• Metallurgiyada
  • 2. metallarin alinma üsullari t e. n., dosent, E. M. CavadostrreplN




    Download 118,5 Kb.
    Sana10.04.2017
    Hajmi118,5 Kb.
    #3795


    2. METALLARIN ALINMA ÜSULLARI

    T.e.n. , dosent, E.M.Cavadov
    P L A N:

    1. Metallurgiyanın cəmiyyətdə rolu.Çuqun istehsalı.

    2. Polad istehsalı.

    3. Mis və aluminiumun alınmasının mahiyyəti.



    Ə D Ə B I Y Y A T

    1. Qasımzadə N.H. Metallar və başqa konstruksiya materialları texnologiyası.

    Metallar (yun. metalleuo - qaziyman, yerdan qazib olaman) - oddiy sharoitda yuqori elektr oʻtkazuvchanligi, issiq oʻtkazuvchanligi, elektr oʻtkazuvchanligi, elektr magnit toʻlqinlarini yaxshi qaytarishi, plastikligi kabi oʻziga xos xususiyatlarga ega boʻlgan oddiy moddalar. M.

    2. Дольский А.М.Технология конструкционных материалов. М. “Машинo-

    строение”. 1985.

    Sənayedə ən çox istifadə olunan materiallardan metal və əsasən metal ərintilərini göstərmək olar. Yer kürəsində aşkar olunan 80 metalın əksəriyyəti birləşmə şəklində olur. Həmin birləşmələrdən metalı sərbəst şəkildə ayırmaq üçün metalluriqiya isteh-salatindan istifadə edirlər. Hal-hazırda metallurqiya istehsalatının əsas məhsulu dəmirlə karbonun ərintiləri olan polad və çuqundur. Onlardan əlavə metallurqiya üsulu ilə əksər əlvan metallar da istehsal olunur.

    Metallurqiya istehsalatı müxtəlif istehsalatlardan ibarət olan mürəkkəb komp-leksdir. Bura filiz və yanacaq yataqları, enerqetik komplekslər daxildir. Qara metal-lurqiyanın əsas məhsulu polad və çuqundur.

    Əlvan metallurqiyanın məhsullarına bütün əlvan metallar daxildir. Hər bir dövlətin iqdisadi qüdrəti onun istehsal etdiyi qara metalların, əsasən poladın həcmi ilə təyin edilir. Metal və ərintiləri istehsal etmək üçün filizlərdən, flüslərdən, yana-caqdan və odadavamlı materiallardan istifadə edirlər. Filiz, tərkibində metal olan, minerallardan və boş suxurdan ibarətdir. Boş suxurlar isə öz növbəsində, müxtəlif aşqardan ibarət olur.

    Filizin tərkibindəki boş suxurla və yanacağın külü ilə tezəriyən birləşmə əmələ gətirən materiala flüs deyilir. Həmin birləşmə posa adlanır.

    Adətən posanın sıxlığı metalın sıxlığından aşağı olduğundan üstə yerləşir və əridilmə prosesində çıxardıla bilər. Posa metalı soba qazlarından və havadan qoruyur. Əgər posanın tərkibindəki oksidlərin əksəriyyəti turş xassəli (Si O2, P2O5) olarsa, onlar turş adlanır və əksinə,oksidlər əsas xassəli olduqda -əsas adlanırlar (Cao, Mgo) Metallurgiyada aşağidakı yanacaq növlərindən istifadə edirlər.

    Metallurgiya (yun. metallurgeo -yerdan qazib chiqaraman) - rudalardan yoki tarkibida metall boʻlgan moddalardan metallar ajratib olish va metall qotishmalarga tegishli xossalar "berish" haqidagi fan; sanoat tarmogʻi.

    Koks, təbii qaz, mazut, domna qazı. Koks koks –kimya zavodlarının koks sobalarında 1000 0C –də havasız şətaitdə əldə edilir.Koksda 90% -ə qədər karbon, qalanı isə küldən, nəmdən, kükürddən, fosfordan və uçucu materialdan ibarət olan məhsuldur. Koksdakı kükürdün miqdarı minimal olmalıdır. Koks parçalarının uzunluğu 25-60 mm arasında ola bilər. Şixtə materiallarının təsiri altında dağılmamaq üçün koks kifayət qədər möhkəm olmalıdır.

