• 1. Ümumi müddəalar
  • 2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
  • 3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
  • Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament




    Download 16,49 Kb.
    Sana29.03.2020
    Hajmi16,49 Kb.
    #9305

     

    Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 20 iyul tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir

     

    Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament

     

    1. Ümumi müddəalar

     

    1.1. Elektron xidmətin adı: Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu.



    1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin (bundan sonra - təsdiqedici kod nömrəsi) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

    1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

    1.3.1. “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.04.2005-ci il tarixli, 218 nömrəli Fərmanının 1-ci hissəsi;

    1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.6-cı bəndi.

    1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi.[2]

    1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

    1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.

    1.7. Elektron xidmətin icra müddəti: 90 (doxsan) gün.

    1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi.

     

    2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

     

    2.1. Elektron xidmətin növü: interaktiv.



    2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

    2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

    2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-gov.az, http://e-xidmetler.economy.gov.az.

    2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-gov.az, http://e-xidmetler.economy.gov.az, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, telefon məlumat mərkəzi: 195-2, http://www.consumer.gov.az, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

    2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

    2.6.1. təsdiqedici kod nömrəsinin alınması üçün ərizə (reqlamentə əlavə olunur). Ərizədə şəxsiyyət vəsiqəsinin nömrəsi, verildiyi tarix və onu verən orqan barədə məlumatlar da öz əksini tapır;

    2.6.2. istifadəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

    2.6.3. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə.

     

    3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

     

    3.1. Elektron xidmət üçün sorğu:



    3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanlarından (http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az) yüklənərək doldurulur və müraciət edən şəxs tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərlə birlikdə həmin elektron ünvanlardan birinə göndərilir;

    3.1.2. sorğunun qəbulu: sorğu http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az internet saytlarına daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı müraciət edən şəxsin elektron poçt ünvanına bir iş günü ərzində bildiriş göndərilir.

    3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

    3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə keçirilən ekspertizaların nəticəsi üzrə mənfi rəy olduqda sorğunun yerinə yetirilməsindən imtina edilir. Təsdiqedici kod nömrəsinin verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

    3.2.2. sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda təsdiqedici kod nömrəsinin verilməsi barədə 90 (doxsan) gün ərzində qərar qəbul edilir.

    3.3. Sorğunun icrası:

    3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarındakargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bundan sonra - Dövlət Xidməti) göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə ekspertizalar keçirilir. Keçirilmiş ekspertizalar nəticəsində tərtib olunan ekspertiza rəylərinin bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətində qalır. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. Dövlət Xidmətinin rəisi bu elektron xidmətin yerinə yetirilməsi üzrə məsul şəxsdir;

    3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara baxılır və 90 (doxsan) gün ərzində müvafiq qərar qəbul edilir;

    3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;

    3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: imtina üçün əsas olmadıqda, təsdiqedici kod nömrəsinin verilməsi barədə qərar qəbul edilir, qəbul edilmiş qərar istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.[3]

    3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

    3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

    3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.[4]

    3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

    3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər təsdiqedici kod nömrəsinin verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

    3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

    3.5.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

     

     



     

    əlavə

     

    Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə



     

    ƏRİZƏ


     

    __________________________________________________________________________________

    (müraciət edən hüquqi şəxsin tam adı, fiziki şəxsin soyadı, adı, atasının adı)

     

    Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracına icazə verən təsdiqedici kod nömrəsinin verilməsini Sizdən xahiş edirik.



    __________________________________________________________________________________

    (hüquqi şəxsin hüquqi ünvanı və ya fiziki şəxsin qeydiyyat ünvanı)

    __________________________________________________________________________________

     (istehsal və ya emal prosesinin həyata keçirildiyi faktiki ünvan)

    __________________________________________________________________________________

     (istehsal olunan məhsulun adı, növü)

    __________________________________________________________________________________

     

    Hüquqi şəxsin təmsilçisinin ________________________________________________________



                                                          vəzifəsi, soyadı, adı, atasının adı, imzası

     

    Fiziki şəxsin ______________________________________________________________________



    soyadı, adı, atasının adı, imzası

     

    Fiziki şəxsin _____________________________________________________________________



    şəxsiyyət vəsiqəsinin N-si, verildiyi tarix və verən orqan

     

    Tarix: ______________                                          İmza_________________________________



     

     
    Download 16,49 Kb.




    Download 16,49 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament

    Download 16,49 Kb.