|
Mənfəət və Zərər hesabatı nümunələr
|
bet | 3/3 | Sana | 13.12.2023 | Hajmi | 6,31 Mb. | | #117665 |
Bog'liq Maliyyə uçotuMənfəət və Zərər hesabatı nümunələr
Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, rüblük (yəni 3 aylıq) və ya aylıq). Maşın istehsal edən XYZ müəssisəsinin 2014-cü il üçün mənfəət-zərər hesabatını düzəldək.
- Müəssisə 2014-ci il ərzində 500 ədəd maşın satmışdır. Hər maşının satış qiyməti 10 000 AZN olmuşdur. Deməli şirkətinin gəliri 500 x 10 000 = 5 000 000 AZN.
- Maşın istehsalı üçün istifadə edilən xammalın dəyəri 3 000 000 AZN təşkil etmişdir. Əlavə olaraq işıq, qaz, işçilərin maaşı, və bu kimi administrativ xərclərə 550 000 AZN vəsait istifadə edilmişdir. Bu xərclər mənfəət-zərər hesabatında mənfi işarə ilə yazılır və satış gəlirindən çıxılır.
- XYZ müəssisəsi 2014-ci il ərzində cəlb etdiyi vəsaitə görə 350 000 AZN faiz ödəmiş və avadanlıqların köhnəlməsi ilə bağlı 220 000 AZN xərc hesablanmışdır.
- Müəssisə 2014-ci il ərzində əldə etdiyi mənfəətə görə 40% vergi ödəmişdir.
Bütün əməliyyatlar mənfəət və zərər hesabatında qeyd edilmir. Buna misal olaraq aşağıda qeyd edilmiş 4 əməliyyatı göstərə bilərik:
- Xarici valyuta əməliyyatlarından yaranmış gəlir və ya zərər
- Gələcək üçün nəzərdə tutulmuş xərclər
- Hedcinq əməliyyatları üzrə reallaşmamış gəlir və ya zərər
- Satış üçün nəzərdə tutulan qiymətli kağızlar üzrə reallaşmamış gəlir və ya zərər
Bütün bu əməliyyatlar (mənfəət və zərər hesabatında qeyd edilməyən) digər məcmu gəlirlərdə qeyd edilir.
Mənfəət və zərərlər haqqında hesabatların beynəlxalq formalarının konsepsiyası.
Beynəlxalq praktikada mənfəət və zərərlər haqqında hesabatın tərtib olunmasına iki əsas yanaşma (format) mövcuddur:
Birincisi xərc ünsürləri üzrə istehsal xərclərinin açıqlanmasına əsaslanır;
İkincisi isə məhsulların maya dəyərinə istinad edir.
Hər iki format tamamilə eyni nəticələr əldə etməyə imkan yaradır, lakin maliyyə nəticələrinin formalaşması haqda məlumatları müxtəlif cür açıqlayır.
Xərc forması üzrə əməliyyat mənfəəti aşağıdakılardan ibarətdir:
Adi təsərrüfat fəaliyyəti zamanı satışdan, kirayədən və icarədən əldə olunan gəlirlər;
- hazır məhsulların və malların satışı;
- lüzumsuz xammalın, köməkçi və digər materialların, tullantıların, yarımfabrikatların və əlavə məhsulların satılması;
- müəssisənin göstərdiyi xidmətlərdən, satılmış mallara görə sığorta ödənişlərindən gəlirlər;
- lisenziya ödənişlərindən, faizlərdən və dividentlərdə gəlirlər.
Maliyyə hesabatlarının beynəlxalq standartlarına görə onlar satışdan gəlirlərin tərkibinə daxil edilir;
Əgər, hazır məhsulun ehtiyatlarında və bitməmiş istehsalda göstərilən həqiqi xərclər azalmışdırsa, onda satılmış məhsula çəkilən istehsal xərcləri artmışdır. Əgər əksinə, həmin ehtiyatlar artmışdırsa, onda satılan məhsullara istehsalat xərcləri aşağı düşmüşdür. Hesabatda dəyişikliyin məbləği bilavasitə satışdan alınan vəsaitdən sonra göstərilmişdir. Bu heç də o demək deyildir ki, həmin məbləğ gəlirlərə aid edilir. Bütün hallarda təqdim edilmə formasından asılı olmayaraq satışa çəkilən xərclər düzəlişə məruz qalır. Azlıqların payı səhmlərin digər sahiblərinin mənfəətini göstərir (onların payı nizamnamə kapitalının 50 %-dən az olur).
Nəticə
Gəlir bölməsində məhsul və xidmətlərin satışından qazanılan vəsait əks etdirilir. Məhsulun maya dəyəri bölməsində isə həmin məhsulların müəssisənin balansında əks etdirilən dəyəri nəzərə alınır. Bu iki göstərici arasındakı fərq isə satışdan mənfəət hesab edilir. Satışdan mənfəətdən idarəetmə və əməliyyat xərclərini çıxdıqdan sonra əməliyyat mənfəəti əldə edilir. İdarəetmə və əməliyyat xərcləri işçilərin əməkhaqları, amortizasiya ayırmaları, kommunal xərclər kimi xərcləri özündə əks etdirir.
Növbəti bölmədə əməliyyat gəlirlərinə digər gəlirlər əlavə edilir və digər xərclər çıxılır. Daha sonra faiz xərcləri və borc ödənişləri çıxılır. Nəticədə vergiyə cəlb olunan məbləğ ortaya çıxılır. Vergiyə cəlb edilən məbləğdən vergi xərcləri çıxılır və xalis mənfəət əldə edilir.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Yusif.A.Babayev, Mühasibat Uçotu nəzəriyyəsi, Birlik, Moskva 2012
- Q.Ə.Abbasov, Mühasibat uçotunun nəzəriyyəsi. Bakı, Az.DİU-nin nəşriyyatı -2009
- S.M.Səbzəliyev, Q.Ə.Abbasov, Xidmət sahələrində mühasibat (maliyyə) uçotu. Bakı -2015
DİQQƏTİNİZƏ GÖRƏ
TƏŞƏKKÜR EDİRƏM
|
| |