Bu tarix Azərbaycan Dəmir Yolunun yaranması günü hesab olunur




Download 60.35 Kb.
Sana16.07.2022
Hajmi60.35 Kb.
#24902
Bog'liq
Azərbaycan Dəmir Yolları


Xəzər və Qara dənizi birləşdirən Zaqafqaziya Dəmir Yolunun baş magistıralı Batumi-Bakı-Tiflis xəttinin çəkilişi 1883-cü ildə başa çatdırıldıqdan 5il öncə 1878-ci ildə uzunluğu 20km olan Suraxanı-Sabunçu xəttinin inşası başlanmış və 1880-ci il yanvarın 20-də başa çatdırılmışdır.
Bu tarix Azərbaycan Dəmir Yolunun yaranması günü hesab olunur.
O vaxtdan ötüşən 120 il ərzində Azərbaycan Dəmir Yolu tarixin enişli-yoxuşlu dolaylarından keçmiş,əsrin əvvəllərində öz haqqı,öz hüququ,öz müsdəqilliyi üçün ölüm-dirim mübarizəsinə girişmiş insanların ağır zəhməti bahasına bu gün keçmiş SSRİ məkanında ən yaxşı və öncül dəmir yollarındam biri olmuşdur.
Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü Respublika Prezidenti Heydər Əliyev cənablarının Azərbaycana rəhbərliy etdiyi 1969-1999-cu illəri əhatə edir.1969-cu ildə ilk dəfə Respublika rəhbərliyə gələn Heydər Əliyev cənablarının şəxsi fəaliyyəti sayəsində bütün Respublika iqtisadiyyatında olduğu kimi Dəmir Yolu nəqliyyatında da əsas dəyişikliklərə və köklü inkişafa sürətli təkan verildi.
1969-1999-cu illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar.Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı,14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
1969-cu ilə qədər olan dövrdə Azərbaycan Dəmir Yolu elə bir mərhələdə idi ki, bu zaman SSRİ dəmir yolları sistemində elektrikləşmə,müasir rabitə və işarəvermə,elektrik dartı qüvvəsinin tətbiqi,müasir təmir bazalarının tikintisi,lokomotiv və vaqon parklarının yeniləşməsi,əlavə dəmir yolu xətlərinin çəkilişi,stansiyaların texniki inkişafı sürətlə həyata keçirilirdi. Azərbaycan Dəmir Yolu isə heçdə bu proseslərlə tam ayaqlaşa bilmir,ümumi inkişaf fonunda qabaqcıllar sırasına aid edilmirdi.Çünki,o vaxtki dövrdə sənayesi bir o qədərdə inkişaf etməmiş Azərbaycan,aqrar respublika simasında olaraq qalırdı və dəmir yolununda inkişafın səviyyəsinə bu kontekstdən baxılırdı.
Heydər Əliyev cənablarının 1969-cu ildə Respublika rəhbərliyinə gəlişi bütün ölkənin,ilk növbədə sənayə kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki,bu da öz növbəsində respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan dəmir yolu nəqliyyatında bariz şəkildə hiss olundu.Heydər Əliyev cənablarının dəmir yoluna verdiyi böyük əhəmiyyət,onun inkişafına gösdərdiyi şəxsi himayə,qısa zamanda öz bəhrəsini gösdərdi.
Heydər Əliyev şəxsiyyəti o zaman Zaqafqaziya Dəmir Yollarının tərkibindən ayrılaraq Azərbaycan Dəmir Yolu idarəsi kimi müstəqil fəaliyyətə yenicə başlamış polat magistralımız üçün möhkəm dayaq oldu.
Azərbaycan Dəmir Yolu böyük işlərin başlanğıcı ərəfəsində idi və Heydər Əliyev cənablarının daimi diqqətlə qayğısı altında bu işlər sürətlə həyata keçirilməyə başlandı.
Dəmir yolu üçün ən əsaslı sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkildi.Bunu gündən-günə artan yük həcmi və bununla əlaqədar yolun buraxılmış qabiliyyətini gücləndirilməsi zəruriyyəti kəskin surətdə tələb edirdi.
Bu dövrdə baş yolların istismar uzunluğu 1835,3km-dən 2117,3km-ə,ümumi uzunluğu isə 2486,8km-dən 2943,5km-ə çatdırılırdı.Stansiya yollarını ümumi uzunluğu 954km-dən 1343,5km-ə qədər artırılırdı.R-43 və R-50 tipli relslərdən ibarət bu yollarda 1969-cu ildən başlayaraq,2416,8km uzunluğunda R-65 tipli relslər qoyularaq yollar tam yeniləşdirildi bununla bərabər 4372 ədəd yeni yol dəyişdirici quraşdırıldı.
Yeni xətlərin çəkilişi ilə yanaşı 3733km yol da əsaslı 2818km yolda orta təmir işləri görülmüşdür.Bu müddətdə 308 ədəd yeni körpü tikilmiş və bunları sayı 1939 ədədə çatdırılmışdır.30 körpüdə aşırımlar dəyişdirilmişdir.Hal-hazırda yol təsərrüfatına aid olan və Avropa birliyi tərəfindən maliyyələşdirilən Poylu və Tovuz körpülərinin əsaslı rekonstruksiyası və yenidən tikilməsi,Avropa-Qafqaz-Asiya dəhlizinin üzərində yerləşən bu qurğuların sürətlə bərpa edilməsi də məzh Heydər Əliyev cənablarının şəxsi səyləri nəticəsində mümkün olmuşdur.
Yol təsərrüfatında 228saylı Kürək çay 260saylı Minçeva yol maşın stansiyalarının təşkili,Şəmkir karxanasında illik gücü 400min kub.m olan səyyar daşdoğrayan çeşidləyici qurğunun(PDSU) quraşdırılması da bu dövrə aiddir.
Bu illərdə Güzdək stansiyasında sərnişin vaqonlarının ehtiyatlı saxlanılması üçün 14 yoldan ibarət park tikilmiş,yolun torpaq yatağının yuyulduğu Lənkəran-Astara,Damba Pirallahı Bilgəh Yeni Suraxanı sahələrindəki 36km ərazidə iri miqyaslı əsaslı sahil-bərkitmə işləri aparılmışdır.Azərbaycan Dəmir Yolunda stansiya təsərrüfatının tikintisi və inkişafı ən önəmli yer tutur.Əgər 1969-cu ilə qədər dəmir yolunda 159stansiya vardısa indi bunların sayı 176 ədəddir.Bu dövrdə 17 yeni stansiya tikilib istismara verilmişdir.Bunların sırasında Dübəndi,Şirvan,Güzdək neft doldurma kimi nəhəng stansiyalar və yeni xətlər təkcə dəmir yolu üçün yox,bütövlükdə Respublika və Zaqafqaziya regionu üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələr kimi tarixə yazılmışdır.
1980-ci ildə Heydər Əliyev cənablarının şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikintisinə başlanılmışdı və 1984-cü ildə başa çatdırıldı.Bu stansiya nəinki Azərbaycanda,həmçinin o zaman SSRİ Yollar Nazirliyi səviyyəsində ən böyük çeşidləmə stansiyalarından biri oldu.O zaman SSRİ üçün son dərəcə əhəmiyyətli olan bu stansiyasının sutqada 60 cüt qatar qəbul edibgöndərmək imkanı vardır.
Respublikanın şimal-qərb zonasında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, həmçinin bu regionun iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən biri də Heydər Əliyev cənablarının böyük nüfuzu sayəsində Yevlax-Balakən dəmir yolu xəttinin 1980-ci ildən başlanan tikintisi olmuşdur.
Çətin dağlıq relyefi olan bu sahədən keçən 165km-lik dəmir yolu xəttinin tikintisi zamanı 6 yeni stansiya və vağzal binaları(Balakən,Zaqatala,Qax,Şəki,Səbuhi,Xanabad),yaşayış evləri,uşaq bağçası,məktəb binası inşa edilmiş və bütün tikinti işləri 1985-ci ildə başa çatdırılmışdır.Həmçinin 1970 ci illərin sonlarında uzunluğu 26 km olan Ağdam-Xankəndi dəmir yolu xəttinində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində tikilməsinə başlanmış və 1977 -ci ildə , istifadəyə verilmişdir. Həmin bu dövrlərdə Ələt-Astara , Naxçıvan-İmişli və digər sahələrdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğuları tam dispetçer mərkəzləşməsinə qoşulmuşdur.
Dübəndi terminalının və neftdoldurma stansiyasının 1998 -ci il yanvarın 4-də keçirilmiş açılış mərasimi və Prezident Heydər Əliyevin buradakı geniş nitqi dəmiryolçular üçün ən əlamətdar tarixi hadisə olmuşdur. Onun burada dediyi “Mən indi dəmir yolunda inkişafı hiss edirəm” sözləri bu dahi şəxsiyyətin daim qayğı ilə yanaşdığı dəmir yolu nəqliyyatına doğma münasibətinin bariz nümunəsidir.
Stansiyanın tikintisini həyata keçirmiş dəmir yolçular həm də 38 km uzunluğu olan Dübəndi-Keşlə sahəsində yol və qurğuları ,rabitə və enerji təchizatı sistemlərini də əsaslı təmir etmişlər.
Heydər Əliyev cənablarının təşəbbüsü ilə Azərbaycan,Türkmənistan, Gürcüstan və Özbəkistan prezidentlərinin 1996-cı ilin mayında imzaladıqları Sərəxs sazişi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini fəaliyyətə gətirdi.
Qazaxıstan neftinin Qərbə nəqlini həyata keçirən Dübəndi stansiyasının istifadəyə verilməsi bu nəhəng layihənin -Böyük “ İpək yolu ” strategiyasının həyata keçirilməsində ən önəmli hadisələrdən biri olmuşdur.
1969-1999 -cu illər dəmir yolunun sərnişin təsərrüfatının əsl inkişaf dövrü hesab olunur. Dəmir yolunun stansiyalarının rekonstruksiyası və tikintisi ilə yanaşı , burada yeni müasir tipli vağzal binalarının inşaası sürətlə aparılırdı. 1970-ci illərdə Sumqayıt şəhər , Sabunçu , Goran ,Ağstafa ,Əli Bayramlı , Ucar,Gəncə ,Tovuz , Qazax vağzal binaları məhz Heydər Əliyev cənablarının şəxai nəzarəti altında tikilmişdir.
Respublikanın rayonlarında kənd zəhmətkeşləri ilə çoxsaylı görüşlər keçirən ,iqtisadi islahatların aparılmasına şəxsi diqqət və nəzarət edən Heydər Əliyev cənabları tez-tez dəmir yolunun da xidmətlərindən istifadə etməklə yanaşı , buradakı vəziyyəti əyani olaraq izləyir , öz tövsiyyələrini və tapşırıqlarını verirdi.
Sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə , bu illərdə Daşburun,Horadiz , Bərdə, Ağdam , Xankəndi stansiyalarında da müasir tipli vağzal binaları, Culfa stansiyasında xaricdən gəlib- gedən sərnişinlər üçün yeni vağzal binası və qonaq evi tikilib istismara verildi.
1970- ci illərdə sərnişin axınının artması ilə əlaqədar Bakıda yeni müasir tipli vağzalın tikintisinə ehtiyac duyulurdu ki, Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü və köməkliyi sayəsində 1978 -ci ildə yeni Bakı sərnişin vağzalı kompleksi tikilib istifadəyə verildi.
Sərnişin vağzallarının yeniləşdirilməsi üçün 1984-1987 -ci illərdə Heydər Əliyev cənablarının göstərişi və nəzarəti sayəsində keçmiş SSRİ Yollar Nazirliyi tərəfindən Azərbaycana 350 ədəd yeni sərnişin vaqonu göndərilmişdir. Həmin vaqonlar indidə dəmir yolunun əsas sərnişin vaqon parkını təşkil edir. Sərnişin vaqonlarının Bakı Vaqon Deposunda 1997-ci ildə ilk dəfə olaraq əsaslı təmirinə başlanılması da bu dövrün mühüm hadisəsidir. Çünki, Azərbaycanda əvvəllər heç vaxt bu növ təmir aparılmamışdır.
Prezident Heydər Əliyevin Rusiya Federasiyası rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində 1993 -cü ildən etibarən Rusiyanın Azərbaycana qarşı tətbiq etdiyi nəqliyyat blokadası aradan qaldırıldı və 1997 -ci ilin aprel ayından Şimal istiqamətində sərnişin qatarları hərəkətə başladı . Hazırda Bakıdan ,Moskva ,Kiyev , Xarkov,Rostov , Həştərxan şəhərlərinə sərnişin qatarlarımız hərəkət edir ki, buradakı xidmət səviyyəsi ən yüksək tələblərə cavab verir. Həmçinin 1995-ci ildə Naxçıvan şəhəri ilə İran İslam Respublikasının Təbriz şəhəri arasında beynəlxalq sərnişin qatarı istismara buraxılmışdır .
1960-cı illərdə dəmir yolunun lokomotiv parkının imkanları olduqca məhdud idi. Belə ki, Respublikada yüklərin əksər hissəsi Şimali Qafqaz və Zaqafqaziya dəmir yoluna (Gürcüstan) məxsus lokomotivlərlə daşınırdı. Həmin lokomotivlər Şimaldan Biləcəri stansiyasına qədər , Qərbdən isə Ucar stansiyasına qədər hərəkət edirdi. Ümumiyyətlə bu dövr keçmiş SSRİ dəmir yollarında paravoz və teplovozların müasir tipli elektrovozlarla əvəz olunması illəri idi.
1969-1970 -ci illərdə Bakı-Ucar sahəsi elektrikləşdirildikdən sonra ,Azərbaycan Dəmir Yolunda artan yük dövriyyəsini təmin etmək üçün ,artıq tələbatı ödəməyən teplovozların daha güclü lokomotivlərlə əvəz edilməsinə kəskin ehtiyac duyulurdu.
1971 -ci ildə Heydər Əliyev cənablarının SSRİ hökumətinə müraciətindən sonra Azərbaycan Dəmir yoluna 3660 kvt. və ya 5712 at gücünə malik VL8 ,VL10, VL15, VL22 seriyalı elektrovozlar gətirildi və nəticədə dəmir yolunun istismar işinin səviyyəsi , qatarların orta çəkisi və surəti artdı ,hərəkət cədvəlinə əməl olunması təmin edildi, dəmir yolunun iqtisadi göstəriciləri yaxşılaşdı.
1970-ci ildən başlayaraq şəhərətrafı elektrik qatarları müasir tələblərə cavab verən, yeni seriyalı ER2 elektrik qatarları ilə əvəz olunmağa başlandı. Yeniləşmə prosesi 1982-ci ilə kimi davam etdirildi. Həmin illərdə 75 seksiya ER2 seriyalı elektrik qatarı alındı.
Bu dövrdə stansiyalarda çeşidləmə işləri üçün müasir teplovozlara kəskin ehtiyac duyulurdu.
Bununla əlaqədar , 1969-cu ildən başlayaraq , 1987 - ci ilə kimi 1200 at gücünə malik 100-dən çox yeni TEM2 seriyalı teplovozlar alındı. Bundan başqa Azərbaycan Dəmir Yolu daha müasir -Çexoslovakiyada istehsal olunmuş, 1350 at gücünə malik 50 ədəd ÇMEZ seriyalı teplovozlarla təmin olundu.
1988 -ci ildə Culfa-Şərur sahəsi elektrikləşdikdən sonra həmin sahəd elektrovozlar işləməyə başladı.
Azərbaycan Dəmir Yolu inkişaf etdikcə lokomotiv parkının yeniləşməsi prosesi təbii olaraq davam etdirildi.
Belə ki, sonrakı illərdə İmişli-Minçivan- Culfa ,Yevlax-Balakən sahələrində işlədilməsi nəzərdə tutulan 6000 və 9000 at gücünə malik 22 ədəd 2TEIOM, 24 ədəd 3TEIOM seriyalı teplovozlar və 4600 Kvt (6256 at qüvvəsi) gücə malik olan və müasir tələblərə cavab verən 40- dan çox VLIM seriyalı elektrovozlar alındı . Yeni lokomotivlər və elektrik qatarları alındıqca, depolarda təmir texnologiyasının inkişaf etdirilməsi üçün rekonstrukstiyalar aparılmış və yeni sexlər tikilib istifadəyə verilmişdir.
1978-1979 – cu illərdə Biləcəri lokomotiv deposunda elektrovozların cari təmirini təşkil etmək, lokomotivlərin təmirdə boş dayanmasını azaltmaq məqsədi ilə ,elektrovoz sexi inşa olunmuşdur.
1979-1982 -ci illərdə Gəncə lokomotiv deposunda yeni elektrovoz sexi tikilib istifadəyə verilmişdir.
1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilmiş, bununla da texniki baxışda boş dayanmanın vaxtı xeyli azalmışdır.
1996-cı ilin noyabr ayında Bakı lokomotiv deposunda elektrik maşınları sexinin tikintisinə başlandı. Sexdə 7 növ elektrik maşınlarının təmiri nəzərdə tutulmuşdur.
MDB məkanında lokomotivlərin əsaslı təmiri və 3 -cü həcmli cari təmiri baha başa gəldiyindən , onların Azərbaycan Dəmir Yolunda təmir olunması nəzərdə tutulmuş və həyata keçirilmişdir.
Belə ki, 1988-ci ildə Biləcəri lokomotiv deposunda teplovozların 3-cü həcmli cari təmiri sexi bağlanmışdı: 1988 ci ildə həmkn sex bərpa olunmuş, 10 əd teplovoz təmir olunaraq istismars verilmişdir.
İmişli lokomotiv deposunda da teplovozların 3-cü həcmli cari təmiri texnologiyasına başlanmış və 2 ədəd teplovoz təmir olunaraq istismara buraxılmışdır. 1988-ci ildə Azərbaycan Dəmir Yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuş , artıq 10 ədəd elektrovoz və hər biri 4 vaqondan ibarət 2 elektrik qatarı təmir olunmuşdur.
Azərbaycan dəmir yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969-cu ildən sonra başlanmışdır. Belə ki, 1969 -cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hal-hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir . Bundan əlavə 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlamışdır.
Yük vaqon depolarının tikilib istifadəyə verilməsi Azərbaycanda vaqonların depo və əsaslı təmiri üçün texniki baza və əhali üçün əlavə iş yerləri yaratmışdır.
Keçmiş SSRİ Respublikalarının cəmi 1 neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975- ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilmişdir.
Bu deponun tikilməsi və istifadəyə verilməsi ilə cari ilin plan üzrə 10300 və əsaslı plan üzrə 3600 universal konteynerlərin təmiri üçün şərait yarandığı və 35 nəfər ixtisalı mütəxəssis işlə təmin olundu.
Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsulları istehsal edən zəngin ölkə olmasına baxmayaraq , dəmir yolunda o vaxt texniki cəhətdən zəif, cəmi 37 ədəd refrijeratoru istismar edən vaqon deposu fəaliyyət göstərirdi. Görülən işlər nəticəsində 1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi.
