• Telefon servis xidmətlərinə qoşulma üzrə inzibati reqlament
  • 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası
  • 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı
  • 1.7. Elektron xidmətin icra müddəti
  • 2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
  • 2.5. Elektron xidmət barədə məlumatlandırma
  • 3.1.1. Sorğunun formalaşdırılması
  • 3. 3 . Sor ğ unun icrası
  • 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr
  • 3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya
  • 3.5.3. Şikayətin baxılma müddəti
  • Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2014-cü il 12 fevral tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir




    Download 15,37 Kb.
    Sana29.03.2020
    Hajmi15,37 Kb.
    #9303

    Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2014-cü il 12 fevral tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

     

     

    Telefon servis xidmətlərinə qoşulma üzrə inzibati reqlament

     

    1. Ümumi müddəalar

     

    1.1. Elektron xidmətin adı: Telefon servis xidmətlərinə qoşulma.

     

    1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyi şəbəkələri üzrə sabit telefon nömrələrinin servis xidmətlərinə qoşulmasının və telefon nömrələrində mövcud olan servis xidmətlərinin bağlanılmasının internet vasitəsilə həyata keçirilməsindən ibarətdir.

     

    1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

    - “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (33-cü maddə);

    - “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

    - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.7-ci bənd).

     

    1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra - MHM).

     

    1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

     

    1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

     

    1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətinə bərabərdir.

     

    1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Telefon nömrəsi servis xidmətlərinə qoşulur və ya telefon nömrəsində mövcud olan servis xidmətləri bağlanılır.

     

    2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

     

    2.1. Elektron xidmətin növü: İnteraktiv.

     

    2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

     

    2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

     

    2.4. Elektron xidmətin təqdim olunma yeri:

    - https://www.e-gov.az

    - http://www.mincom.gov.az/e-xidmetler/

    - http://www.rabita.az

     

    2.5. Elektron xidmət barədə məlumatlandırma:

    - İnternet ünvanı: https://www.e-gov.az

    - İnternet ünvanı: http://www.mincom.gov.az

    - İnternet ünvanı: http://www.rabita.az

    - Elektron poçt: mincom@mincom.gov.azoffice@rabita.az

    - Tel.: MHM: 157, (+99412) 565-18-07, (+99412) 498-80-44, (+99412) 598-41-00

     

    2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

     

    3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

     

    3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

     

    3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir.

     

    3.1.2. Sorğunun qəbulu: Avtorizasiya prosesi tamamlandıqdan sonra açılan səhifədə istifadəçinin adına telefon nömrəsinin mövcud olub-olmadığı göstərilir. İstifadəçinin adına telefon nömrəsi mövcud olduqda sorğu qəbul edilir.

     

    3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

     

    3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçinin adına telefon nömrəsi mövcud olmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.

     

    3.2.2. Sorğunun qəbulu: İstifadəçinin adına telefon nömrəsi mövcud olduqda servis xidmətlərinin siyahısı (telefon nömrəsində mövcud olan servis xidmətləri qeyd edilməklə) ekranda göstərilir. İstifadəçi qoşulmaq və ya telefon nömrəsində mövcud olan servis xidmətlərindən bağlamaq istədiyi servis xidmətlərini həmin siyahıdan seçir.

     

    3.3. Sorğunun icrası:

     

    3.3.1. Xidmət tam avtomatlaşdırıldığından heç bir inzibati əməliyyat mövcud deyil.

     

    3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.

     

    3.4.1. Nəzarət forması: Daxil olan sorğuların icrasına nəzarət onların avtomatlaşdırılmış rejimdə monitorinqinin aparılması yolu ilə həyata keçirilir.

     

    3.4.2. Nəzarət qaydası: Vaxtında icra olunmayan sorğular avtomatik olaraq xüsusi rejimdə göstərilir və həmin rejimə düşmüş sifarişlər sistemin fəaliyyətinə məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

     

    3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

     

    3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

     

    3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.



     

    3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
    Download 15,37 Kb.




    Download 15,37 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2014-cü il 12 fevral tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir

    Download 15,37 Kb.