    Təbii qazın tərkibində 98% - qədər karbo – hidrogenlər olur, mazutda isə 88 % karbon var.

    Metallurgiya sobaları və çalovların daxili üz qatlarının hazırlanması üçün odadavamlı materiallardan istifadə edirlər. Kimyəvi tərkiblərinə görə odadavamlı materiallar turş,əsas və neytral olurlar. Hazırda çuqunu domna sobalarında istehsal edirlər. Çuqun istehsal etmək üçün dəmir filizlərindən, yanacaqdan və flüslərdən istifadə edirlər. Dəmir filizlərinə maqnitli dəmir daşı Fe3O4 (55 – 60% Fe), qırmızı dəmir daşı Fe2O3 (55 – 60% Fe), qonur dəmir daşı Fe2O3H2O (35 – 55% Fe), şpatlı dəmir daşı FeCO3 (30 – 40 % Fe) aiddir.

    Domna sobalarında ferromanqan, ferroxrom və təbii- legirlənmiş çuqunlar istehsal etmək üçün manqan, xrom və kompleks filizlərdən istifadə olunur. Domna prosesində yanacaq kimi əsasən koksdan istifadə olunur və bəzi hallarda qənaət məqsədilə koksu qaz və mazutla qismən əvəz edirlər.

    Domna sobalarında çuqun əritmək üçün istifadə olunan flüs əhəng daşından (CaCo3) və dolomitləşdirlmiş əhəng daşından (CaCo3, MqCo3) ibarət olur.

    Domna sobasında dəmirin filizdən reduksiya olunması bir neçə mərhələdə baş verir:

    Fe2 O3, Fe3 O4, Feo, Fe


    1100 0C temperaturda filizdən reduksiya olunmuş bərk dəmir dəmir oksidi, koks və karbonla qarşıliqlı əlaqə yaradaraq sürətlə karbonu həll edir, nəticədə dəmirin ərimə temperaturu aşağı enir və o əriyir.

    Domna sobasında alınmış dəmir –karbon ərintisinin damcıları koksun içəri-sindən axaraq karbonla doydurulur (4% -ə qədər və daha çox). Eyni vaxtda ərintidə reduksiya olunmuş manqan,silisium,fosfor və kükürddə həll olur.Domna prosesinin əsas məhsulu çüqundur. Domna sobalarında vəzifələrinə görə aşağıdakı çuqunlar əridilir:

    Təkrar emal çuqunu –polad almaq üçün istifadə olunur; tökmə çuqun – fasonlu tökmələr istehsal etmək üçün istifadə olunur; ferroərintilər –poladın leqirlənməsi və reduksiya olunması üçün istifadə olunurlar.

    Polad istehsal etmək üşün əsasən təkrar emal çuqunundan və polad lomundan istifadə edirlər. Polad istehsalının mahiyyəti çuqunun tərkibində olun karbonun və başqa aşqarların miqdarını oksidləşmə yolu ilə azaltmaqdan ibarətdir. Oksidləşmə həm ilk dəfə oksidləşən dəmir və həmdə oksigen vasitəsilə baş verir: dəmirdə həll olmuş oksigen vasitəsilə

    Si 2FeO =Si 2Fe Q
    Mn FeO = Mn Fe Q

    5FeO 2P = P2 O5 5Fe Q

    Fe O C=Fe CO-Q

    atmosfer oksigeni vasitəsilə

    Si O2=SiO2 Q

    2Mn O2=2MnO Q

    4P 5O2=2P2O5

    2C O2=2CO

    Polad istehsalında əsas məsələlərdən biri ziyanlı aşqarların kənar edilməsidir. Ziyanlı aşqar olan kükürd poladın yuxarı temperaturlarda kövrəkliyini artırır, fosfor isə aşağı temperaturlarda poladda çatlar əmələ gətirir.

    Fosfor (yun. phosphoros - yoruglik tashuvchi, phos - yoruglik va phoro - tashiyman, lot. Phosphorus), P - Mendeleyev davriy sistemasining V guruhiga mansub kimyoviy element. Tartib raqami 15, atom massasi 30,97376.
    Kükürdü və fosforu kənar-laşdırmaq üçün posaya əhəng (CaO) əlavə edirlər.