Deponun açılışından sonra 300-dən artıq refrijerator seksiyası altında və bunun sayəsində işcilərin sayı 289-dan 1735 nəfərə çatdı.Bu da Azərbaycanın Cənub bölgəsində 1446 nəfərin işlə təmin olunmasına imkan verdi. Deponun yaranması ilə əlaqədar Salyanda və Biləcəridə soyuducu vaqonlara texniki xidmət göstərilməsi üçün texniki müayinə məntəqəsi yaradıldı və əlavə 25 nəfər işlə təmin olundu. Sonrakı illər ərzində daha 100 ədə refrijerator seksiyası alındı və bununla Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı və şərab məhsullarının daşınması tam təmin olundu.
Azərbaycan Dəmir Yolunun Qərb istiqamətində qatarların hərəkətinin artması yük vaqonlarının təmirinin tezləşdirilməsini və istismarda texniki cəhətdən saz saxlanılmasını tələb edirdi. Bu məqsədlə Heydər Əliyev cənablarının köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi.
Yeni istifadəyə verilmiş vaqon deposu 200 nəfərin işlə təmin olunmasına səbəb oldu və illik təmir gücü 2500 vaqon olan depo xəttdə qatarların təhlükəsiz hərəkətini tam təmin etməyə zəmin yaratdı .
1991-ci ildə Respublikamız müstəqillik əldə etdikdən sonra vaqon parkının keçmiş İttifaq Respublikaları arasında bölünməsi nəticəsində Azərbaycan Dövlət Dəmir yoluna 28.600 yük vaqonu verilmişdir. Bu sayda yük vaqonlarının təmiri və istismar müddətində texniki cəhətdən saz vəziyyətdə saxlanılması məqsədilə dəmir yolunda 3 vaqon deposu yaradılmış və fəaliyyət göstərir. Bunlar 1996-cı ildə yaradılmış Şirvan ,1997-ci ildə yaradılmış Culfa və İmişli vaqon depolarıdır.
Şirvan vaqon deposu yarananadək yük vaqonlarının cari təmiri bu sahədə aparılmadığı halda ,1997-ci ildən bu depoda 1200 vaqona qarşı 3477 vaqonun cari bərpa təmiri yerinə yetirilmişdir.
Şirvan istismar vaqon deposunun açılışı və burada MDB ölkələrinə məxsus 9000-dən artıq nasaz yük vaqonunun təmir olunub sahiblərinə qaytarılması Azərbaycan Dəmir Yolunun külli miqdarda cərimə məbləğindən azad olunmasına səbəb olmuşdur.
1969-99 -cu illər ərzində görülmüş işlərin nəticəsində vaqon təsərrüfatı üzrə 2220 nəfər üçün iş yeri yaranmış ,ailə üzvləri ilə birlikdə 10000 insanın güzəranı yaxşılaşmışdır.
1969-cu ildə qatarların intensiv hərəkəti zaman Azərbaycan Dəmir Yolunda bir vaqon deposu tərəfindən 6300 vaqon depo həcmli və 300 vaqon isə əsaslı təmir olunurdu. 1969-99 -cu illər ərzində yaranmış texniki təmir bazasının hesabına 1993- cü ildən başlayaraq, ildə 10-11 min yük vaqonu depo təmirindən çıxmışdır.
1993-cü ildə yük vaqonları MDB ölkələri arasında bölüşdürüldükdən sonra yük vaqonlarının əsaslı təmirini yerinə yetirmək mümkün deyildi ,çünki Azərbaycanda bu növ təmir üçün baza yox idi .Yük vaqonlarının Rusiya və digər MDB ölkələrinə əsaslı təmirə göndərilməsi isə, maliyyə vəsaitinin olmaması və nəqliyyat çətinliklərinə görə mümkün deyildi. Yaranmış vəziyyətdən çıxmaq üçün yol rəhbərliyinin göstərişi ilə 1996-cı ildən Ələt refrijerator və Gəncə vaqon depolarında yük vaqonlarının, həmçinin refrijerator seksiyalarının əsaslı təmir texnologiyası tətbiq edilmişdir.
Bu depolarda vaqonların təmirinin aparılması nəticəsind 3 il ərzində 2 mln-dan artıq Amerika dolları məbləğində vəsaitə qənaət olunmuşdur.
Azərbaycan Dövlət Dəmir Yolunun İşarəvermə və rabitə təsərrüfatı da son illər texniki tərəqqi yolu keçmişdir. Dəmir Yolunun bir çox sahələrində avtoblokirovka, yoldəyişən və siqnalların elektrik mərkəzləşməsi , dispetmer mərkəzləşməsi qurğuları quraşdırılmışdır. Hal- Hazırda Azərbaycan Dəmir Yolunun 2117,6 km ərazisi işarəvermə və rabitə qurğuları ilə təchiz edilmişdir.
Yeni elektrikləşdirilmiş dəmir yol xətlərinin istismara buraxılması, elektrikləşdirilmənin genişlənməsi nəticəsində elm-texnika və elektronikanın geniş tətbiqinə şərait yaratdı.
1970-ci ildə yolun ümumi istismar uzunluğu 1835, 3 km olduğu halda 630,3 km sahədə avtoblokirovka qurğuları quraşdırılmışdı. Qatarların Samur- Naxçıvan , Astara-Böyük-Kəsik istiqamətlərində axının artması ilə əlaqədar olaraq artıq 1999-cu ilə kimi hərəkət intervalı 8-10 dəqiqə təşkil edən müasir 3 dərəcəli avtoblokirovka 1523,7 km sahədə tətbiq edilmiş və göstərici 71,9 % olmuşdur.
1969-1971 -ci illərdə uzunluğu 226,6 km olan Sumqayıt-Dərbənd sahəsində avtoblokirovka modernizasiya edilərək bu ərazidəki stansiyalarda 349 yoldəyişən həcmində elektrik mərkəzləşməsi quraşdırılmışdır.
1971-1973-cü illərdə Biləcəri-Sumqayıt sahəsində 26 km avtoblokirovka qurğuları elektrik mərkəzləşməsi ilə yenidən qurulmuş, uzunluğu 162 km olan və 15 stansiyanı əhatə edən Yalama-Sumqayıt sahəsində elektrik mərkəzləşməsi quraşdırılmışdır .
Eyni zamanda 1971-ci ildə uzunluğu 19 km olan Pirşağı-Sumqayıt sahəsində avtoblokirovka ( elektrik dartı qurğuların tikintisi ilə əlaqədar olaraq) qurğuları tətbiq edilmişdir.
1969 -cu ildə uzunluğu 245 km olan Bakı-Ucar sahəsində avtoblokirovka və elektrik mərkəzləşməsi yenidən qurulmuş, 1976-79- cu illərdə uzunluğu 183 km olan və 254 yoldəyişəni əhatə edən Osmanlı-Astara sahəsində avtoblokirovka və elektrik mərkəzləşdirilməsi tikilmişdir.
Dəmir Yolunda avtoblokirovka avadanlıqlarının tətbiqi genişləndikcə yarımavtomat blokirovka avadanlıqları ixtisar edilir. Yarımavtomat blokirovka vasitələri qatarların intensiv hərəkətini təmin etmək məqsədi ilə dəmir yolunda 1970- ci ildə tətbiq edilmiş və 1835, 3 km ümumi istismar yolunun 966,9 km də quraşdırılmışdır ki, bu da 52,68 % təşkil edir .Avtoblokirovkanın tətbiq edilməsi nəticəsində yarımavtomat blokirovka avadanlıqları ixtisar edilərək 1999-cu ildə cəmi 465,2 km məsafədə qalmışdır ki, bu da 2117,6 km istismar yolunun 21,9 % təşkil edir .
1968-1969 -cu illərdə Primorsk, Yeni-Suraxanı sahəsində elektrik mərkəzləşməsi, yarımavtomat blokirovka sistemi quraşdırılmışdır .
Dispetçer mərkəzləşdirilməsi hərəkətin təhlükəsizliyini təmin edən vasitə olub, yolun buraxılış qabiliyyətini, yüksəldir və daşınmanın maya dəyərini aşağı salır.
1979-1982 -ci illərdə Ələt -Naxçıvan sahəsində 449 km 2 istiqamətli kod avtoblokirovka sistemilə tətbiq edilmiş, elektrik mərkəzləşdirilməsi qurularaq sahənin stansiyalarında 533 yoldəyişdiriciləri əhatə edən Naxçıvan stansiyasında 4 dispetçer dairəsi istifadəyə verilmişdir. Habelə 2 kabelli 120 yüksəktezlikli kanalları olan 2 sistemli K-60 sıxlaşdırıcı aparatlar qurulmuşdur. Culfa,Naxçıvan, Ələt stansiyalarında yeni rabitə evləri istismara verilmişdir.
1988-ci ildə uzunluğu 63 km olan Naxçıvan-Noraşen(Şərur) sahəsində elektrik mərkəzləşdirilməsi ilə təmin edilmiş stansiyalarda 37 yoldəyişdiriciləri olan ,120 yüksəktezlikli kanallı 2 kabelli P -306 tipli aparatı ilə təchiz edilmiş 4 dispetçer dairəsi təhvil verilmişdir.
1970-ci ilə qədər 1835,3 km ümumi istismar yolunun 572,2 km sahəsi rəqəm-saylı kod avtoblokirovka avadanlıqları ilə təchiz edilmişdir ki , bu da 2117,6 km ümumi istismar yolunun 59,39% təşkil edir. Lokomotivlərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı, Biləcəri , Gəncə ,İmişli, Culfa,Salyan lokomotiv depolarındakı ALSN və radiorabitə qurğuları daha da modernləşdirilmişdir.
Əgər 01.01.70 -ci ildən dəmir yolunda elektrik mərkızləşdirilməsi 51 stanaiyada tətbiq edilərək 990 ədəd yoldəyişdirici təşkil edirdisə , bunun sayı 1999 – cu ildə 176 stansiyaya çatmış və yoldəyişdiricilərin sayı 3514 ədəd təşkil etmişdir. Bu illər ərzində stansiyaların əksəriyyəti inkişaf etmiş ,yeni stansiyalar qurulmuşdur. Məsələn:
1973-cü ildə Güzdək neftdoldurma stansiyasında 50 yoldəyişdirici, Dəvəçi stansiyasında 73 yoldəyişdirici , 1972 -ci ildə Xırdalan stansiyasında 31 yoldəyişdirici istismara verilmişdir.
1971-1973 -cü illərdə Znoynı, Osmanlı stansiyalarında elektrik mərkəzləşdirilməsi qurularaq 14 yoldəyişdirici istismara verilmişdir.
1976-cı ildə Bakı idarə və təşkilatlarının işini yüngülləşdirmək üçün Keşlə stansiyasında 13 yoldəyişdirici elektrik mərkəzləşməsinə qoşulmuşdur.
Son illər Şirvan və Biləcəri çeşidləmə stansiyasında bir sıra yenidənqurma işlər aparılmışdır. Böyük çeşidləmə stansiyası olan Şirvan stansiyasında hal-hazırda mexanikləşdirilmiş təpəcik,268 elektrik mərkəzləşməsinə qoşulmuş yoldəyişdirici ,park rabitəsi ,qatar və manevr radiostansiyaları, giriş və çıxış parkları , çeşidləmə dəstləri vardır. Əgər 1970-ci ildə yolda təpə avtomatik mərkəzinə qoşulmuş 43 yoldəyişdirici olan 2 çeşidləmə stansiyası var idisə, 1999-cu ildə təpə avtomatik mərkəzinə qoşulmuş yoldəyişdiricilərin sayı 96-ya çatmış bu isə onların 45% artması və əl əməyinin ixtisar olunması deməkdir. 1975-79 -cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilmiş , 5 keçid avtomatlaşdırılmış yarım avtoblokirovka 33 km xəttin 8 stansiyasında quraşdırılmışdır.
Azərbaycan Dəmir Yolunu Orta Asiya Dəmir yolu ilə birləşdirən Bakı -Krasnovodsk bərə keçidinin Xəzərdə yük daşınmasında böyük rolu vardır.
Bərə keçidi təkcə Zaqafqaziya və Orta Asiya regionları arasında yükdaşımaya deyil, həm də yüklərin Qara Dəniz limanı vasitəsilə digər ölkələrə yola salınmasına xidmət edir. Ona görə də stansiyada yeni elektrik mərkəzləşmə postu tikilmiş və 33 yoldəyişdirici və siqnallar elektrik mərkəzləşməsinə qoşulmuşdur.
Qatarların hərəkətlərinin təhkükəsizliyini təmin etmək və buks qovşağının qızması haqqında yaxınlıqdakı stansiyalara məlumat ötürmək məqsədilə dəmir yolunda 20 məntəqədə vaqonların bukslarının qızmasını göstərən PONAB-3 qurğuları quraşdırılmışdır.
Qatarların buraxılmasının tezləşdirən amillərdən biri də qatar dispetçeri ilə maşinist arasında 2 tərəfli radiorabitənin olmasıdır. Bu rabitə növü 1970-ci ildən bütün ümumi sahələrin uzunluğu üzrə 207 km təşkil edirdisə, eşidilmə qabiliyyəti mümkün olmayan zonalara asılqanlarla dalğaötürücülər quraşdırıldıqdan sonra həmin məsafə 1631,005 km-ə çatdırılmışdır və hal-hazırda bu zonalar 12, 69% təşkil edir .Lokomotiv parkının radiostansiyalarla təmin edilməsi məqsədilə 1976 -cı ildə 302 radiostansiya quraşdırılmışdırsa, bu rəqəm artıq 1999-cu ildə 694 radiostansiya olmuşdur ki , bu da 43,52% artım deməkdir. 1976-cı ildə stasionar radiostansiyalarla 21 məntəqə təchiz edilmişdisə, 1999-cu ildə bunun sayı 222 çatdırılmış və 94,6% artıma nail olunmuşdur.
1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılmışdır. Yolun daxilində həmçinin , ərazimizdən keçən tranzit yüklərin axını intensiz şəkildə artdığına görə operativ informasiya ötürülməsinə kəskin ehtiyac duyulurdu. Buna görə də Dəmir Yolunu keyfiyyətli operativ texnoloji rabitə ilə təmin etmək məqsədilə Ələt-Naxçıvan -Noraşen dispetmer mərkəzləşdirilməsi sahələrində yeni kabel xəttləri çəkilmişdir.
Habelə, Samur-Dəvəçi sahəsində 72 km Yevlax-Xocalı sahəsində 99 km , Qala-Dübəndi-Zirə sahəsində 17 km ,Bakı-Cənub ,Sahil-Keşlə sahəsində 15 km uzunluğunda yeni hava rabitə xəttləri istismara verilmişdir. Əhalini telefon rabitəsi ilə təmin etmək məqsədi ilə avtomat telefon stansiyalarının Şirvanda 1500 nömrəyədək ,Biləcəridə 3500 nömrəyədək ,dəmir yolu idarəsi binasında 3000 nömrəyədək və Gəncədə 1400 nömrəyədək inkişaf etdirilməsi mümkün olmuşdur. Həmçinin yük işləri ilə əlaqədar olan stansiyalarda 50-100 nömrəli
KRJ-50,100 tipli ATS -lər quraşdırılmışdır . Yerli telefon şəbəkəsi inkişaf etdirilərək maşinistlərin və dəmir yolunun digər sahələrində xidmət göstərən işcilərin mənzilləri telefonlaşdırılmışdır. Əgər avtomat-telefon stansiyaların tutumu 01.01.70 -ci ildə 5610 nömrə təşkil edirdisə, 01.01.90-cı ildə bu rəqəm 20450 nömrəyə çatdırılmışdır ki, bu da 3,65 dəfə artım deməkdir. Teleqraf rabitəsinin daha da inkişaf etdirmək məqsdilə dəmir yolu idarəsi binasında APSK sexi quraşdırılmış , Naxçıvan stansiyasında isə ATPS-PD-108/32 teleqraf aparatı modernləşdirilmişdir. Bundan əlavə , TT-144, TT-12, TT-5 , aparatları bazasında yeni teleqraf şəbəkəsi təşkil edilərək , fiziki cəhətdən köhnəlmiş müasir tələblərə cavab verməyən Q-1110 ,Q-2000, aparatları yeniləri ilə əvəz edilmişdir.
Bakı-Naxçıvan, Naxçıvan-Minçivan ,Naxçıvan-İmişli sahələrində yol rabitəsinin 35 kanalı ,habelə Bakı-Gəncə ,Bakı-Şirvan, Bakı-Dəvəçi sahələri üzrə bir çox kanallar avtomatlaşdırılmışdır.
Azərbaycan Dəmir Yolunun elektrikləşdirilməsi əsasən 1969-1999 -cu illərdə möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarının Respublika rəhbərliyi dövründə həyata keçirilmişdir. 1999-cu ilə kimi Dəmir Yolunun elektrikləşdirilmiş sahəsinin istismar uzunluğu 1284- km -ə çatdırılmışdır ki, bu da yolun ümumi uzunluğunun 61% təşkil edir. Hal-hazırda Dəmir yolunda yük və sərnişin daşınmanın 90% elektrik dartı qüvvəsi ilə aparılır. 1969-cu ildə uzunluğu 248 km olan Bakı-Ucar və 12 km olan Qazıməmməd- Əli Bayramlı sahələrində kontakt şəbəkəsi tikilib istismara verilmişdir. Həmin il Qazıməmməd elektrik təchizat distansiyası yaradılmış və distansiyanın idarə binası tikilmişdir. Kontakt şəbəkəsində vaxtlı- vaxtında istismar işlərinin aparılması üçün Baş -Ələt ,Qazıməmməd, Kürdəmir, Ucar, kontakt şəbəkəsinin idarə və istehsalat binaları tikilmişdir. Bu sahədə yerləşən dəmit yolu təşkilatlarını fasiləsiz və etibarlı surətdə elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə 10 Kvt-luq Güzdək , 35 Kvt-luq Biləcəri , 110 Kvt-luq Lökbatan, 110 Kvt-luq Qazıməmməd , 110 Kvt-luq Hacıyev ,35 Kvt-luq Ələt, 35 Kvt-luq Sığırlı , 6 Kvt-luq Kürdəmir , 110 Kvt-luq Mususlu , 110 Kvt-luq Ucar dartı yarımstansiyalarının binaları tikilmiş, elektrik qurğuları istismara verilmişdir. Göstərilən dartı yarımstansiyalarda 120 ədəd TDTH – 16.000( 110) 10 tipli alçaldıcı və TMRU- 6 , 300/35 tipli dartı transformatorları işə salınmışdır.
1970-1973 – cü illərdə Pirşağı- Sumqayıt , Zabrat 2- Pirşağı , Sumqayıt- Yalama , sahələrində ümumi uzunluğu 202,8 km olan kontakt şəbəkəsi tikilib istismara verilmişdir. 1973-cü ildə Biləcəri Elektrik təchizatı distansiyası yaradılmış, idarə binası tikilmişdir. Həmçinin Nasosnu, Giləzi, Xaçmaz , kontakt şəbəkə rayonlarının binaları tikilmişdir. Bu sahədə yerləşən Dəmir Yolu stansiyalarının etibarlı elektrik təchizatı 110 Kvt-luq Yaşma , 110 Kvt-luq Giləzi , 35 Kvt-luq Qızıl -Burnu , 35 Kvt-luq Dəvəçi, 110 Kvt-luq Çarxı , 110 Kvt-luq Qusarçay , 10 Kvt-luq Yalama dartı yarımstansiyalarının elektrik qurğuları quraşdırılmış və istismara verilmişdir.
1974 – cü ildə Ağstafa -Böyük-Kəsik sahəsində ikinci dəmir yolu xəttinin tikilməsi ilə əlaqədar olaraq 45.6 km uzunluğunda kontakt şəbəkəsi quraşdırılaraq istismara verilmiş , Ağstafa və Soyuqbulaq kontakt şəbəkələrinin binaları tikilmişdir. Bu sahədə yerləşən stansiyaların və başqa dəmiryolu təşkilatlarının etibarlı elektrik enerjisi ilə təchiz olunması üçün 110 kVt-luq Böyük-Kəsik , 110 kVt -luq Soyuq-Bulaq , 110 kVt-luq Poylu ,110 kVt -liq Qazax dartı yarımstansiyalarda elektrik qurğuları quraşdırılmış və işə baxılmışdır.
Əlavə olaraq , 120 kilovatlıq Buzovna 10 kilovatlıq Pirşağı dartı yarım stansiyaları tikilmiş və elektrik qurğuları işə salınmışdır.

