• Müsahibənin tam mətni
  • Yeni qurumların əsasnamələrini təqdim etməyə bir ay vaxt qoyuldu




    Download 2.98 Mb.
    bet7/90
    Sana24.03.2017
    Hajmi2.98 Mb.
    #1584
    1   2   3   4   5   6   7   8   9   10   ...   90

    Nazir qanundakı yenilikləri şərh edib


    11.12.2015

    Vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib, lakin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına artıqlaması ilə əməl olunub.

    Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan son qanunvericilik sənədlərinə toxunan nazir deyib: “Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

    Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30 000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcək.

    Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək.

    Digər mühüm məsələ ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərlə əlaqədardır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda belə məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200 000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

    Ticarət dövriyyəsi 200 000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər”.

    Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmindən danışan nazir qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim edilməsi (satılması) üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur: “Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxır.

    Fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.

    Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər hər kvadratmetr sahəyə görə 15 manat ödəyəcəklər. Yəni şəxslər yaşayış və qeyri-yaşayış sahələrini satdıqda və ya bağışladıqda vergi ödəməli olacaqlar.

    Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən tutulacaq və bu zaman hesablanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş zona əmsalları tətbiq olunacaq”.

    Fazil Məmmədovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər tikinti sektorunun fəaliyyətinin canlandırılmasına və bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi yükünün azaldılmasına hesablanıb: “İlk növbədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib”.

    Müsahibənin tam mətni



    Download 2.98 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   90




    Download 2.98 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Yeni qurumların əsasnamələrini təqdim etməyə bir ay vaxt qoyuldu

    Download 2.98 Mb.