Fənn
“Elektrik aparat və qurğuları”
Mövzu 11
AVTOMATİK HAVA AÇARLARI
Plan
1. Ümumi məlumatlar.
2. Cərəyan ötürən dövrə.
3. Qövssöndürən sistem.
4. İntiqallar.
5. Avtomat açarların seçilməsi
ƏDƏBİYYAT
1.P.B.Rüstəmzadə. Stansiya və yarımstansiyaların elektriki hissələri.
Bakı, 1966.
2. Чунихин А.А. Электрические аппараты. М.: «Энергоатомиздат»,
1988, 780 стр.
3. Родштейн Л.А. Электрические аппараты. Л.: Энергия, 1981.
GƏNCƏ 2010
AVTOMATİK HAVA AÇARLARI (AVTOMATLAR)
Avtomatik hava açarları (avtomatlar) qəza (Q.Q) və qeyri – normal (artıq yüklənmə, gərginliyin itməsi və azalması) rejimlərində dövrələrin kommutasiyası üçün, həmçinin elektrik dövrələrinin hərdən (gün ərzində 6...30 dəfə) operativ vurulması və açılması üçün nəzərdə tutulmuşlar.
Əriyən qoruyucuların əvəzinə üç fazalı avtomatik açarların istifadəsi zamanı qeyri-tam fazalı iş rejimlərinin mümkünlüyü aradan qalxır. Belə ki, istənilən şəkilli qısa qapanma zamanı bütün üç faza açılmış olur. Əriyən qoruyucudan fərqli olaraq q.q. cərəyanı açıldıqdan sonra dəyişdirmə lazım gəlmir və daha etibarlı və dəqiq mühafizə təmin edilir.
Avtomatik açarlar Q.Q. cərəyanla cərəyanlarının dəfələrlə avtomatik açılmasını təmin etməlidirlər və yük cərəyanına uzun müddət dözməlidirlər. Avtomatik açarlarda qövs havada söndürülür. Ona görə də onları hava açarları adlandırırlar. Avtomatik açarları 1000 V -a qədər gərginlikli dəyişən cərəyan dövrələri üçün bir, iki, üç və dörd qütblü, 6,3...6300 A nominal cərəyanlara hazırlayırlar.
Təsir edən kəmiyyətin növünə görə avtomatlar maksimal cərəyan, minimal cərəyan, minimal gərginlik, əks cərəyan, cərəyanın hasili üzrə işləyən maksimal avtomatlara, polyarlaşdırılmış və polyarlaşdırılmayan avtomatlara bölünürlər.
İstənilən avtomatda aşağıdakı əsas bəndlər vardır:
cərəyan axan dövrə, qövs söndürən sistem, avtomatın intiqalı, avtomat mexanizmi, sərbəst qırma mexanizmi və mühafizə elementləri-qırıcılar. Bütün elementlər plastik kütlədən hazırlanmış gövdənin içərisində yerləşdirilmişdir.
Avtomatların əsas parametrləri bunlardır: məxsusi (şəxsi) və tam açılma vaxtı, uzunmüddətli nominal cərəyan, nominal gərginlik, hüdud açma cərəyanı. Avtomatın tam açma müddəti bu düsturla hesablanır:
,
burada: to-Q.Q. cərəyanı başlayandan avtomatın açma Iiş cərəyanına çatana qədər keçən zamandır; t1- Q.Q. cərəyanı Iiş cərəyanına çatandan sonra kontaktların aralanmasına gedən vaxtdır; t2- kontaktlar aralandıqdan sonra qövsün sönməsi üçün ötən vaxtdır. t1≥0,1 san olan zaman avtomat adi avtomat sayılır.
Tez işləyən avtomatlarda t1 = 0,002-0,008 san - yəyə qədər azaldılmış olur. Belə avtomatlar Q.Q. cərəyanını qərarlaşmış hüduda çatmadan açırlar.
2. Cərəyan aparan dövrə
Avtomatların ən vacib cərəyan daşıyan hissəsi kontaktlar sayılır. Nominal cərəyan 200 A-ə qədər olan zaman bir kontaktlar cütü tətbiq edilir ki, qövsə davamlılığı artırmaq üçün onların üstü metallokeramika ilə örtülmüş olur. 200 A-dən böyük cərəyanlarda iki pilləli kontaktlar, digər cütü isə qövs söndürücü kontaktlar olur. Əsas kontaktlara gümüş, ya da metallokeramik (gümüş, nikel, qrafit) üzlük çəkilir. Nikel (nem. Nikel, lot. Niccolum), Ni - Mendeleyev davriy sistemasining VIII guruhiga mansub kimyoviy element. Tartib rakami 28, atom massasi 58,69. Tabiiy Nikel 5 ta barqaror izotop 58Ni (67,88%), 60Ni (26,23%), 61Ni (1,19%), 62Ni (3,66%) va MNi (1,04%) aralashmasidan iborat. Qövs söndürən tərpənməz kontakt CB-50 (gümüş, volfram) tipli metallokeramika, tərpənən- CH-29ГЗ tipli metallokeramika ilə örtülür. Daha böyük cərəyanlar üçün avtomatlarda bir neçə paralel əsas kontaktlardan istifadə edirlər.