    Hal –hazırda poladı oksigen –konvertor, marten elektrik sobalarında istehsal edirlər. Marten sobalarında polad istehsalı getdikcə azalır. Ən keyfiyyətli poladları elektrik sobalarında istehsal edirlər.Mis istehsal etmək üçün mis filizlərindən, eləcədə mis və onun ərintilərinin tullantılarından istifadə edirlər. Filizlərdə mis adətən kükürd birləşmələri (CuFeS,Cu2S,CuS), oksidlər (Cu2O, CuO) yaxud hidrokarbonatlar şəklində olur. (CuCO3.Cu (OH)2, 2CuCO3 Cu (OH)2).

    Mis istehsal etmək üçün mis filizlərindən,eləcədə mis və onun ərintilələrinin tullantılarından istifadə edirlər. Filizlərdə mis adətən kükürd birləşmələri (CuFeS, Cu2S, CuS), oksidlər (Cu2CuO) yaxud hidrokarbonatlar şəklində olur. (CuCO3 x Cu (OH)2,2 CuCO3 x Cu (OH)2).

    Əridilmədən əvvəl mis filizlərini zənginləşdirirlər və konsentrat əldə edirlər. Konsetratdakı kükürdün miqdarını azaltmaq üçün onu 750 –800oS temperaturunda bişirirlər.

    Alınmış konsentratı reflektorlu yaxud elektrik sobalarında əridirlər.125 -1300 0C temperaturunda mis və dəmir oksidi reduksiya olunur. Mis oksidi Cu2O dəmir sulfidi ilə reaksiyaya girərək Cu2S verir. Mis və dəmir sulfidləri birlikdə əridilərək şteyn əmələ gətirirlər. Dəmir silikatları isə digər oksidləri əridərək posa əmələ gətirirlər. Əridilmiş mis şteyni konverterlərə doldurub hava üfürürlər. Nəticədə tərkibində 99,4% mis olan qara mis alırlar. Aşqarsız təmiz mis almaq üçün (99,95%Cu ) elektrolitik təmizləmə üsulundan istifadə edirlər.

    Alüminium istehsalında əsas xammal alüminium filizləridir: boksitlər, nefe-linlər, alunitlər, kaolinlər. Bunlardan ən əhəmiyyətlisi boksitlərdir. Bu filizin tərkibin-də alüminium Al(OH)3,AlOOH, Al2O3 və Al2O3 x 2SiO2 x 2H2O mineralları, şəklində rast gəlir. Alüminium oksidini (Al2O3) ftorlu alüminium və natrium (AlF3, NaF) əlavə etməklə əridilmiş kriolotdə (Na3AlF6) elektrolizə uğradırlar. Alüminium istehsalı aşağıdakı mərhələlərdən ibarətdir: gil torpağının alınması, gil torpağının əridilmiş kriolitdə elektrolizi. Elektroliz vasitəsilə alınmış alüminiuma alüminium xammalı deyilir.Onun tərkibində metallik və qeyri metallik aşqarlar və qazlar olur. Aşqarları çıxartmaq üçün alüminium ərintisinə xlor üfürürlər.

    Xlor(yun. chloros - och yashil, sargʻishyashil, lot. Chlorum), Cl- Mendeleyev davriy sistemasining VII guruhiga mansub kimyoviy element, galogenlarga kiradi. Tartib rakami 17, atom massasi 35,453. Normal sharoitda 2 atomli gaz (S12).
    Alınmış buxar şəkilli Al xlorid əridilmiş metaldan keçərək aşqar hissəciklərini bürüyərək onların üzə çıxmasını təmin edir və onları kənarlaşdırır. Eyni vaxtda xlorlama nəticəsində alümi-niumda həll olunmuş Na, Ca, Mg və qazların çıxarılması üçün şərait yaradılır. Metaldan qeyri metallik birləşmələrin və qazların çıxarılması üçün maye alüminiumu 690 –730 temperaturda 30 –45 dəqiqə çalovda saxlayırlar.







    Download 118,5 Kb.




    Download 118,5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    2. metallarin alinma üsullari t e. n., dosent, E. M. CavadostrreplN

    Download 118,5 Kb.