• Azad ticarət siyasəti
  • Diqqətiniz üçün təşəkkürlər!!!
  • Azad ticarət siyasəti




    Download 3.54 Mb.
    Sana12.11.2023
    Hajmi3.54 Mb.
    #97543
    Bog'liq
    Azad ticarət siyasəti
    C fakepathTRIBOLOG YANIN SASLARI - d rslik 2018
      • Ağamoğlanova Məhsəti

    Tələbə
      • 2.21

    Qrup
      • Süleymanov Qəzənfər

    Professor

      • Azərbaycan iqtisadiyyatı.

    Fənn
    Azad ticarət siyasəti
    Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər.
    Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur.
    Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədi ilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur.
    Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir.
    XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir.
    Döyüş sonrasında beynəlxalq iqtisadiyyatın yenidən nizama qoyulması, azad ticarət mövzusundakı neoklasik qaydaların, xüsusilə Hekşer-Ulin nəzəriyyələrinin də təsiri ilə, sərbəst ticarətin tətbiq sahəsini yenidən genişləndirdi. II Dünya müharibəsindən sonra ölkələr arasındakı gömrük maneələrinin və valyuta məhdudiyyətlərin azaldılması məqsədi ilə intensiv səylər göstərilmişdir.
    Bununla birlikdə qlobal və ya yerli böhranlar zamanı həm inkişaf etməmiş, həm də sənayeləşmiş ölkələr idxal kvotaları, vergilər və milli sənayelərə təşviq etmələr kimi üsullarla azad ticarət üzərindəki məhdudiyyətləri müəyyən ölçüdə davam etdirməkdədirlər.
    Nəticə
    Mənim fikrimcə, bu istiqamətdə tədqiqatı aşağıdakı ardıcllıqla həyata keçirmək lazımdır:
    1. Xarici ticarətin kompleks modelinin işlənib hazırlanması və ölkələr
    arasında ticarət-iqtisadi əlaqələrin parametrlərinin proqnozlaşdırılması.
    2. İqtisadi effektivliyin və ticarət-iqtisadi əlaqə effektinin müəyyən edilməsi
    (xarici ticarət dövriyyəsi, idxal dövriyyəsi, ixrac dövriyyəsi və s.).
    3. Xarici ticarətin innovasiya strategiyasının işlənib hazırlanmas və onun
    effektivliyinin qiymətləndirilməsi metodikası.
    Ədəbiyyat

    Diqqətiniz üçün təşəkkürlər!!!


    Download 3.54 Mb.




    Download 3.54 Mb.