Hazırda kontaktları maye ilə soyudulan avtomatlar işlənir ki, bu da onların uzun müddətli cərəyanını 2,5...10 kA-ə qədər yüksəlməyə imkan verəcəkdir.
3. Qövs söndürən sistem
Avtomatlarda yarımqapalı və açıq tərtibatlı qövs söndürən qurğular tətbiq edilir. Yarımqapalı tərtibatlı avtomat izolə edici örtüklə örtülmüşdür. Bu örtüklərdə isti qazların çıxması üçün deşiklər vardır. Örtüyün həcmi kifayət qədər böyükdür ki, orada izafi təzyiq yaranmasın. Qaynar və ionlaşmış qazların xaricə atılma zonası kənarlaşdırıcı yarıqlardan bir neçə santimetrlər təşkil edir. Belə tərtibat direktiv (istiqamətləndirici) və universal avtomatlarda tətbiq edilirlər. Belə avtomatlar əllə idarə olunurlar və onlarda açma cərəyanının hüdudu 50 kA-i aşmır. Gərginliyi 660 V-a qədər olan dəyişən cərəyan dövrələrində qövs söndürən qurğular 50 kA-ə qədər cərəyanı olan qövsün söndürülməsini təmin edir. Gərginliyi
440 V-a qədər olan sabit cərəyanda bu qurğular 55 kA-ə qədər cərəyanı olan qövsü söndürə bilir.
4. İntiqallar
İntiqal ən ağır halda - mövcud olan Q.Q. üçtünə avtomatın vurulması üçün kontaktlarda lazım olan qüvvəni təmin etməlidir.
İntiqallar əl intiqalı və elektromexaniki ola bilərlər. Əl intiqalları nominal cərəyanlar 200 A - ə qədər olan zaman tətbiq olunurlar. 1 kA - ə qədər olan cərəyanlarda elektromexaniki intiqalları tətbiq olunur. bu intiqallar kontaktlarda təzyiqin vacib olan artma sürətini təmin edir. Elektromaqnit intiqalın çatışmazlıqları böyük hərəkət sürəti və mexanizmdəki zərbələrdir. Bunlar kontaktlarda titrəmənin yaranmasına səbəb olur. Avtomatın elektromaqnit intiqalı adətən yük qidalanan şəbəkədən qidalanır. Belə intiqalda mövcud olan Q.Q üstünə vurulan zaman gərginlik sıfra düşür və avtomat vurulmur. Ona görə də yığılan yaydan istifadə edilir.
Cərəyanları 1500 A və ondan yuxarı olan avtomatlarda elektromühərrikli intiqal tətbiq olunur. Elektrik mühərriki avtomatla alçaldıcı dişli çarx ötürməsi vasitəsilə birləşdirilmişdir. Bunun sayəsində tez fırlanan rotorun valında yığılmış kinetik enerji avtomatın vurulması üçün kifayət edir.
Avtomatların qırıcıları
Avtomatların açılması sərbəst qırma mexanizminə mühafizə elementlərinin
qırıcıların təsiri altında baş verir. Maksimal qırıcılar ən geniş yayılmışdır.
Maksimal qırıcılarda elektromaqnit sistemi və bimetallik lövhəli istilik sistemi geniş istifadə edirlər. Elektromaqnit qırıcı konstruksiyasına görə sadədir, yüksək termoelektrik dayanıqlı və mexaniki təsirlərə davamlıdırlar. Elektromaqnit qırıcıların dolağı yüklə ardıcıl qoşulur. İşləmə cərəyanının tənzimlənməsi əks təsir yayının dartılmasının və ya qırıcının dolağının dolaqlar sayının dəyişdirilməsi ilə aparılır.
5. Avtomat açarların seçilməsi
Avtomatın nominal gərginliyinin Unom.a və cərəyanın Inom.a qiymətləri, yük cərəyanı Inom.y və şəbəkənin gərginliyi Unom.ş aşağıdakı şərtləri ödəməlidirlər:
Qısa qapanmış rotorlu asinxron mühərriklərin mühafizəsi zamanı elektromaqnit qırıcının qoyulmuş cərəyanı
Faza rotorlu mühərriklər üçün
Q,Q rotorlu mühərriklər qrupu üçün
burada (Ii.b-Inom.müh)′ - bu fərq, qiymətləri ən böyük olan mühərrik üçün götürülür.
Faza rotorlu mühərriklər üçün
burada - işə buraxma cərəyanı ən böyük olan mühərrik üçün götürülür.
Ağır şəraitdə və ya təkrar – qısa müddətli rejimdə işləyən mühərriklər üçün istilik və ya kombinə edilmiş qırıcının nominal cərəyanı
Q.Q. cərəyanı üzrə seçim:
elektromaqnit qırıcılı avtomatlar üçün
kombinəedilmiş qırıcılı avtomatlar üçün
Avtomatın hüdud açma cərəyanı Iaç.avt Q.Q cərəyanından Iq.q az olmamalıdır.
|