1975-ci ildə Baş-Ələt-Əli Bayramlı ərazisində 48 km uzunluğunda kontakt şəbəkəsi tikilmiş və Əli Bayramlı elektrik təchizatı distansyası yaradılmışdır.Həmçinin 35 kilovatlıq “Znoyni” 6 kilovatlıq “Əli Bayramlı” dartı yarım stansiyaları tikilmiş və işə salınmışdır. 1979-cu ildə Əli Bayramlı-İmişli sahəsində uzunluğu 78 km olan kontakt şəbəkəsi tikilərək istismara verilmiş Saracalar və İmişli kontakt şəbəkələri üçün idarə binaları tikilmişdir. Bu sahədə Dəmir Yolu stansiyalarını və başqa təşkilatları etibarlı elektrik enerjisi ilə təchiz etmək üçün 120 Kvt-luq Saatlı ,110 kilovat-lıq Mürsəlli və 10 kilovat-lıq İmişli dartı yarımstansiyaları işə salınmışdır .


1988-ci ildə 390 kilometrlik İmişli-Ordubad sahəsində iki zəncirli və 10 kilovatlıq avtoblokirovka hava xətti tikilərək istifadəyə verilmiş, İmişli, Minçivan, Ordubad şəbəkə rayonlarının idarə binaları tikilmişdir. Bu sahədə stansiyaları ,dəmir yolu qurğularını etibarlı elektrik enerjisi ilə təchiz etmək üçün 400 ədəd TM-1000/4, TM-630/04, TM-400/04 avadanlığı ilə təmin olunub. TM-250/04 tipli transformator yarımstansiyaları işə salınmışdır . Həmin il uzunluğu 164 km olan Yevlax-Balakən, 99 km. Yevlax-Xankəndi, 183 km. Osmanlı-Astara sahələrində iki zəncirli 10 Kvt-luq avtoblokirovka xətləri tikilib istifadəyə verilmişdir. Bu dövrdə 110 kilometrlik Culfa-Noraşen (Şərur) sahəsində kontakt şəbəkəsi , Culfa, Naxçıvan və Noraşen (Şərur) kontakt şəbəkələrinin idarə binaları tikilmişdir. Bu sahədə Dəmir Yolu istehlakcılarının fasiləsiz elektrik enerjisi ilə təchiz etmək üçün 10 kVt-lıq Culfa, 110 KVt-lıq Nehrəm , 110 KV-lıq Naxçıvan, 110 KV-lıq Karquluq, 110 KV-lıq Qıvraq, 10 KV-lıq Horadiz dartı yarımstansiyaları tikilib istifadəyə verilmişdir.


1969-1999-cu illərdə elektrik təchizatı təsərrüfatına AQB tipli 20 ədəd drezin , ADV tipli 10 ədəd drezin , VK-I tipli 4 ədəd drezin və 45 ədəd QAZ-52 qəza bərpa avtomaşını alınmışdır.
Dəmir yolu nəqliyyatında istismar işlərinin tələb olunan səviyyədə aparılmasında hərəkatın təhlükəsizliyi təminatının böyük əhəmiyyəti vardır. Bu məqsədlə ,Dəmir Yolunda daşıma prosesinin inkişafı üzrə aparılmış təşkilatın tədbirləri əsasını qatarların təhlükəsiz hərəkətinin təmini təşkil etmişdir . Bununla yanaşı, aparılan profilaktik və əməli tədbirlərə baxmayaraq , ayrı-ayrı səbəblərdən hərəkət heyətlərinin relsdən düşməsi ilə əlaqədar xəta və qəza hadisələrinin baş verməsi halları ,bir qayda olaraq gözlənilə bilər.
Ona görə də , dəmir yolu nəqliyyatında, dərəcəsindən asılı olmayaraq, hərəkət heyətin relsdən düşməsi hadisələrinin nəticələrini operativ aradan qaldırmaq məqsədilə yaradılmış “ Bərpa qatarları” xüsusi struktur bölmə kimi fəaliyyət göstərir.
Hər hansı bir hadisə baş verdikdən sonra hərəkətin tezliklə bərpa olunması “Bərpa qatarların”işinin operativ və yüksək səviyyədə təşkil olunmasından asılıdır.
1960-cı illərin əvvəllərindən etibarən , dəmir yollarında yeni tipli hərəkət heyəti vasitələrindən istifadə olunmasına baxmayaraq, Azərbaycan Dəmir Yolu keçmiş SSRİ Yollar Nazirliyinin başqa dəmir yollarında mövcud olan müasir bərpa texniki avadanlıqlarla təchiz olunmamışdır.
Azərbaycan Dəmir Yolunun nəzdində 1969-cu ilə qədər 5 bərpa qatarı fəaliyyət göstərirdi ki onlar güclü və məhsuldarlığı aşağı olan texniki vasitə və avadanlıqlardan ibarət idi.Qeyd etmək lazımdır ki, 1970 -ci ildən başlayaraq Heydər Əliyev cənablarının Dəmir Yoluna yüksək diqqəti sayəsində Azərbaycan Dəmir Yolunda qatarların hərəkət sayı artırılmış, Dəmir Yolunun yüksək gücü və surəti olan lokomitvlərlə (elektrovoz və teplovoz ) 6-8 oxlu ağır yükgötürmə qabiliyyəti olan vaqonlarla təchiz olunmuşdur.
Bütün bunlarla yanaşı , bərpa qatarlarının gücləndirilməsinə də xüsusi diqqət verilmişdir.
Belə ki, möhtərəm prezidentimiz Heydər Əliyev cənablarının istər bilavasitə, Respublikaya rəhbərlik etdiyi 1969-82 -ci illər ,istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-87 -ci illər ərzində , Azərbaycan Dəmir Yolu müasir xarici maşın mexanizmlər və texniki avadanlıqlarla təchiz edilmişdir.
Yolun bərpa qatarlarının müasir texniki vasitələr və avaanlıqlarla gücləndirilməsi əsasən , 1970-87 ci illər ərzində olmuşdur. Bu dövrdə alınmış əsas fondların və mexanizmlərin siyahısına, Almaniyada hazırlanmış 10 ədəd EDK-80 ,125,250 tonluq qaldırıcı kranlar , 60-120 ton ağır yük qaldırma qabiliyyəti olan 5 dəst “ XEŞ” xüsusi hidrovlik domkratlar ,13 ədəd müasir , yüksək güclü T-180,330 markalı “KAMSTU” Yapon Buldozer -dartıcı traktorlar , 5 ədəd yüksək gərginlik verən 35-75 kVt tipli səyyar elektrik stansiyalar ,ГАЗ-52 , ЗИЛ-431 markalı avtomaşınlar, , Hərəkət heyətlərini relsə qaldırmaq üçün 16 ədəd yüngül titan metalından hazırlanmış müasir qaldırıcılar və başqa avadanlıqlar daxildir.
Bundan başqa, bərpa qatarları işçilərin şəraitinin və texniki qurğuların saxlanılması üçün xüsusi hazırlanmış 13 CMB sərnişin vaqonu və 48 ədəd yük vaqonları ilə təchiz olunmuşdur.
Dəmir yolu obyektlərinin və daşınan yüklərin qorunması yolun hərbiləşdirilmiş mühafizə xidməti tərəfindən həyata keçirilir.
1969-cu ildən , başlayaraq respublika hökumətinin qərarı ilə dəmir yolu hərbiləşdirilmiş mühafizə bölmələrinin texniki vasitələrlə , radiostansiyalarla, geyim formaları və digər ləvazimatlarla təchiz olunması çəxsi heyətin maddi rifahını yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Mühafizə işlərinin qarşısında qoyulmuş tapşırıqların daha səmərəli həyata keçirilməsi məqsədilə ilə onlar üçün 1972-ci ildə Biləcəri stansiyasında, 1986-cı ildə Keşlə stansiyasının yük həyətində , 1998-ci ildə isə Yalam stansiyasında 2 mərtəbəli inzibati binalar tikilmiş və istifadəyə verilmişdir. Bundan əlavə, daşınan yüklərin və obyektlərin yanğından mühafizəsi, habelə baş vermiş yanğının qarşısını operativ surətdə almaq məqsədilə 1982-ci ildə Şirvan stansiyasında , 1992-ci ildə isə Salyan və Yevlax stansiyalarında yanğından mühafizə qatarları təşkil olunmuşdur .
Dəmir yolunda işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün 1969-cu ildən “Maşın hesablama stansiyası ” fəaliyyətə başlamışdır . Bununla paralel olaraq Dəmir Yolunun “ Hesablama texnikası Laboratoriyası da yaradılmışdır . 1977- ci ildə bu iki təşkilat genişlənərək “ Hesablama Mərkəzi” yaradılmışdır . Mövcud olan vaxtdan etibarən Hesablama Mərkəzinin strukturuna uyğun aşağıdakı işlərin avtomatlaşdırılması yerinə yetirilmişdir:
Yük və sərnişin daşımaları üzrə gəlirlərin hesablanması:
Yük və sərnişin daşımaları prosesinin avtomatlaşdırılması;
Daşımalar üzrə statistik hesabatların yerinə yetirilməsi :
Yolun işləri üçün əmək haqqlarının hesablanması:
Göstərilən işlərin avtomatlaşdırılması üçün Hesablama Mərkəzində dövrün tələblərinə uyğun BC markalı elektron hesablama texnikası olmuşdur. 1990-cı ildən etibarən BC markalı texnikanın mövcud tələblərə cavab verə bilmədiyi üçün , onların müasir kompüter texnikası və proqram təminatı ilə əvəz olunmasına başlanılmış və bu iş hazırda davam etdirilir.
Azərbaycan Dövlət Müstəqilliyi qazandığından sonra Dəmir Yolunun mülkiyyəti olan vaqon və konteyner parkının qeydiyyatının və digər əsas işlərin avtomatlaşdırılması keyfiyyətlə yerinə yetirilir .Bu işlər keçid stansiyalarında yük və sərnişin daşımaları üzrə bütün məlumatların avtomatlaşdırılması , dövlətlərarası informasiya mübadiləsinin avtomatlaşdırılması , stansiyalarda avtomatik işci yerlərinin tətbiqi ,kompleks avtomatik idarəetmə sistemlərinin yaranması dəmiryolçuların əmək haqqının hesablanması, statistik hesabatların avtomatlaşdırılması kimi tədbirlərdən ibarətdir.
Müasir kompüter texnikasınln tətbiqi ilə əlaqədar olaraq , yerli və qlobal şəbəkələrin yaradılması , kommunikasiya və informasiya xidmətlərinin yerinə yetirilməsi kimi tədbirlərdə Hesablama Mərkəzi böyük işlər görmüş və onları daha da inkişaf etdirir.
Azərbaycan Dəmir Yolunun maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədilə 1975- 80-ci illərdə Biləcəri stansiyasında Baş Material anbarı tikilmişdir.
6 avtonom anbarı , 3 tağ tipli anbarı olan bu tikilinin ümumi sahəsi 3 hektar , anbarların yararlı sahəsi 820 km.m mülki-məişət korpusu 360 kv. M dalan dəmir yollarının uzunluğu isə 932 poq, m, idi.
Bütün bu kompleksin tikintisindən sonra Azərbaycan Dəmir Yolunda çoxsaylı xırda anbarlar ləğv edilib bir yerə cəmləşdirilmiş, materialın xarab olmasının qarşısı alınmış , izafi nəqliyyat, xərcləri ixtisara salınmış , avadanlıqların keyfiyyətlə , saz halda saxlanılıb realizə edilməsi , hər növ materialların öz spesifikasiyasına görə sortlaşdırılıb anbarlara yığılması, yüklənib boşaltmanın mexaniklədirilməsi və sairə işlər təmin edilmişdir. Baş materiala anbarının tikilməsindən sonra böyük miqdarda qənaət əldə edilmiş, içcilərin məişət şəraiti yaxşılaşdırılmış və iş yerlərində texnoloji prosesin, təkmilləşdirilməsi öz müsbət bəhrəsini vermişdir.
Bu dövrdə dəmir yolunda sənaye və mənzil tikintisinin inkişafı daim diqqət mərkəzində saxlanılmışdır.
Azərbaycan Dəmir Yolunun sənaye sahəsini inkişaf etdirmək məqsəsilə 1976-cı ildə illik istehsal gücü 20 min kub.m olan Keşlə dəmir beton məmulatları zavodu və 1995 -ci ildə illik istehsal gücü 5 mln ədəd kərpic olan Ələt kərpic zavodu istifadəyə verilmişdir.
Həmçinin 1998-ci ildə “Azərdəmiryoltikinti servis ” İB yaradılmış və birliyin yaranması ilə əlaqədar yeni iş yerləri açılmışdır . Bununla bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq yaranmış çətin bir şəraitdə burada çalışan dəmiryolçuların 4000 nəfərə yaxın ailə üzvünün sosial təminatına şərait yaradılmışdır.
Yeni yaradılmış birliyin əsas vəzifələri dəmir yolu sahələri , dəmir yolu qurğuları, sənaye obyektləri, dəmiryolu işciləri üçün mənzillər, mədəni-məişət və s. təyinatlı obyektlərin tikintisi, yenidən qurulması və əsaslı təmir işlərinə yetirilməsi , inşaat materialları, metal konstruksiyaları istehsal etmək kimi fəaliyyət dairəsini əhatə edir.

