1029) Tibbi çubuqlar hansı dərman formasına aiddir?
A) Plastrlara
B) Məlhəmlərə
C) Həblərə
D) Pastalara
E) Suppozitoriyalara
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı 2005 səh 211
1030) Məlhəmlərin hazırlanma texnalogiyasına aid olmayan mərhələ hansıdır?
A) Qablaşdırma
B) Həll etmə
C) Çəkmə
D) Qarışdırma
E) Süzmə
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 186
1031) Rektal şamların orqanizmdə həll olma müddəti neçə dəqiqədir?
A) 37˚C - də 3 – 4 dəqiqə
B) 40˚ C- də 5 dəqiqə
C) 39˚ C -də 5 – 6 dəqiqə
D) 41˚C- də 6 – 7 dəqiqə
E) 34˚ C -də 10 dəqiqə
Ədəbiyyat: F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 178
1032) Kütləsi 0,1 qramdan az olan həblər necə adlanır?
A) Qranullar
B) Tabletlər
C) Drajelər
D) Boluslar
E) kapsullar
Ədəbiyyat: F. Ə. Təhməzov, K, Y. Əliyeva. “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”. Bakı, 2005 səh 230
|