492) Podaqra xəstəliyi hansı mübadilənin pozulması nəticəsində əmələ gəlir?
A) Pirimidin
B) Zülal
C) Yağ
D) Aminturşusu
E) Purin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 416
493) Podaqranın kəskin tutmalarında spesifik dərman maddəsi kimi hansı alkaloiddən istifadə olunur?
A) Kolxisin
B) Spazmolitin
C) Morfin
D) Papaverin
E) Atropin
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
494) Hansı podaqra əleyhinə dərman maddəsi deyil?
A) Kolxisin
B) Etamid
C) Avisan
D) Anturan
E) Allopurinol
Ədəbiyyat: E.Ağayev, İbrahim Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 417-419
495) Kolxisin iltihabı aradan qaldırıcı təsirini nə vaxt biruzə verir?
A) Podaqranın kəskin tutmasında
B) Leykopoezin gücləndiyi vaxt
C) Leykositlərin hemotaksis prosesinin gücləndiyi vaxt
D) Faqositozun həyata keçdiyi vaxt
E) Sidik turşusunun sintezinin zəiflədiyi vaxt
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya” (reseptura ilə birlikdə). Bakı, “Nurlan”, 2005 səh 417
|