• P R O Q R A M I BAKI – 2017
  • Proqramı tərtib etdilər
  • QƏBUL İMTAHANLARININ MƏZMUNU 1.Kimyəvi sistemlər və onların xassələri
  • Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “TƏSDİq ediRƏM”




    Download 36.25 Kb.
    bet1/7
    Sana02.03.2022
    Hajmi36.25 Kb.
    #7714
      1   2   3   4   5   6   7

    AZƏRBAYCAN DÖVLƏT NEFT və SƏNAYE UNİVERSİTETİ

    TƏSDİQ EDİRƏM”


    ADNSU-nun Elm və texnika işləri üzrə prorektoru, g.-m.e.d.
    _____________­­­­­­­­­­­­­­­­­­­­ RAUF ƏLİYAROV

    “______” ___________ 2017-ci il


    3303.01 – “Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə
    doktoranturaya qəbul imtahanının
    P R O Q R A M I

    BAKI – 2017
    Proqram ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedraları tərəfindən hazırlanmışdır.
    Proqram ADNSU-nun Kimya texnologiya fakültəsinin Elmi Şurasında təsdiq edilmişdir.

    “____” ___________ 2017-ci il Protokol №____


    Proqramı tərtib etdilər:

    ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası”


    kafedrasının dosenti H.B.Bafadarova

    ADNSU-nun “Neft-kimya texnologiyası və sənaye ekoloiyası”


    kafedrasının müdiri, t.ü.e.d., professor Ə.A.Həsənov
    Rəyçilər:

    K.Y.Əcəmov ADNSU-nun “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının professoru


    G.M.Məmmədova ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının dosenti


    QƏBUL İMTAHANLARININ MƏZMUNU


    1.Kimyəvi sistemlər və onların xassələri
    Maddələrin, ideal və real kimyəvi sistemlərin termodinamik xassələri. Kimyəvi sistemlərin parametrlərinin onların termodinamiki xassələrinə təsiri.
    Eksergiya və kimya-texnoloji sistemlərin ekserji analizi.
    Faza halına, komponentlərin sayına görə kimyəvi sistemlərin klassifikasiyası. Sistemlərin əsas növlərinin xarakteristikası.
    Faza və kimyəvi tarazılıq prinsipləri. Homogen və heterogen reaksiyalar, kondensləşmiş sistemlər üçün tarazlıq əmsalı.
    Kimyəvi reaksiyaların kinetikası. Heterogen proseslərin kinetikası.
    Kimyəvi çevrilmələrin katalitik sürətləndirmə üsulu. Kataliz növləri. Katalizatorların seçilməsinin və hazırlanmasının nəzəri əsasları.
    Sənaye heterogen katalitik prosesləri: məhdudlaşdıran mərhələlər və onların intensivləşdirilmə yolları. Katalitik proseslərin xüsusiyyətləri.
    Sənaye qazların texnologiyasında termokimyəvi proseslər. Bərk və maye yanacağın qaziıfikasiyası. Krekinq , karbohidrogen xammalının konversiyası.
    Çox komponentli qaz qarışıqlarının ayrılma üsulları. Qaz qarışıqlarının sənaye təmizlənmə üsulları.
    Duz istehsalatlarda tipik proseslər. Bərk-qaz, bərk-bərk duz texnologiya sistemində qarşılıqlı təsir. Yanma və onun növləri, məhdudlaşdırıcı mərhələlər və prosesin intensivləşdirilməsi yolları. Bərk qarışıqlarda olan duzların ayrılması üsulları. Filtrasiya, qravitasiya və elektroseparasiya – təbii filizlərin zənginləşdirilməsi üsulları.
    Bərk maye sistemində qarşılıqlı təsir. Fiziki və kimyəvi həll olma. Həllolmanın kinetikası və prosesin intensivləşdirilməsi yolları. Məhlulda olan duzların ayrılması yolları. Kristallaşmanın sənaye üsulları. Suyun məhlullardan, horralardan və nəm məhsullardan xaric olunma yolları.
    Kimyəvi reaksiyalar ilə müşahidə olunan qaz-maye sistemində qarşılıqlı təsir. Duz texnologiyalarda xemosorbsiya proseslərinin istifadə olunması.




    Download 36.25 Kb.
      1   2   3   4   5   6   7




    Download 36.25 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “TƏSDİq ediRƏM”

    Download 36.25 Kb.