• “Plastik kütlə izolyasiyalı kabellər və onların tətbiq sahələrini izah edir”
  • Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi




    Download 4.52 Mb.
    Pdf ko'rish
    bet14/35
    Sana05.11.2023
    Hajmi4.52 Mb.
    #94424
    1   ...   10   11   12   13   14   15   16   17   ...   35
    Bog'liq
    kabellarin-qurasdirilmasi

    Sxem 2.1. 
     TPE izolyasiyalı kabelin konstruksiya elementlərini araşdırın və müzakirə edin;
     Plastik kütlələrin fiziki, kimyəvi və mexaniki parametrlərini haqqında məlumat 
    toplayın, qrup yoldaşlarınız arasında topladığınız informasiyanı paylaşın və müqayisəli 
    müzakirələr aparın. 
    1
    XLPE (Tikilmiş polietilen izolyasiyalı) 
    Plastik 
    kütlənin 
    tətbiq sahəsi 











    25 
    2.2.3. Qiymətləndirmə 
    Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
    “Plastik kütlə izolyasiyalı kabellər və onların tətbiq sahələrini izah edir” 
     Ekstruziya emal üsulu nəyə deyilir? 
     Ekstruziya üsulu ilə hansı məmulatlar almaq olar? 
     XLPE izolyasiyalı güc və yüksəkgərginlikli kabellər ölkəmizdə harada istehsal olunur? 
     Polietilen istehsalı üçün əsas xammal nədən ibarətdir? 
    2.3.1. Kağız izolyasiyalı kabelləriin konstruksiyası və konstruktiv elementlərini təsvir edir
     
     
    Hopdurulmuş kağız izolyasiyalı yüksək gərginlikli kabellər 
    Kabellərin təsnifatı aşağıdakı sxemdə göstərilmişdir.
    Sxem 2.2
    İki əsrə yaxındır ki, elektrik enerjisinin alınması, çevrilməsi, ötürülməsi və paylanması üzrə 
    dünyada böyük işlər aparılır. Yeni elektrik şəbəkələri tikilir, mövcudları təzədən qurulur və 
    təkmilləşdirilir. Bunlar, elektrik stansiyaları, yarımstansiyalar, elektrotexniki qurğular, elektrik veriliş 
    hava xətləri (EVHX) və kabel xətləri (KX), mühafizə və avtomatika cihazları vasitəsi ilə həyata keçirilir. 
    Kabellər gərginlik sinfi, təyinatı, konstruksiya və elektrik xarakteristikalarına görə fərqlənirlər. Mexaniki, 
    elektrik, istilik və s. təsirlər altında işləyən ən keyfiyyətli kabellər alüminium (Al) və ya Mis (Cu) damar, 
    yağ-kağız damar izolyasiyası, izolyasiya üstü yarımkeçirici ekran, Al və qurğuşun qilaf, zireh altı yastıq, 
    zireh və xarici mühafizə örtüyündən ibarət olan konstruksiyalardır. 
    Şəkil 2.4. Yağ-kağız izolyasiyalı kabellər 


    26 
    Yağ-kağız izolyasiyalı kabellərdə izolyasiya damar izolyasiyası və qurşaq izolyasiyası kimi 2 
    hissədən ibarət olur. Məsələn, 6 kV 3 damarlı kabellər üçün 2.05 mm damar və 0.95 mm qurşaq 
    izolyasiyası (cəmi 3 mm), 10 kV, 3 damarlı kabellər üçün 2.75 mm damar izolyasiya və 1.25 mm qurşaq, 
    cəmi 4 mm olan izolyasiyalardan ibarətdir. 
    Güc kabelləri gərginliyi 35 kV-dan yüksək olan şəbəkələrdə istifadə etmək üçün yararsızdır. Belə 
    ki, sahə intensivliyinin böyük qiymətlərində kabeldə olan qaz qabarcıqlarında ionlaşma baş verir, 
    izolyasiya tədricən köhnəlir və nəhayət deşilir. İzolyasiyada qaz qabarcıqları texnoloji rejimlərin 
    pozulması, istismar zamanı kabellər qızma və soyuma prosesinə məruz qalan hallarda izolyasiyanın, 
    hopdurucu maddənin və metal örtüyün istidən genişlənmə əmsalının müxtəlif olması və kabeldə istiliyin 
    təsirindən hopdurucu maddənin yerdəyişməsi nəticəsində yarana bilər. Yüksək gərginlik kabellərində 
    boşluqlar, əsasən, istismar prosesində yaranır. Kabellər qızan zaman onun bütün konstruktiv elementləri 
    (həmçinin hopdurucu maddə) həcmcə genişlənir. Soyuma rejimində isə metal örtükdə qalıq deformasiya 
    yaranır və o, hopdurucu maddəyə öz əvvəlki vəziyyətinə qayıtmaq üçün lazım olan təzyiqi göstərə bilmir. 
    Nəticədə, qızma və soyuma prosesləri bir neçə dəfə təkrar oldunduqda kabeldə boşluqlar yaranır. 
    Hopdurulmuş kağız izolyasiyasının elektrik möhkəmliyini artırmaq üçün izolyasiyada qaz qabarcıqlarının 
    yaranmasının qarşısını almaq və ya bu qabarcıqlarda qazın təzyiqini artırmaq lazımdır.
    2.3.2. Tələbələr üçün fəaliyyətlər 
     Kabellərin təsnifatı sxemini araşdırın və sxemə uyğun olaraq təqdimat hazırlayın; 
     Alçaq və yüksək gərginlikli kabelləri tətbiq sahələrini venn diaqramından istifadə edərək 
    oxşar və fərqli xüsusiyyətlərini müqayisə edin; 


    Download 4.52 Mb.
    1   ...   10   11   12   13   14   15   16   17   ...   35




    Download 4.52 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi

    Download 4.52 Mb.
    Pdf ko'rish