542) Eritromisinin hansı preparatı venadaxili istifadə olunur?
A) Eritromisin-fosfat
B) Eritromisin monosulfat
C) Eritromisin tazobaktam
D) Eritromisin-sulfat
E) Eritromisin sulbaktam
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 475
543) Eritromisinin məlhəmi neçə %-li olur?
A) 1%-li
B) 0,5%-li
C) 2%-li
D) 10%-li
E) 5%-li
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 475
544) Tetrasiklin qrupundan olan antibiotiklərin təsir mexanizmi nədən ibarətdir?
A) Ribosom səviyyəsində mikrob hüceyrəsində zülalların biosintezini tormozlayır
B) Mikrob hüceyrəsinin sitoplazmatik membranının keçiriciliyini pozur
C) Mikrob hüceyrəsi divarının biosintezini pozur
D) Mikrob hüceyrəsində DNT sintezinə pozucu təsir göstərir
E) Mikrob hüceyrəsində RNT sintezinə pozucu təsir göstərir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 477
|