1998-ci ildə birliyin gücü ilə 17,04 km, yol əsaslı təmir olunmuş,


o cümlədən :Yevlax-Mingəçevir mənzilində 9,31 km Duvannı -Ələt mənzilində 6,22 km yol tam təmir olunmuşdur.

1969-99-cu illərdə Azərbaycan Dəmir Yolunda mənzil tikintisi surətlə aparılmışdır . 1980-ci illərin əvvəllərindən başlayaraq Şirvan çeşidləmə Stansiyası Kompleksi və onunla yanaşı , Şirvan dəmiryolçuların yaşayış massivi həmçinin Yevlax - Balakən Dəmiryol sahəsi və onun 6 stansiyasının binası , Şəki, Qax , Balakən stansiyalarında 27 yaşayış binası tikilib istifadəyə verilmişdir.


Qazıməmməd- Biləcəri - Yalama sahəsində 183.404 kv.m. ümumi sahəsi olan 2898 mənzilli 78 yaşayış binaları , Bakıda 523443 kv.m sahəsi olan 833 mənzilli 14 yaşayış binaları tikilib istifadəyə verilmişdir.
Əlibayramlı-Noraşen (Şərur) və Əlibayramlı- Astara sahəsində 47 214 kv.m. ümumi sahəsi və 787 Mənzili olan 30 yaşayış binası tikilib istifadəyə verilmişdir.
Qazıməmməd-Böyük-Kəsik-Ağstafa-Qazax sahəsində bu dövrdə mənzil tikintisi inkişaf etmiş , . Qazıməmməd, Kürdəmir, Ucar , Yevlax, Gəncə şəhərində , Ağstafa-Qazax stansiyalarında mənzil tikintisi , dəmir yolunun başqa sahələri kimi surətlə irəliləmiş, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün burada 72597 kv.m mənzil sahəsi tikilmiş və dəmiryolçuların mənzilə olan tələbatının ödənilməsi əvvəlki illərə nisbətən xeyli təmin edilmişdir.

1969-1999-cu illərdə mənzil tikintisinin və istismara verilmiş mənzil fondunun ümumi sahəsi aşağıdakı cədvəldə xarakterizə olunur.


1969 - 4475 km.m. 1985 - 16600 kv.m . 1970 - 11199 kv.m. 1986 - 2 15273 kv


1971 - 19050 kv.m. 1987 - 18680 kv.m. 1972 - 12510 kv.m. 1988- 11677 kv.m
1973-18605 KB.M. 1989- 18124 kv.m
1974 - 14984 kv.m. 1990- 12202 kv.m
1975 - 12060 kv.m. 1991- 16993 kv.m
1976 - 11937 kv.m. 1992-4685 kv.m.
1977-20692 KB.M. 1993- 5660 kv.m
1978 - 13605 kv.m. 1994- 12085 kv.m
1979 - 21403 kv.m. 1995- 9874 kv.m
1980-18869 KB.M. 1996- Mənzil tikintisi
1981-12777 KB.M. görülməyib.
1982-20654 KB.M. 1997- 2993 kv.m
1983 - 20960 kv.m. 1998- Mənzil tikintisi
1984 - 17595 kv.m. görülməyib .
1969-1999-cu illərdə Dəmir Yolunun başqa sahələrində olduğu kimi su təchizatı sahəsində görülən işlər də xeyli artmışdır. Belə ki, bu illərdə dəmir yolunda daşıma proseslərini genişlənməsi ilə bağlı daşımağa olan tələbatı ödənilməsi məqsədilə tikilən yeni dəmir yolu obyektlərinə xidmət göstərmək üçün bu illərdə su təchizatı xidməti keçmiş miqyas almış və əvvəlki dövrlərlə müqayisədə iş həcmi iki dəfədən çox artmışdır.
Şirvan stansiyasının və yaşayış massivinin su ilə təmin olunması üçün 3 su qülləsi və 5 suvurma nasosxanası tikilib istifadəyə verilmişdir.
Biləcəri stansiyasında yaşayan əhalinin içməli su ilə təmin etmək üçün 1969-cu ildə 6 ədəd ehtiyat su anbarı və 10 ədəd köməkci suvurma nasosxanası tikilmiş və 17 km su xətti çəkilib istifadəyə verilmişdir.
Zarat, Sitalçay və Sumqayıt stansiyalarını və həmin stansiyalarda yaşayan əhalinin su ilə təmin etmək üçün 2 ədəd su qülləsi və 3 ədəd köməkci suvurma nasosxanaları yarmarkalı su nasosu ilə tikilib istifadəyə verilmişdir.

Yevlax-Balakən dəmir yolu xətti, Şəki, Qax, Zaqatala , Balakən dəmir yolu stansiyaları istifadəyə verilərkən həmin stansiyalarda və su probleminin həlli üçün 4 yarmarka çəni və 4 qəza su nasosu quraşdırılmış 2 yaşayış binası inşa edilmişdir ki, onların da su problemini həll etmək üçün 4 ədəd su qülləsi tikilmiş və 4 ədəd artezian su vurma nasosxanaları quraşdırılıb istifadəyə verilmişdir .


Bu dövrdə Qazıməmməd-Biləcəri -Yalama mənzilində 78 yaşayış binası və 15 yaşayış binası tikildikdən sonra 7 ədəd köməkci su nasosları quraşdırılıb istifadəyə verilmişdir. Həmçinin Qazıməmməd-Böyük-Kəsik mənzilində stansiyalara su xətti çəkilmiş , və artezian quyuları qazılmışdır.


Əlibayramlı-Noraşen (Şərur) və Əlibayramlı- Astara mənzilində 30 yaşayış binasını su ilə təmin etmək üçün 4 ədəd su nasosxanası quraşdırılıb istifadə verilmişdir.
Bu dövrlərdə mövcud su fondunun saxlanması daimi yol rəhbərliyinin və su təchizatı distansiyasının diqqət mərkəzində olmuşdur.
1969-1999-cu illər ərzində Azərbaycan dəmir yolunun əsas fəaliyyət sahələri ilə yanaşı həm də onun təhsil və səviyyə sistemlərinin maddi texniki bazası möhkəmləndirilərək daha da inkişaf etdirilmişdir. Bu dövrdə yeni məktəblər xəstəxanalar, Poliklinikalar tikilərək istifadəyə verilmişdir. Dəmir yolunda işçilərin sosial problemlərinin həlli, düzgün kadr siyasətinin aparılması, kadrların yetişdirilməsi və yerləşdirilməsi kimi məsələlər bu illərdəki fəaliyyətin ən mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri olmuşdur.
Azərbaycan Dəmir Yolunun həkim-sanitar xidmətinin tabeçiliyində olan tibb müəssisələrində dəmir yol səhiyyəsinin inkişaf etdirilməsi üçün 1969-cu ildən bu günə kimi böyük işlər görülmüşdür .Bu sahədə çalışan tibb işçilərinin sayı 3920 nəfər təşkil edir. Bu dövr ərzində Biləcəridəki mərkəzi dəmir yol xəstəxanasında 800 çarpayılıq üç yeni korpuslar istifadə verilmişdir. Həmçinin Gəncə dəmir yol xəstəxanasında hər növbədə 600 xəstənin qəbul etməyə malik olan yeni tipli poliklinika binası olan 1990-cı ildə istifadəyə verilmişdir. Lənkəran stansiyasında 1992-ci ildə bir növbəli 200 xəstə qəbul etməyə malik olan yeni tipli ambulatoriya binası , Kürdəmir stansiyasında 1994-cü ildə yeni tipli bir növbəli 200 xəstə qəbul etməyə malik olan ambulatoriya, Bakı Dəmir Yolu Xəstəxanasının nəzdində 1998-ci ildə yeni uşaq poliklinikası istifadəyə verilmişdir.
1969-cu ildən 1999-cu ilə kimi həkim-sanitar xidmətinin tabeçiliyində olan tibb müəssisələrinin çarpayılarının sayı 800 ədəd , ambulatoriyalarda həkimlərə müraciət edən xəstələrin qəbul etmə artımı 400 ədəd olmuşdur.
Bu dövrdə “Azərbaycan Dəmir Yolunun ”təhsil sisteminin coğrafiyası xeyli genişlənmiş , yeni -yeni təhsil ocaqları tikilib istifadəyə verilmiş , xeyli iş yeri açılaraq , adamların işlə təmin olunmasına imkan yaradılmışdır.
Bu sırada Nəvai 7 saylı və Alabaşlı 23 saylı , Ağstafa 24 saylı , Salyan 27 saylı , Masallı 29 saylı , Astara 31 saylı , Culfa 38 saylı , Naxçıvan 39 saylı , məktəblərin yeni binalarının tikintisinin və Goran 16 saylı , Xaçmaz 45 saylı məktəblərdə aparılmış yenidənqurma və əsaslı təmir işlərini qeyd etmək olar.
Yevlax-Balakən dəmir yolu xəttinin tikintisi ilə bərabər Şəkidə dəmiryolçular qəsəbəsi salınmış , həmin qəsəbədə müasir tipli , lazımi avadanlıqla təchiz olunmuş yeni orta məktəb və uşaq bağcası binaları tikilmiş , Balakəndə müasir tipli uşaq bağcası istifadəyə verilmişdir.Balakəndə müasir tipli uşaq bağcasının istifadəyə verilməsi də yeni iş yerlərinin açılmasına imkan yaratmışdır.

Şirvan stansiyasında dəmiryolçuların rifah halının yaxşılaşması , tələbatların ödənilməsi məqsədilə orta məktəb binasının tikintisi 1999-cu ildə tamamlanmışdır. Möhtərəm Prezidentimiz Heydər Əliyevin cənablarının Respublikamızın siyasi rəhbərliyinə gəlməsinin 30 illik yubileyi münasibəti ilə


istifadəyə verilmiş bu məktəb binası yüzlərlə məktəblilərin sevincinə səbəb olmuşdur.
Əhalinin təhsilə artan tələbatını ödəmək məqsədi ilə 6 ibtidai məktəb orta məktəbə çevrilmişdir.Onlardan Biləcəri 6 saylı , Pirsaat 8 saylı , Qızılca 21 saylı, Alabaşlı 23 saylı, Masallı 29 saylı, Yayıcı 46 saylı, məktəbləri misal göstərmək olar. Eləcə də , 6 natamam orta məktəb umum təhsil orta məktəbinə çevrilmişdir. Nəvai 7 saylı, Padar 12 saylı , Gəncə 22 saylı , Novoqolovka 28 saylı , Astara 31 saylı ,Güzdək 41 saylı məktəblər məhz təhsilə artan tələbatın nəticəsində natamam orta məktəbdən orta məktəbə çevrilmişdir.
Məktəb və uşaq bağçaları ilə yanaşı, 1980-ci illərdə Uşaq Gənclər Mərkəzi təşkil olunmuş və hazırda burada 700-ə yaxın məktəbli asudə vaxtlarında məşğul olurlar.
Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunda 69-cu ilə qədər cəmi 4 fakültə fəaliyyət göstərirdi. Hazırda isə texnikumun şəbəkəsi genişləndirilərək fakültələrin sayı 8-ə çatdırılmışdır.
Son 30 ildə Azərbaycan Dəmir Yolu təhsil sisteminin şəbəkəsi təxminən 2 dəfə artmış , yüksək səviyyədə təchiz olunmuş, laboratoriya və emalatxanalar yaradılmış, müəssisələr lazımi məktəb avadanlığı ilə təmin olunmuşdur.
1970-ci ildən başlayaraq, Azərbaycan Dəmir Yolu, onun bir çox müəssisə və təşkilatları dəfələrlə Ümumittifaq Sosializm yarışlarında , qalib çıxış , Sov. ИКП MK -nın SSRİ Nazirlər Sovetinin YİHMŞ -nin və YİLGKİ MK-nın keçici Qırmızı Bayraqları , SSRİ YH-nın bayraqları ilə təltif olunmuşdur.
Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif edilmişdir ki, Heydər Əliyev cənabları tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərdiyi böyük qayğı və diqqətin parlaq təzahürüdür. 


Qeyd etmək lazımdır ki, 70-ci illərdən əvvəl, Respublikada bu qədər dəmiryolu mükafatlandırılmamışdır. 


1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist Qəzənfər Əliyev, qazancı Qənbər Balayev və tatar tərtibatcısı Danil Bondaryov Sosialist Əməyi Qəhrəmanı, kimi yüksək ada layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər "Qırmızı Əmək Bayrağı", 302 nəfər “Şərəf Nişanı”, 27 nəfər "Xalqlar Dostluğu", 24 nəfər “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuşdur.Cəmi 843 nəfər dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdular. Respublikanın polad magistralının yüzlərlə işçisi SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan “Fəxri dəmiryolçu” döş nişanı ilə mükafatlandırılmışdır. 


