|
Şəkil 1.24. Su saatı
Tənzimlənmənin fundamental prinsipləri
Prinsip
|
bet | 4/14 | Sana | 22.12.2023 | Hajmi | 1,29 Mb. | | #127146 |
Bog'liq Sərbəst iş - Leyla Mehralıyeva M363a11 (1) Şəkil 1.24. Su saatı
Tənzimlənmənin fundamental prinsipləri
Prinsip təbiətin dealektik qanunlarına əsaslanan sadə qaydadan ibarətdir. Misal üçün, analitik mexanikada və fizikada məlum olan Dalanber və Ferma prinsipləri. Hal - hazırda avtomatik tənzimləmə sistemlərinin qurulmasının əsası kimi üç prinsipdən istifadə olunur:
a) birbaşa və ya açıq idarəetmə prinsipi;
b) əks əlaqə prinsipi;
c) həyəcanlandırıcı təsirin kompensasiyası prinsipi.
Bu prinsiplər məlumat təminatlarına görə fərqlənirlər.
1.Birbaşa və ya açıq idarəetmə prinsipi. Bu prinsipə əsasən qurulmuş systemin məqsədi tənzimlənən y - kəmiyyətini ölçmədən y g(t) bərabərliyini təmin etməkdən ibarətdir. Tənzimlənən y kəmiyyətinə nəzarət olunmadığından idarə prosesi zamanı onun hər hansı bir səbəbdən g(t) proqramından meyl etməsi idarə qurğusunun diqqətindən kənarda qalacaqdır. Bu səbəbdən açıq idarəetmə prinsipi gələcək fəaliyyəti tam proqnozlaşdırıla bilən obyektlərin idarəsi üçün tətbiq edilə bilər. Sistemin ümumiləşdirilmiş sxemi şəkil 1.28-də göstərilmişdir. İdarə proqramı g(t) , Р – proqram vericisi olan xüsusi texniki qurğu vasitəsi ilə hasil oluna bilər və ya sistemi layihə edərkən İQ – idarə qurğusunun tərkibində nəzərdə tutula bilər. Hər iki halda sistem açıqdövrədən ibarətdir və məlumat sistemin əvvəlindən axırına TO – tənzimləmə obyektinə doğru birtərəfli qaydada ötürülür. Məhz bu xüsusiyyət prinsipin buradakı adının meydana gəlməsinə səbəb olmuşdur.
Şəkil 1.28. Açıq sistemin ümumiləşdirilmiş sxemi
İdarə sisteminin bu prinsip əsasındaqurulması çox sadə və aşkar olduğuna görə çox vaxt açıq idarəetmə prinsipi tənzimləmənin fundamental prinsipi kimi qəbul olunmur. Tənzimlənən y kəmiyyətinə nəzarət olunmaması ilə əlaqədar olan aşkar çatışmamazlığına baxmayaraq sadəliyinə görə bu prinsipdən praktikada geniş istifadə olunur. Misal üçün, detalları qabaqcadan verilmiş profil üzrə emal etdikdə, robotların idarə olunmasında, detalların tavlanmasında temperatur və presləmə prosesində təzyiq diaqramlarını realizə etdikdə və s.
|
| |