• 65. ) Elektron-me­xa­niki üsul nə ilə xarakterizə olunur
  • Rəng nümunəsi hansı çap maşınında alınır?




    Download 82.93 Kb.
    bet3/3
    Sana10.05.2022
    Hajmi82.93 Kb.
    #20760
    1   2   3
    Bog'liq
    13 26 39 52 65

    52.Rəng nümunəsi hansı çap maşınında alınır?
    Çoxrəngli təsvirin keyfiyyətini qiymətləndirmək üçün rəng nümunəsindən istifadə edilir. Rəng nümunəsi ayrı-ayrı təsvirlər üçün hazırlana bilər. Lakin, tam səhifə üçün rəng nümunəsinin hazırlanması daha məqsədəuyğundur. Format üzrə məhdudiyyət olduğu üçün çap vərəqinə rəng nümunəsi hazırlamaq həmişə mümkün olmur. Rəng nümunəsinin köməyi ilə ayrı-ayrı təsvirlərin səhifədə düzgün yerləşməsinə, rənglərin üst-üstə düşməsinə nəzarət etmək olar. Lakin, bu müəyyən hədlərdə özünü doğruldur. Çünki rəng nümunəsinin alınma üsulu və istifadə olunan materiallar real çap prosesinin texnologiyasından və istifadə olunan materiallardan fərqlənir. Analoji rəng nümunəsi fotoformalardan istifadəyə bazalaşdırılmışdır. Tam rəngli təsvirlərin hazırlanması üçün üzərinə rəngli dizoqat çəkilmiş şəffaf plyonkadan istifadə olunur. Rəngli plyonkalar müvafiq rəngli boya üçün olan rastrlanmış rəngayırımlı fotoforma vasitəsi ilə eksponlaşdırılır. Sonra isə onlar məhlullarla aşkarlanır və daşıyıcı material üzərinə köçürülür. Buna misal olaraq “İmation” firmasının “Matchprint” və “Colour-key” və Fuji firmasının “Colour-Art-System” rəng nümunələrini göstərmək olar.
    Çap ottiski tirajın çap olunduğu kağızda tiraj boyaları ilə hazırlanmalıdır. Belə nümunə ottiskin hazırlanmasına çəkilən xərclər çox böyük olduğu üçün bu üsul yüksək keyfiyyət tələb olunduqda özünü doğruldur. Yüksək məhsuldarlıqlı çap maşınlarının boşdayanma hallarını aradan qaldırmaq üçün rəng nümunəsinin hazırlanmasında xüsusi ofset rəng nümunəsi dəzgahlarından istifadə edilir. Şəkil 1. Rəng nümunəsi hazırlamaq üçün yastı ofset çap nümunəsi dəzgahı (korrex 2000, FAG) a) çap nümunəsi dəzga b) çap formasının plitə üzərində bərkidilməsi; c) müstəvi stolda çap ottiski
    65. ) Elektron-me­xa­niki üsul nə ilə xarakterizə olunur?
    Bu üsul dərin çap formalarının elektron-mexaniki qravürlənməsi aralıq orijinaldan təsvirin skanlaşdırılması və forma silindri üzərində rastr yuvalarının qravürlənməsindən ibarətdir. Bu yuvalar klişelərin qravürlənməsində olduğu kimi eyni ilə həmin həndəsi formaya malikdirlər. Lakin onlar çap elementləridir. Onların sahələri və dərinlikləri əks olunan təsvirlərin tonallığından asılıdır. Tünd hissələrə nisbətən böyük sahəli və dərinlikli (40 mkmə qədər), işıqlılara isə sahəsi və dərinliyi kiçik olan (5-6 mkm-ə qədər) yuvalar uyğundur. Uyğun olaraq təsvirlərin ottisk üzərində tonallığı çap elementlərinin müxtəlif sahələri və boya 13 qatının eyni olmayan qalınlığı hesabına ötürülür. Bu, hiss olunacaq qədər çap formalarının qradasiya imkanlarını genişləndirir və onları piqment üsulu ilə hazırlanmış formalara yaxınlaşdırır. Elektron-mexaniki üsul az əməliyyatlı, stabil, yüksək məhsuldarlıqlı olub, orijinalın qradasiyasından asılı olaraq çap elementlərinin verilmiş dərinliklərinin alınmasının imkanları və istehsal sahələrinin azad olunması, material sərfinin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması ilə xarakterizə olunur. Bununla bərabər bu üsul bahalı və mürəkkəb avadanlıqdan istifadə etməni, silindrlərin həndəsi formalarının yüksək dəqiqlik sinifli və yaxşılaşdırılmış keyfiyyətli mis qatının olmasını tələb edir. Dərin çap formalarının hazırlanmsı üçün xüsusi elektron-mexaniki qravüra avtomatlarından istifadə olunur. Bu avtomatların iş prinsipi oxşardır.
    Download 82.93 Kb.
    1   2   3




    Download 82.93 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rəng nümunəsi hansı çap maşınında alınır?

    Download 82.93 Kb.