321) Bunlardan hansı analeptiklərin törətdiyi effektlərə aiddir?
A) Tənəffüs seyrəlir, arterial təzyiq düşür
B) Fiziki və əqli əmək fəaliyyəti artır
C) Ürəyin fəaliyyəti zəifləyir
D) Maddələr mübadiləsi sürətlənir
E) Tənəffüs güclənir. Arterial təzyiq yüksəlir
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 199
322) Kofein hipertenziv olmaqla yanaşı daha hansı təsirə malikdir?
A) Hemostatikdir
B) Neyroleptikdir
C) Koaqulyantdır
D) Analeptikdir
E) Qusdurucudur
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 195
323) Kofein yuxu dərmanlarına və narkotik maddələrə necə təsir edir?
A) Onlarla çətin həll olan birləşmə əmələ gətirir
B) Onların təsirini gücləndirir
C) Heç bir təsir göstərmir
D) Onların təsirini zəiflədir
E) Onları parçalayır
Ədəbiyyat: E.M.Ağayev, İ.İ.Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005 səh 195
|