• TARİX YAZAN İGİDLƏR
  • ŞIXMİR AĞAMİROV
  • İLYAS NİFTƏLİYEV
  • RUSLAN CƏFƏROV
  • Azərbaycan respubikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti




    Download 0.66 Mb.
    Sana08.03.2024
    Hajmi0.66 Mb.
    #168942
    Bog'liq
    0090 (2)


    AZƏRBAYCAN RESPUBİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
    AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

    FAKÜLTƏ:MİT

    İXTİSAS:İNFORMASİYA TEXNOLOGİYALARI

    FƏNN:AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA

    MÜƏLLİMƏ:ƏSƏDOVA NÜŞABƏ

    TƏLƏBƏ: ƏHMƏDOV MƏCİD

    QRUP:843R

    BAKI 2023


    TARİX YAZAN İGİDLƏR
    44 günlük Vətən müharıbəsi Azərbaycanın hərb tarixinə qəhrəmanlıqlar və igidliklər dolu şanlı səhifələr yazdı. Doğma torpaqlarımızın yağı tapdağından azad olunması uğrunda gedən qanlı döyüşlərdə Azərbaycanın bütün bölgələrindən olan əsgər və zabitlər qəhrəmancasına döyüşdülər. Vətən sevgisi, yurd təəssübkeşliyi, düşmənə qarşı intiqam hissi kimi ali hisslərin birləşdirdiyi bu oğulların hər biri müharibədə öz zəfərli imzasını qoydu. Tarixi ədalətin bərqərar olması, dədə-baba torpaqlarından didərgin salınmış insanların öz yurdlarına qayıtması üçün haqq savaşına respublikamızın bütün xalqlarının nümayəndələri qalxdılar.
    ŞIXMİR AĞAMİROV
    Qusar şəhərində 1990-cı ilin aprelin 5-də anadan olmuş Şıxmir Qabil oğlu Ağamirov 6 saylı orta məktəbi bitirib.
    Əsl hərbçilərə xas keyfiyyətləri ilə seçilən Şıxmir aprel döyüşlərinin iştirakçısı olub, igidlikləri ilə komandanlığın rəğbətini qazanıb. Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə bir neçə dəfə fəxri fərmana layiq görülüb. Müdafiə nazirinin əmri ilə Ş.Ağamirov 2020-ci il iyunun 26-da “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. 
    İkinci Qarabağ müharibəsinin ilk günlərindən şücaətlə döyüşən baş gizir Şixmir Ağamirov noyabrın 7-də Şuşada həlak olub. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.Şıxmir ailəli idi, qızı yaş yarımlıqdır. 
    İLYAS NİFTƏLİYEV 
    Niftəliyev İlyas Güloğlan oğlu Qusar rayonunun Bədirqala kəndində 1999-cu ilin aprelin 12-də anadan olub. Doğma kəndlərində 9-cu sinfi, qonşu Balaqusar kəndində isə orta məktəbi bitirən bu gəncin ürəyi böyük arzularla döyünürdü.
    Tankçı kimi Birinci Qarabağ müharibəsinin qanlı döyüşlərində iştirak etmiş atası Güloğlan Niftəliyev həyatda onun üçün əsl nümunə idi. İlyas uşaqlıqdan hərbçi olmağı qarşısına məqsəd qoymuşdu.
    İkinci Qarabağ müharibəsi başlananda İlyas döyüşlərə xüsusi təyinatlılar dəstəsində qatıldı. Bir çox yaşayış məntəqələrimizin düşmən işğalından azad olunmasında qəhrəmanlıqlar göstərdi. Murov yüksəkliyinin, Cəbrayılın, Hadrutun alınmasında onun müstəsna xidmətləri olub. İgid leytenant ötən ilin oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
    Ölümündən sonra İlyas Niftəliyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.
    RUSLAN CƏFƏROV 
    2000-ci ilin avqustun 2-də Qusar şəhərində anadan olmuş Ruslan Mövlan oğlu Cəfərov 2 saylı orta məktəbin məzunudur. Hərbi xidmətini başa vuran gənc tərbiyəsi, təhsili, döyüş hazırlığı ilə komandanlığın diqqətini cəlb etmişdi. əsl hərbçi keyfiyyətləri iıə seçilən bu qorxubilməz gənc MAXE-yə yazılmışdı. 2020-ci ilin aprelindən Naxçıvanda xidmət edirdi. Valideynləri ilə uzun illərdən bəri kirayədə yaşayan Ruslanın ən böyük arzusu işləyib ev almaq, II qrup əlil olan atasını və xidmətçi işləyən anasına maddi cəhətdən dəstək olmaq idi.
    Ruslan Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
    Download 0.66 Mb.




    Download 0.66 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respubikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti

    Download 0.66 Mb.