Azərbaycan Dövlət Dəmir Yolunun işçiləri əmindirlər ki, hörmətli Prezidentimizin daimi qayğısı və əməyi sayəsində dəmir yolu nəqliyyatında, daha böyük nailiyyətlər əldə ediləcək və Respublika polad magistralı dünyanın inkişaf etmiş dəmir yolları siyahısında özünə layiqi yer tutacaqdır. Azərbaycan dəmiryolları illər keçdikcə 


...Bu məhəbbət işığından
Əsrlərcə nur alacaq.
Üç çalarlı bayraq altda
Səmalara ucalacaq! 


Zəmanəmizin görkəmli şəxsiyyəti, böyük siyasi xadimi Heydər Əliyev cənablarının ikinci dəfə siyasi hakimiyyətə qayıdışı tarixi bir hadisə idi. 


Bir anlığa 1993-cü ilin iyun ayına qədər olan dövrü və o zaman mövcud olan vəziyyəti yada salar.O zaman respublikada baş verən hadisələr - ölkədaxili çəkişmələr, hakimiyyət mübarizəsi, durmadan güclənən erməni təcavüzü, separatçılıq hərəkatı, bütün sahələrdə mövcud olan dərin böhran, o cümlədən hakimiyyət böhranı və nəhayət vətəndaş müharibəsi təhlükəsi xalq arasında təşviş yaratmış, insanlarda bir ruh düşkünlüyünə,sarsıntılara,laqeyidliyə,inamsızlığa gətirib çıxarmışdı.Ən dəhşətlisi bu idi ki, millətin şüurunda getdikcə məğlubiyyət psixologiyası dərinləşirdi. 


Azərbaycan xalqına onun dövlətçiliyini qoruya bilən müdrik, eyni zamanda cəsarətli və güclü siyasətci, xalqın inanç yeri ola biləcək qüdrətli rəhbər gərək idi.Belə bir vaxtda xalq öz xilaskarı kimi Heydər Əliyev cənablarını respublika rəhbərliyinə dəvət etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev cənabları Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün xalqın qurtuluş gününün başlanğıcı oldu.Həyatını bütövlükdə doğma Azərbaycana həsr edən yekdil idarəsi nəticəsində hakimiyyətə gəlməsi ilə xalq yenidən öz inamına, öz təfəkkürünə qayıtmışdır. 


Azərbaycan dövləti XX əsrdə ikinci dəfə müstəqillik qazanmış və bu dəfə onu qoruyub saxlaya bilmiş, daha da möhkəmlənmişdir.
Bu da sözsüz ki, Prezident Heydər Əliyev cənablarının şəxsi iradəsi, dözməz əqidəsi və yorulmaz fəaliyyəti sahəsində mümkün olmuşdur.
Prezident Heydər Əliyev cənablarının respublika rəhbərliyinə qayıtması nəticəsində ölkədə sabitlik və əmin-amanlıq bərqərar olunmuşdur.Artıq dördüncü ildi ki, cəbhədə atəşkəsə nail olunmuşdur.İşğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması üçün uğurlu diplomatik adımlar atılır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənabları Azərbaycanın ədalətli mübarizəsini dünya dövlətləri tərəfindən bütün səviyyələrdə qəbul dövlətləri tərəfindən bütün səviyyələrdə qəbul edilməsinə nail olmuşdur.Bu möhtərəm Prezidentimizin nüfuzlu beynəlxalq təşkilatlardakı məzmunlu çıxışları,xarici dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri sayəsində mümkün olmuşdur.Ötən müddət ərzində respublikada dinc quruculuq işləri geniş vüsət almışdır.İqtisadiyyatın böhran vəziyyətindən çıxarılması və bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirilməsi, geniş islahatlar həyata keçirilməsi,maliyyə sisteminin möhkəmləndirilməsi,elm,təhsil və səhiyyə sahələrinə dövlət yardımının gücləndirilməsi ölkədə yaranmış sabitliyin təzahürüdür.
Azərbaycan dövlətinin durmadan qüdrətlənməsi onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayının gündən-günə artması ilə müşahidə olunur.Türkiyə,Ukrayna,Gürcüstan,Qazaxıstan,Özbəkistan respublikaları ilə Azərbaycan arasında artıq strateji əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.ƏSRİN MÜQAVİLƏSİ adlandırılan neft sazişinin imzalanması və Beynəlxalq Neft Konsersiumunun fəaliyyətə başlanması Azərbaycanı regionun ən aparıcı dövlətinə çevirmişdir.Bu da ölkənin təbii sərvətlərindən xalqın xoş gələcəyi naminə düzgün istifadə etməyi nümayiş etdirən Heydər Əliyev zəkasının qələbəsidir. 


