Azərbaycan respublikasi təHSİl naziRLİYİ g əNCƏ DÖVLƏt universiteti Sərbəst iş №2




Download 37.78 Kb.
Sana09.10.2022
Hajmi37.78 Kb.
#26939
Bog'liq
Müəssələrdə yaradılan mülki müdafiə dəstələri Ramin Abdullayev


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
G ƏNCƏ DÖVLƏT UNİVERSİTETİ

Sərbəst iş №2

Ad : Ramin


Soyad : Abdullayev
İxtisas: Turizim işinin təşkili
Kurs: 1
Fənn: Mülki Müdafiə
Müəllim: Ələkbərova Zülfiyyə
Mövzu: Müəssələrdə yaradılan mülki müdafiə dəstələri
Bakı-2022
Mülki müdafiə qüvvələri – fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri icra etmək üçün yaradılır. Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xi­lasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin na­zirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla təsərrüfat obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən, müxtəlif dəs­tələrdən, təşkilatlardan və idarələrdən ibarətdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə) mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur. Mülki müdafiə qüvvələrinin əsasını – hərbiləşdirilməmiş dəstələr təşkil edir. Hərbiləşdirilməmiş dəstələr – xüsusi texnika və avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz tədbirləri yerinə yetirmək üçün öyrədilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır (dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).
Bunlar sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin sayca ən böyüyüdür.Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əsyalarla, texnika və nəqliyyat vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların daxili imkanları hesabına təchiz olunurlar. Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 57 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar. Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xü­susiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və va­si­tə­lə­rin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və ob­yekt rəhbərlərinin əmrləri ilə yaradılır.
Mülki müdafiənin əsas xidmətləri bun­lar­dır:

  • rabitə və xəbərdarlıq;

  • tibbi;

  • yanğından mühafizə;

  • ictimai asayişi mühafizə;

  • sı­ğı­nacaq və daldalanacaqlar;

  • mühəndis; avtomobil nəqliyyatı;

  • maddi-texniki təc­hi­zat;

  • ticarət və energetika;

  • xüsusi riskli xilasetmə xidməti;

  • kimya və radiasiyadan mühafizə və s.

Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
1.Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
2.Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli MM dəstələri – zədələmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır. Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə – kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) – ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəs­tə­lə­rin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha­zır­lıqda olurlar (24 saat).
Mövcud qanunvericiliyin icrası ilə əlaqədar, şəhər, rayon, qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq, adətən, sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM dəstələri yaradılır:

  • MM xilasetmə dəstələri (komandaları, qrupları);

  • MM kəşfiyyat qrupları (manqaları);

  • Radiasiya, kimyəvi müşahidə postları;

  • MM rabitə komandaları;

  • MM sanitar drujinası (dəstələri);

  • MM yanğınsöndürmə komandaları (manqaları);

  • MM içtimai asayişin mühafizə komandası (manqaları);

  • Kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları) və s.

Kənd yerlərindəki müalicə – profilaktika, rayon və şəhərlərin tibb müəssisələrinin bazasında:

  • ilk tibbi yardım dəstələri;

  • ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);

Şəhər, rayon Gigiyena və Epidemiologiya, Sanitar İnspektorluğu Mərkəzlərinin bazasında isə:

  • epidemiya əleyhinə dəstələr;

  • epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli istiqamətlər üzrə, o cümlədən də, bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri yaradılır.

MM dəstələri istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə cəlb edilirlər. Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları axtarmaq, ucqunlar altından, dağıdılmış sığınacaq və binarardan çixarmaq, həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək, habelə, onları zədələnmə ocağından təxliyyə etmək üçün nəzərdə tutulur.
Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10 saat) ərzində, aşağıdakı işlərdən birini görə bilər:

  • zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfəri zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;

  • qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;

  • 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.

Həmin işləri yerinə yetirmək üçün, dəstə (komanda), adətən, mühəndis texnikası, o cümlədən də, kənd təsərrüfatı texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla gücləndirilir. Kəşfiyyai qrupu – 3-5 manqadan ibarət olur.
Kəşfiyat qrupu – adamların, texnikanın, əmlakın, ərzağın, alafin və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o cümlədəndə, digər işlərədə cəlb oluna bilər. Zərərsizləşdirmə komandası– 2 və daha çox qrupdan (manqadan) ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Sanitar drujinası (dəstəsi) – 4-5 sanitar manqasından (drujinasından) ibarət olub, kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün, nəzərdə tutulur.
Dəstə (drujina) bir iş növbəsində (10 saat ərzində):

  • Axtarışsız və daşınmasız 2000 – 2500 nəfərədək zədə almışa ilk tibbi yardım göstərə bilər.

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mül­ki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Download 37.78 Kb.




Download 37.78 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Azərbaycan respublikasi təHSİl naziRLİYİ g əNCƏ DÖVLƏt universiteti Sərbəst iş №2

Download 37.78 Kb.