adı (əgər belə pəncərə yoxdursa onda bu adda yeni pəncərə açılır) və ya aşağıdakı qiymətlər durur:

- _blank - yeni pəncərədə açmaq

- _parent - valideyn pəncərədə açmaq

- _top - tam ekranda açmaq

- _self - hiperistinada mausla vurulan eyni pəncərədə açmaq.

İkinci və üçüncü qiymətlər freymlərlə işləyərkən istifadə olunur. Məsələn, həmişə yeni pəncərədə açılan www.day.az saytına olan istinad belə yazılır:



< A HREF="http:// www.day.az " TARGET="_blank">www.day.az
Səhifə daxilində istinad

HTML dili səhifə daxilində, həmçinin elə bu səhifənin ixtiyari hissəsinə və ya ixtiyari digər səhifəyə istinadlar etməyə imkan verir. Bunun üçün lazım olan yerdə "lövbər" qurmaq lazımdır. Bunun üçün teqində adı və ya nişanı göstə-rən NAME parametri istifadə olunur. Bu səhifənin Saytın digər səhifələrinə istinadlar bölməsinə keçid belə olacaq:

" Saytın digər səhifələrinə istinadlar "

Istinadın işləməsi üçün, lazım olan yerdə "lövbər" qurmaq lazımdır:

otherrefs adı - lövbərin nişanıdır, HREF parametrində ona müraciət edəndə # simvolunu yazmaq lazımdır, o məhz faylın adını yox, nişanı göstərir.

Həmçinin digər faylda ixtiyari nişana keçmək olar. Məsələn, FONT teqinin parametrləri yazılmış texts.htm faylında font_tag nişanına keçid belə olcaq:

FONT teqinin parametrləri

Əlbəttə ki, texts.htm faylının lazım olan yerində font_tag adlı "lövbər" olmalıdır:






Download 0.9 Mb.
  1   2




Download 0.9 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Web-səhifələri iki qrupa ayırmaq olar

Download 0.9 Mb.