Respublika da yaranmış daxili sabitlik nəticəsində dəmir yolu nəqliyyatında da əsaslı irəliləyişlərə nail olunmuşdur.İlk növbədə dəmir yolunun iş ahəngi bərpa olunmuş,yolda iş həmçinin artması tendensiyası başlanmışdır.
Möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarının şəxsi səyləri sayəsində Rusiya və Ukrayna ilə Azərbaycan arasında dəmir yol əlaqələri bərpa olunmuşdur.Üç illik fasilədən sonra Moskva,Kiyev,Rostov istiqamətlərində sərnişin qatarlarının hərəkəti başlanmışdır.Respublika ərazisində hərəkət edən sərnişin qatarlarının əksəri firma qatarları səviyyəsinə çatdırılmışdır.Ölkə tarixində ilk dəfə olaraq lokomotivlərin, sərnişin və refrijerator vaqonlarının əsaslı təmiri texnologiyası mənmsənilmişdir.Ölkə rəhbərliyinin qayğısı nəticəsində 1998-ci ilin əvvəlində tarixi bir hadisə kimi Dübəndi dəmiryol stansiyası tikilib istismara verilmişdir.Bu böyük stansiyadakı bütün tikinti işləri ilk dəfə olaraq yalnız dəmiryolçular tərəfindən həyata keçirilmişdir.Stansiyanın və terminalın açılış mərasimində möhtərəm Heydər Əliyev cənabları dəmiryolçuların əməyini yüksək qiymətləndirmişdir.Onun dəmiryolçular haqqında dediyi sözləri biz fəaliyyət proqramı kimi qəbul etmişik.
Mən bir vətəndaş kimi xalqımızın yetirdiyi dahi şəxsiyyətlərlə həmişə fəxr etmişəm.Həyatımızda və gündəlik fəaliyyətimdə belə şəxsiyyətlərin irsindən bəhrələnmişəm.Bu gün təkcə Azərbaycanda yox,bütün dünyada Heydər Əliyev şəxsiyyəti,Heydər Əliyev fenomeni mövcuddur.Bir azərbaycanlı kimi,bu torpağın oğlu kimi mən bununla fəxr edirəm.
Respublika dəmiryolçuları ölkənin iqtisadi-siyasi həyatında daim fəal iştirak edir, baş verən proseslərə öz münasibətlərini bildirirlər.Bütün çətin anlarda biz daim Prezidentimizlə birlikdə olmuş,öz əməyimizlə ona arxa və dayaq olmağa çalışmış,atdığı hər bir addımı qətiyyətlə müdafiə etmişik.Yaxşı bilirik ki, Azərbaycan Dövlət Dəmir Yolunun son illərdəki uğurlu fəaliyyəti məhz Heydər Əliyev cənablarının bizə olan şəxsi qayğı və diqqətinin sayəsində mümkün olmuşdur.
Biz bütün varlığımızla dərk edirik ki,Heydər Əliyev cənablarının ölkəmizə rəhbərliyi Tanrının bizə qismət etdiyi ən böyük hədiyyəsidir.
Tikmək,qurmaq,yaratmaq,abadlaşdırmaq insan həyatının ali məqsədi olduğundan ulularımızın min illərlə söylədiyi və bu gün Möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarının sevdiyi bir bayatını xatırlamaq yerinə düşərdi:
Mən aşıq, bizim qala,
Bizim bürç,bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
"Ölkənin qan damarı"sayılan dəmir yolunda sərnişin və yük daşımalarının həcmini artırmaq, hərəkətin təhlükəsizliyini təmin etmək, təsərrüfatın fəaliyyətini zamanın tələbinə uyğunlaşdırmaq üçün yeni-yeni yolların salınmasını,qurğuların avtomatlaşdırılması və elektrikləşdirilməsini özünün ən vacib vəzifələrindən sayan Dövlət Dəmir Yolu İdarəsi Möhtərəm Heydər Əliyev cənablarının Azərbaycan Respublikasına 30 illik rəhbərliyi dövründə Prezidentimizin şəxsi qayğısından bəhrələnərək çox mühüm və strateji əhəmiyyəti olan bir sıra tikinti və yenidənqurma işlərini həyata keçirmişdir.
Azərbaycan Dövlət Dəmir Yolunun 1969-99-cu illəri Heydər Əliyev dövrü kimi tarixə daxil olmuşdur.
İllərə müraciət edək:
1969-cu il. Sarıyaqa-Çorat stansiyaları arasında 6,4km. uzunluğunda yeni dəmir yol xəttinin, Mususludə 6,4km.-lik ikinci dəmir yolu xətti çəkilməsinin və Dərbənd-Sumqayıt arasında avtoblokirovkanın layihə işləri yerinə yetirilmişdir.
1970-ci il Çorat Sumqayıt Yeni dəmiryol xəttinin, 315 km-də və Bərgüşadda 6.6 km ikinci dəmir yol xəttinin , Qızılburun-Xaçmaz abtoblokirovkanın Biləcəri , Bəhmənli,Vətəgə, Mürsəlli stansiyalarında yolların 3,9 km uzadılmasının, o cümlədən Bakıda 90 yerlik, Minçivanda isə 50 yerlik körpələr evinin layihələndirilməsi yerinə yetirilmişdir.
1971-ci il Sumqayıt-Dərbənd avtoblokirovkanın, Bakı-Sabunçu xəttində elektrik mərkəzləşdirmənin, Dəvəçidə stansiya Dəmir Yol xəttlərinin uzadılmasının, Biləcəridə 80 yerlik xəstəxananın və QazıMəmməddə elektrikləşdirmənin layihələri yerinə yetirilmişdir:
1972-ci ildə Ağstafa – İnçivan 34,1 km məsafədə yeni dəmir yolu xəttinin ,Zabrat 11 Pirşağı 11,6 km məsafədə Çorat-Sumqayıt 1,1 km məsafədə yeni dəmir yolu xətlərinin , Ucar -Bərgüşad 12,2 km məsafədə ikinci dəmir yolu xəttinin , Biləcəridə 3,2 km məsafədə əlavə dəmir yolu xətlərinin çəkilməsinin ,ƏliBayramlı 18,9 km məsafədə stansiya dəmir yol xətlərinin uzadılmasının , Dərbənd – Sumqayıt avtoblokirovkada 112 ədəd yoldəyişdiricilərin qoyulmasının , Ağstafada 140 yerlik uşaq bağcasının ,Ələtdə 200 sərnişin üçün vağzalın layihələri yerinə yetirilmişdir.
1973-cü il Yevlax -Mingəçevir stansiyaları arasında 8,8 km məsafədə ikinci , dəmir yolu xəttinin Sumqayıt-Dərbənd elektrik xətlərinin 168,8 km məsafədə dəyişdirilməsinin , 352-453 -cü km- də keçid tunellərinin , Naxçıvanda 960 yerlik məktəbin , ƏliBayramlı, İmişli, Salyan , ,Ələt stansiyalarında dəmir yol xətlərinin 20,65 km məsafədə uzadılmasının layihələri yerinə yetirilmişdir.
1974-cü il Ağstafa -Böyük- Kəsik stansiyaları arasında 23,1 km məsafədə ikinci dəmir yolu xəttinin çəkilməsinin , Culfada elektrik mərkəzləşdirilməsində 63 yoldəyişdiricinin qoyulmasının Noraşen, Qamuşovka, Lənkəran stansiyaları arasında 26 km məsafədə stansiya dəmir yol xətlərinin uzadılmasının layihələri yerinə yetirilmişdir.
1975-ci il Ağstafa -Böyük-Kəsik stansiyaları arasında 21 km məsafədə ikinci dəmir yolu xəttinin çəkilməsinin və 21 yoldəyişdiricinin qoyulmasının, Bakı dairəvi elektrik qollarında 42,2 km məsafədə elektrik xətlərinin ,Nasosnu,Biləcəri, Keşlə stansiyalarında 27,2 km məsafədə dəmir yol xətlərinin inkişafı ,uzadılması və 24 yoldəyişdiricinin qoyulmasının layihələri yerinə yetirilmişdir.
1976-cı il. Osmanlı-Ağstafa stansiyalarında 47km-lik məsafədə avtoblokirovkanın və 212 yoldəyişdiriçinin qoyulmasının nayihəsi yerinə yetirilmişdir.
1977-ci il. Osmanlı-Astara stansiyaları arasında 136km-lik məsafədə avtoblokirovkanın və 212 yoldəyişdiriçinin qoyulmasının,Mincivan,Güzdək,Daşburun,Nasosnu stansiyaları arasında 43,6km məsafədə stansiya dəmir yol xətlərinin inkişafının, Dəvəcidə 200 yerlik dəmir yol vağzalının və Mincivanda 250 yerlik poliklinikanın layihələri yerinə yetirilmişdir.
1978-ci il. Ağdam-Stepanakert -İndiki Xankəndi dəmir yolu xəttinin 26,2 km məsafəsində 37 ədəd yoldəyişdiricilərin qoyulması , ƏliBayramlı-Osmanlı ikinci dəmir yolu xəttinin 10,3 km məsafədə çəkilməsi, Ələt-Noraşen 1549 metrlik tunel ayrıcıları 200 sərnişinlik, Tovuz Dəmiryol vağzalının ,320 yerlik Nəvai məktəbinin ,Alabaşlıda 50 yerlik uşaq bağçasının və Minçivanda 95 yerlik dəmir yolu xəstəxanasının tikintisi layihələndirilmişdir.
1979-cu il Osmanlı-Astara stansiyalarında avtoblokirovkanın və elektrik yoldəyişdiricilərin quraşdırılmasının və mərkəzdən idarəetmə sisteminə qoşulmasının, Minçivanda 25 yerlik xəstəxananın , Əkət dispetcer mərkəzləşdirməsinin 190 km məsafədə quraşdırılmasının ƏliBayramlı-İmişli dispetcer mərkəzləşdirilməsinin , 77 km məsafədə quraşdırılmasının ,Naxçıvanda Dəmir Yolu hissəsinin inzibati binasının və Keşlədə anqarın layihələri yerinə yetirilmişdir.
1980-ci il Padar-Göylər-Çöl stansiyaları arasında 24,5 km məsafədə yeni dəmir yolu xəttinin çəkilməsinin və 15 elektrik mərkəzləşdirilməsinin Əlibayramlı Sərnişin Dəmiryolu vağzalının ,Qara-Günə -Əlibayramlı işarəvermə, mərkəzləşdirmə və blakirovkanın 6,65 km məsafədə, Kürdəmir-Karrar stansiyaları , arasında dəmir yolu xəttinin 314 metr məsafədə çəkilməsinin ,Nasosnu stansiyasında 117 yoldəyişdiricinin qoyulmasının , Baş Ələt və Naxçıvan stansiyaları arasında 118 km məsafədə dispetcer mərkəzləşdirilməsinin layihəsi yerinə yetirilmişdir.
1981- ci il Baş-Ələt və Yeni-Ələt stansiyaları arasında 4,93 km məsafədə ikinci dəmir yolu xəttinin ,Bakıxanov qəsəbəsinin 4115-ci məhəlləsində 9 mərtəbəli binanın, Ələt -Naxçıvan stansiyaları arasında 94 km -lik dispetcer mərkəzləşdirmənin, Culfada stansiyanın inkişafı üçün 177elektrik mərkəzləşdirmənin,Güzdəkdə stansiyanın inkişafı üçün 2,3 km məsafədə 18 elektrik mərkəzləşdirmənin,Ələt-Naxçıvan stansiyaları arasında 89 dispetcer mərkəzləşdirmənin,Kovlyarda 50 sərnişinlik dəmir yolu vağzalının,Nasosnu stansiyasının ərazisində 5 mərtəbəli yaşayış binasının,Bakı sərnişin vağzalında hökümət vaqonlarının saxlandığı bazanın,nəqliyyat polisinin mərkəzi inzibatı binasının layihəsi işlənilmişdir.
1982-cü il.Znoynu-Qara-kunə stansiyaları arasında 15,4 km məsafədə ikinci dəmir yolu xəttlərinin çəkilməsinin,Baş-Ələt-Naxçıvan stansiyaları arasında 47 km məsafədə 98 elektrik mərkəzləşdirmə ilə avtoblokirobkanın,Tovuz stansiyasında 25 elektrik mərkəzləşdirmənin layihəsi hazırlanmışdır.
1983-cü il.Yeni-Ələt Znoynı stansiyaları arasında 15,4 km məsafədə ikinci dəmiryol xəttlərinin çəkilməsinin,Yaşma stansiyasında 4,4 km məsafədə əlavə dəmiryol xəttlərinin çəkilməsinin,Baş-Ələt və Naxçıvan stansiyaları arasın 396 km məsafədə dispetcer mərkəzləşdirmənin layihəsi verilmişdir.
1984-cu il.Güzdək stansiyasında 4,64 km məsafədə əlavə dəmir yolu xəttlərinin qoyulmasının ,Culfa stansiyasında 320 yerlik yeni məktəbin layihəsi layihələndirilmişdir.
1985-cu il.Sabunçu-Zabrat stansiyaları arasında 5,6 km,məsafədə ikinci dəmir yolu xəttlərinin çəkilməsinin,Sabunçu da 300 sərnişinlik dəmiryolu vağzalının tikilməsinin layihəsi görülmüşdür.
1986-cı il.Pirşağı-Zabrat-ll stansiyaları arasında 12,1 km məsafədə ikinci dəmiryolu xəttlərinin,Ağstafa-İncivan stansiyaları arasında 18,3 km məsafədə 4 elektrik mərkəzləşdirmənin,Balakən stansiyasında 90 yerlik uşaq bağçasının,Əncirlik stansiyasında 30 yerlik uşaq baxçasının tikintisi layihələndirilmişdir.
1987-ci il.Yevlax-Balakən sahəsində 3,7 km məsafədə yeni ikinci dəmiryolu xəttlərinin Gəncədə dəmir yolu xəttlərinin inkişafı ilə 107elektrik mərkəzləşdirmənin,Gəncə-Sumqayıt stansiyaları arasında 9,8 km məsafədə dəmir yol xəttlərinin inkişafının,Biləcəri 180 yerlik xəstəxana korpusunun,layihəsi layihələndirilmişdir.
1988-ci il.Samur-Dəvəçi stansiyaları arasında rabitə xəttlərinin kabelləşdirilməsi,Goran dəmir yol vağzalında rekonstruksiya aparılmasının,Qaradağ stansiyasında əlavə dəmir yolu xəttlərinin qoyulmasının,Böyük-Kəsikdə elektrik mərkəzləşməsində yoldəyişdiricilərin qoyulmasının,Osmanlı-Azadı-kənddə ikinci dəmir yolu xəttlərinin çəkilməsinin,Gəncə lokomativ deposunda elektrovoz təmiri sexinin uzununa artırılmasının,İmişlidə lokomotiv deposunun köməkçi təsərrufatının və hərbi muhafizə binasının,lokomotiv deposunda kanalizasiya sisteminin dəyişdirilməsinin,teplevozların təmiri üçün sexi tikintisinin,Qazıməmməddə keçid körpüsünün,Şirvanda ATC-in nömrələrinin 1500-ə qədər artırılmasının,Bakıda rabitə binasının layihələri işlənilmişdir.Həmçinin,Kürdəmirdə elekrik mərkəzləşdirməsi üzrə əlavə dəmir yol xəttlərinin quraşdırılmasının,Bakıda çamaşırxananın rekonstruksiyasın,Güzdəkdə sərnişin vaqonlarının dayanma məntəqələrinin hazırlanmasının,Bakı sərnişin vağzalında ekipirovka parkının və Xankəndində yük həyətinin abadlaşdırılmasının,Bakıda köməkçi təsərrufatın və Dəmir yol fəhlə təçhizatı birliyinin anbarının,Qazıməmmədə poliklikaya əlavə tikintinin,Bakı şəhəri Bakıxanov qəsəbəsi 4151 saylı məhəllədə iki 9 mərtəbəli 32 mənzilli yaşayış binalarının,Salyanda iki on iki mənzilli yaşayış binasının,Qazıməmməddə 16 mənzilli yaşayış binasının və həmin binanın mühəndis kommunikasiyalarının,Sumqayıtda yaşayış massivinin xarici kanalizasiyasının,Ənciplik stansiyasında uşaq xəstəxanasının rekonstruksiyasının,Astarada mövcüd məktəbə əlavə tikintinin,Bakıda dəmiryol texnikumunda idman zalının genişləndirilməsinin,Sumqayıt-Şirvan arasında ikinci dəmiryol xəttinin çəkilməsinin,Bakı metropolitenində sanitar-məişət körpüsünün,Biləcəridə idman zalının əsaslı təmirinin,Şirvanda yaşayış massivinin və onların mühəndis kommunikasiyalarının,Dəmir yolu idarəsinin binasının enerji təçhizatının layihələri tərtib edilmişdir.Eyni zamanda Dəli-Məmmədlidə yaşayış evlərinin qazlaşdırılmasının,Qusar-Çayda stansiyada dəmiryolu xəttlərinin uzadılmasının,Biləcəridə mühəndis kommunikasiyalarının təmirinin,Böyük-Kəsik stansiyanın ərazisinin abadlaşdırılmasının,Dəllər-Zəyəm mənzilində tənzimləmə tikililərin rekonstruksiyasının,Xurama-Minçivanda 276 km PK+6-da və 277 km PK+3-da hasarçəkmə tikilinin,Əlibayramlı sahəsində 47-ci km-də tac rekonstruksiyasının,Yevlax-Malay körpüsünün üst hissələrinin dəyişdirilməsinin,Ələt-İmişlidə eninə profillərin yoxlanmasının,Biləcəridə mexanikləşdirilmiş təpədə eninə profillərin yoxlanılmasının və qəbul ekipirovka parkının tikililərinin layihələri hazırlanmışdır.
1989-cu il.Güzdəkdə 17 km-lik ikinci dəmiryolu xəttinin çəkilməsinin,Culfada lokomotiv deposunun elektrovoz dayanacaq yerlərinin genişləndirilməsinin,Keşlədə keçid körpüsünün,Pirşağı-Sumqayıtda su borularının dəyişdirilməsinin Biləcəridə ATC-in rekonstruksiyasının Şirvanda tranzit parkın,Qaradağda rabitə xəttlərinin dəyişdirilməsinin,Nehrəm və Çuldağa hərbi mühafizə binalarının genişləndirilməsinin Culfada 40 mənzilin yaşayış binasının,Mincivanda iki 16 mənzilli yaşayış binasının,Yevlaxda iki 16 mənzilli yaşaş binasının,Mincivanda 200 yerlik klubunun,Bakının Bakıxanov qəsəbəsində 4115 saylı məhəllənin qazlaşdırılmasının,Bakıda dəmiryol texnikumunun yeni blokunun inşasının,Şirvan stansiyasının çeşidləmə parkında tormoz lağının qaldırılmasının,Biləcəridə 20 mənzilin yaşayış binasının,Culfa-Noraşen sahəsində elektrikləşdirmənin və yoldəyişənlərin elektrok mərkəzləşmə sisteminə qoşulmasının,Noraşendə 2 yaşayış evinin qazlandırılmasının,Bakı vaqon təmiri zavodunda ərazinin topoqrafiya etməmiş layihələri yerinə yetirilmişdir.
1990-cu il.Qaradağda 17-ci km-də ikinci dəmir yolu xəttlərinin kabelləşdirilməsinin,Şirvanda rabitə evinin, Qazıməmməddə lokomotiv briqadalarının istirahət evinin,Ələtdə deponun qazanxanasının,Yaşmada stansiya yollarının uzadılması və əlavə qəbul-ötürmə parkının Salyan stansiyasının əsas su xəttinə qoşulmasının,Minçivanda su təçhizatının gücləndirilməsinin,Bakıda Dəmir-beton konstruksiyası və tikinti hissələri hazırladan zavodun,Ağstafada 16 mənzilli yaşayış binasının Osmanlı-Mursəlidə ikinci dəmir yolu xəttlərinin,Culfa lokomotiv deposunda elektrikovozlara xudmət edən sahələrdə əlavə dəyişikliklərin,Biləcəri yuyucu-buxarlayıcı stansiyasında qazanxananın rekonstruksiyası;makistral istilik şəbəkəsinin,Böyük-Kəsikdə elektrik mərkəzləşdirmədə yoldəyişdiricilərin qoyulmasının,Culfada iki 60 mənzilli yaşayış binasının,Mincivanda iki 16 mənzilli yaşayış binasının,klubun,Bakıda Əlizadə gücəsi 917-ci məhəllədə 5 mərtəbəli yaşayış binasının,Qazıməmməddə üç 16 mənzilli yaşayış binasının,Ələtdə xəstəxananın rekonstruksiyasının,Xırdalanda yük həyətinin,Yevlax-Ağdam-Xankəndində rabitə xəttlərinin kabelləşdirilməsinin,Bakı dəmiryol texnikumunun mühəndis kommunikasiyalarının əsaslı təmirinin,Pirşağı-Sumqayıt,Qaradağ-Buta Zabrat-2-Maştağa sahələrində və Əhmədli stansiyasında keçid rekonstruksiyasının layihələri işlənilmişdir.
1991-ci il.Akada-Muradxanlı arasında yeni dəmiryol xəttinin çəkilməsinin texniki iqtisadi Gəncədə vaqon deposunun məişət xidmət binasının,Böyük-Kəsikdə ikinci park üzrə stansiyanın inkişafının,Şirvanda elektrok mərkəzləşdirilmə üzrə tranzit parkının yoldəyişdiricilərin inşasının, Sumqayıt-Nasosluda 3-cü yolun avtoblokirovkasının ,Sədərəkdə dəmiryol stansiyasının,Böyük-Kəsikdə yaşayış qəsəbəsinin, Bakıda Əlizadə küçəsində 2-ci və 3-cü yaşayış binalarının,Şirvanda yeni yaşayış sahəsinin layihəsi hazırlanmışdır.
1992-ci il.Bakıda-Bakıxanov qəsəbəsində 4115-ci məhəllədə yaşayış binalarının su təçhizatlarının,Bakı yük stansiyasında xüsusi vaqonların saxlanma yerinin Culfada 2 yaşayış binasının rekonstruksiyasının Böyük-Kəsik,Gəncə avtoblokirovkasının modernləşdirilməsinin,Ələt-İmişli rabitə kabel xətlərinin modernləşdirilməsinin,Şirvanda rabitə evinin modernləşdirilməsinin Biləcəri elektrok mərkəzləşdirilməsi üzrə istilik şəbəkəsinin dəyişdirilməsinin,Sədərəkdə ekektrik mərkəzləşdirmə postunun layihəsi layihələndirilmişdir. Bakıda-Montin qəsəbəsində 1990,91,92 və 95 məhəllələrdə yaşayış binalarının istilik və su təçhizatının yükdaşıma prosesi üzrə dispetcer mərkəzinin və onun rekonstruksiyasının,Mincivanda 16 mənzilli yaşayış binasının,Bakıda sərnişin stansiyasında "Ekspress" bilet satışı sisteminin kabel xəttinin layihəsi görülmüşdür.
Bakı şəhəri Bakıxanov qəsəbəsi 4115-ci məhəllədə 6-ci yaşayış binasının,
Lokomotiv idman zalının rekonstruksiyasının,Biləcəri 5039-cu məhəllədə 40 mənzilin ikinci və üçüncü yaşayış binasının,Gəncədə elektrik təçhizatı sisteminin rekonstruksiyasının,Buta kontakt şəbəkəsjnin rekonstruksiyasının,Ələt stansiyasında yeni parkda redrejerator seksiyalarının ekipiropka məntəqəsinin,Xırdalanda konteyner meydançasının rekonstruksiyasının layihəsi layihələndirilmişdir.
1995-ci il.Bakı bələdçilər ehtiyatı idarəsinin binasında rabitə xəttlərinin və elektrik təçhizatlarının,Yolun hesablama mərkəzinin enerji təçhizatlarının dəyişdirilməsinin,Kürdəxanıda su ötürücü tikintilərinin layihəsi verilmişdir.
1996-cı il.Dəvəçidə iki 16 mənzilli binasının,Azərbaycan bə İran Astarası arasında dəmir yol xəttinin çəkilməsinin,Biləcəridə uşaq bağçasının rekonstruksiyasının,Səngəçal-Qaradaə mınzilinin 486 km PK+55 m-də keçid siqnallaşdırma qurğularının avtomatlaşdırılmasının layihəsi yerinə yetirilmişdir.
1997-ci il.Ucarın Qazı-Qumlar kəndində 784 şagirdlik məktəbinin,Ağstafa 800 baş yolun firmasının,30 yerlik
dəmiryol xəstəxanasının yeni müalicə korpusunun ,horadiz stansiyasının , bina və qurğularınrekonstruksiyasının , Yevlaxda şadlıq evinin , Balakən,Şəki , Qax və Zaqatala vağzalların üst örtüklərinin dəyişdirilməsinin, layihəsi icra olunmuşdur.
1998-ci il Bakı sərnişin vağzalında 1 -ci və 2-ci platformalarının rekonstruksiyasının, Biləcəridə buz zavodunun binasının köçürülməsinin, Keşlə-Böyük-Şorda dəmir-beton zavodunun rekonstruksiyasının, Şirvanda uşaq baxçasının tikintisinin layihələri yerinə yetirilmişdir.
1999-cu il Şirvan istismar vaqon deposunun yenidən qurulmasının , Bakıda lokomotiv demosunun köməkçi sexlərinin , yolun şimal istiqamətində 1 ədəd körpünün əsaslı təmiri və üst örtüyünün dəyişdirilməsinin ,Bakı sərnişin vağzalında əl yüklərinin saxlanması kamerasının ,Sanqaçalda dəmiryolçular üçün texniki binanın tikintisinin layihələri işlənilmiş və hazırda Bakı vaqon deposunun rekonstruksiya layihəsi tərtib edilir.
1969-cu il İyun ayının 14 -də Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasına rəhbərliyə başladıqdan sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişaf dövrü başlanır. Həmin müddətdən başlayaraq ,Azərbaycan Dəmir Yolunun Naxçıvan hissəsində qatarların buraxılma qabiliyyəti, vaqon dövriyyəsinin artırılması , texnikanın ən yeni nailiyyətlərinin tətbiqi güclənir. İstehsalat xarakterli tədbirlərlə yanaşı, sosial təhsil və səhiyyə sahələrinin də
inkişafı yaddan çıxarılmır.
1970-ci il Culfa stansiyasında xarici ölkə vətəndaşları olan sərnişinlər üçün istirahət binası( “İnturist” ) istifadəyə verilmişdir.
1971-ci il Dəmir Yolunun Naxçıvan Muxtar Respublikası ərazisindəki sahələrində tikinti işlərini daha da intensiv aparmaq üçün 619 saylı tikinti-quraşdırma qatarı yaradılmışdır. Bu təşkilatın yaradılmasının zəruriliyi sonralar aparılmış tikinti işlərində, xüsusilə dispetcer mərkəzləşdirilməsi, Culfa-Noraşen ( Şərur) sahəsinin elektrikləşdirilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində aparılacaq digər obyektlərin tikintisində özünü göstərmişdir.
1972-ci il.Naxçıvan stansiyasında yük boşaltma əməliyyatlarının yaxınlaşdırmaq məqsədi ilə yük həyəti tikilib istifadəyə verilmişdir.Yük həyətində vaqonların çəkilməsi üçün tərəzi,25 tonluq körpü kranı,dəmir yolu işçilərinin uşaqlarının təhsil şəraitinin yaxşılaşdırmaq məqsədinə 960-1000 şagirdlik yeni məktəb binası istifadəyə verilmişdir.1997-ci ildə həmin məktəb əsaslı təmir olunub.
1973-cü il.Culfa stansiyasında dəmiryolçuların mənzil şəraitini yaxşılaşdırmaq üçün 5 mərtəbəli 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
1976-cı il.Bölmənin Ələt-Noraşen (Şərur) sahəsinin buraxılmış qabiliyyətinin artırmaq məqsədilə mərkəzləşdirilmiş dispetcer idarəsinin yaradılmasına başlanılmışdır.511-lik sahənin əhatə edə bu inşaat işləri birinci mərhələdə 1981-ci ildə Naxçıvan stansiyasına,1998 -ci ildə isə Noraşen (Şərur) stansiyasına kimi çatdırılmışdır.Həmin titulla 48 elektrik mərkəzləşdirilməsi, elektrik postunun binası, 1 xətt aparat zalının binası, bölmənin idarə aparatının binası, Naxçıvan rabitə və işarəvermə distansiyasının binası, həmin distansiyanın nəzarət ölçü cihazlarının saxlanılma binası və 160 nəfərlik uşaq bağcası tikilib istifadəyə verilmişdir. Naxçıvan şəhərində beş yaşayış binası, Culfa stansiyasında isə beşmərtəbəli 50 mənzil yaşayış binası istifadəyə verilmişdir.

Culfa stansiyasında İran İslam Respublikası ilə vaqon mübadiləsi məntəqəsinin buraxılış qabiliyyətinin artırmaq məqsədilə 1979-cu ildə vaqon parkının tikintisinə başlanmış və 7 yola malik olan vaqon parkı stansiyasının tikintisi 1980 -ci ildə başa çatdırılmışdır.


Avtoblokirovka mərkəzləşdirilmiş dispetcer idarəsi tikintisinin birinci mərhələsinin başa çatdırılması ilə əlaqədar rabitə və işarəvermə qurğularına xidməti yaxşılaşdırmaq məqsədilə 1981-ci ildə Naxçıvan Rabitə və İşarəvermə distansiyası yaradılmışdır.
1982 Naxçıvan stansiyasında 5 mərtəbəli 50 mənzilli yaşayış binas istifadəyə verilərək 50 dəmiryolçu ailəsinin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Naxçıvan bölməsinin material texniki təminat şöbəsi işçilərinin əmək şəraitinin yaxşılaşdırmaq məqsədilə, 1983 -cü ildə şöbəni yeni inzibatı binası istifadəyə verilmişdir.
1983-cü il.Culfa stansiyasında 5 mərtəbəli 50 mənzilli yaşayış binasının istifadəyə verilməsi ilə dəmiryolçuların mənzil məişət şəraiti yaxşılaşdırılmışdır.
1984-cü il.Noraşen (Şərur) stansiyasında sənişinlərə xidmət səviyyəsinin yüksəltmək məqsədi ilə yeni vağzal binası tikilmiş və həmin il, Naxçıvan stansiyasında 5 mərtəbəli 50 mənzilli yaşayış binası istifadəyə verilmişdir.
1986-cı il Culfa stansiyasındakı dəmir yolu orta məktəbinin əlavə korpusları tikilib istifadəyə verilərək şagirdlərin sayı 1000 nəfərədək artırılmışdır .Elə həmin ildə Naxçıvan stansiyasında 5 mərtəbəli yaşayış binası istifadəyə verilərək 50 dəmiryolçu ailəsinin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Mütərəqqi texnikanın imkanlarının tətbiqi üçün Culfa -Noraşen( Şərur) sahəsinin elektrikləşdirilməsinə başlanmışdır . Ümumi uzunluğu 110 km olan sahədə elektrikləşdirmə üzrə tikinti işləri 1988-ci ildə sona çatdırılaraq , Culfa-Noraşen (Şərur) sahəsində elektrovozların hərəkəti başlanmışdır. Bu istiqamətdə 5 elektrik dartı yarımstansiyası , 3 elektrik kontakt şəbəkəsi , Naxçıvan elektrik təchizatı distansiyasının inzibati binası tikilib istifadəyə verilmişdir.
1988-ci il Naxçıvan yol distansiyasının inzibati binası, Naxçıvan dəmiryol xəstəxanasının yeni korpusu tikilib istifadəyə verilmişdir.
1990-cı illər Noraşen (Şərur) stansiyasında 2 12 mənzilli 2 mərtəbəli yaşayış binası, Culfa stansiyasında 12 mənzilli iki 8 mənzilli 2 mərtəbəli Naxçıvan stansiyasında 5 mərtəbəli 50 mənzilli yaşayış binaları dəmiryolçuların istifadəsinə verilmiş və stansiyanın Tərəvəz saxlama anbarının tikintisi başa çatdırılmışdır.
1991 -ci il Ordubad stansiyasında 2 mərtəbəli 12 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
1996-1998-ci illər Culfa -Naxçıvan Dəmir Yolu Xəstəxanaları, Culfa və Naxçıvan Dəmir Yolu orta məktəbləri əsaslı təmir edilmişdir.

1997-ci il Naxçıvan Dəmir Yolu orta məktəbinin həyətində və Naxçıvan Stansiyasında artezian quyuları qazılaraq istismara verilmişdir.


1998-ci il Naxçıvan Muxtar Respublika ərazisindəki 1484 yük vaqonlarının vaxtında təmirdən keçirilməsini təmin etmək məqsədilə Culfa vaqon istismar deposu yaradılmışdır.
1999-cu il Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibəti ilə Muxtar Respublika ərazisində yerləşməsi dəmir yolu müəssisələrində böyük həcmli tikinti təmir və abadlıq işləri aparılmışdır .
Bəli , ulularımızdan bizə əvəzsiz ənam olaraq miras qalmış, tikmək ,qurmaq abadlaşdırmaq kimi insani keyfiyyətləri özündə birləşdirən Azərbaycan dəmiryolçuları bu gün XX əsrə əlvida dedikləri bir məqamda XXI əsr üçün uçulmaz tikililər , pozulmaz izlər qala-qala cəsarətlə addımlayırlar .
Böyük Turan ellərinin Atilla cəsarətli , Əcəmi zövqlü , Xətai qeyrətli, Atatürk iqballı böyük oğlu Heydər Əliyev cənablarının doğma vətənizimin gələcək iqbalı naminə müstəqil Azərbaycan məmləkətinin azad vətandaşları üçün qurmaq, yaratmaq , yaşatmaq həvəsi dərya kimi qoşduqca, biz dəmiryolçular da kiçik çaylara, şəlalələrə dönüb bu böyük Ummana axmaq, bu nəhrin sahillərini hüdudsuzlaşdırmaq hissi ilə yaşayırıq.
Biz Azərbaycan dəmiryolçuları çox yaxşı bilirik ki ,
O sönməz bir günəşdir böyük türk dünyasında,
Əsrləri haqlamış onun zəkası , ağlı.
Qurmaq ,yaratmaq eşqi yurd salıbdır canında,
Gülgün səhərə doğru gedir əli çıraqlı.
Download 60.35 Kb.




Download 60.35 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Bu tarix Azərbaycan Dəmir Yolunun yaranması günü hesab olunur

Download 60.35 Kb.