Fərdi kompüterlərin aparat təminatı




Download 2,2 Mb.
bet3/3
Sana28.12.2023
Hajmi2,2 Mb.
#128758
1   2   3
Bog'liq
İnformatika və İKT MÖVZU 3

Fərdi kompüterlərin aparat təminatı
Qeyd etmək lazımdır ki, elmi-texniki inkişafın nəticəsi kimi bizi əhatə edən aləmdə daim baş verən yeniliklərlə qarşılaşırıq. İnformatika elmi yarandığı dövrdən etibarən həmişə yeniliklərin hədəfinə çevrilmişdir. Xarici və yerli ədəbiyyatlarda informatika elminin əsas tərkib hissələri kimi müxtəlif fikirlər mövcuddur. Lakin ən ümumi və konkret bölgü kimi informatikanı aparat (hardware) və proqram (software) təminatı şəklində təsnifatını vermək olar.
Aparat təminatı dedikdə, hər şeydən əvvəl fiziki qurğu şəki- lində gözümüzlə gördüyümüz real obyektlərdi. Bu qurğular bir – biri ilə qarşılıqlı əlaqədə olmaqla yanaşı fəaliyyət göstərərək insanların gündəlik həyatında baş verəcək bir çox problemlərin həllinə yararlı olan vastələrdir. Bu qurğular demək olar ki, istənilən fəaliyyət sahəsində (tibb, sənaye, təhsil, hərbi, kibernetika və s) istifadə olunur.
İstənilən müasir qurğunun proqram təminatı olmadan təsəv- vür etmək olmaz. Proqram qurğunu sanki hərəkətə gətirən vasitə- dir. Bunu cism və ruha bənzətmək olar. Son dövrlərdə proqram təminatı ən qlobal və gəlirli sahələrdən birinə çevrilmişdir. Proq- ram təminatı dedikdə, kompüteri idarə edən əməliyyat sistemin- dən başlayaraq ən ağır sənayedə tətbiq edilən robotların avtomat- laşdırılmış hərəkətlərini tənzim edən proqramlar başa düşülür.
Kompüterin tərkib hissələrini əsas və əlavə hissələrə ayir- maq olar. Kompüterin əsas hissəsi dedikdə, onun işini bu qurğu- suz təsəvvür etmək mümkün deyil. Əsas hissələr:
1. Blok sxem,
2. Monitor (displey)
3. Klaviatura (keyboard)
4. Siçan (mouse)

Prosessor (CPU, mikroprosessor) – fərdi kompüterlərin düşünən beyni olub ana plata üzrərində yerləşir, ədədlər üzərində hesab – məntiq əməllərini və idarəni həyata keçirir. Mikroproses- sor hesab-məntiq və idarə qurğusunu özündə birləşdirir. Mikro- prosessorları əsasən İntel, AMD və Cyrix firmaları istehsal edir. İntel firması öz mikroprosessorlarını əsasən Pentium markası ilə istehsal edir. Pentium tipli mikroprosessorun arxitekturası özün- də iki hesab-məntiq qurğusunu birləşdirir Bu da bir taktda iki əmrin yerinə yetirilməsinə imkan verir. 75 Mhs tezlikli Pentium prosessorunun hesablama məhsuldarlığı saniyədə 112 milyon əməliyyatdır. Pentium tipli mikroprosessorlar işləmə (takt) tezli- yinə görə aşağıdakı siniflərə bölünür.
Pentium I – 75 Mhs ÷ 300 Mhs
Pentium II – 300 Mhs ÷ 600 Mhs
Pentium III – 600 Mhs ÷ 1100 Mhs
Pentium IV – 1100 Mhs(1,1 Ghs) ÷4000 Mhs(4 Ghs)

Müasir fərdi kompüterlərin hesablama məhsuldarlığı saniyədə milyard əməliyyata (Gflops) bərabərdir.
Əməli yaddaş qurğusu ana plata üzərində yerləşir və mikro- prosessorda yerinə yetirilən əməliyyat üçün lazım olan verilən- ləri və əmrləri müvəqqəti yadda saxlamaq üçündür. Kompüter cəryandan ayrılan zaman əməli yaddaş sıfırlanır. İcra zamanı proqramlar əməli yaddaşda yerləşir. Əməli yaddaşdan ədədin oxunması təqribən 50÷60 nanosaniyə müddətində olur. Bu isə yüksək sürətli mikroprossesorun (CPU) işini ləngidir. Bu prob- lemi aradan qaldırmaq üçün KEŞ yaddaşdan istifadə edirlər. KEŞ – yaddaş ana plata üzərində mikroprosessorla (CPU) əməli yaddaş arasında yerləşir. KEŞ-yaddaşa müraciət vaxtı 5÷6 nano- saniyədir. Keş–yaddaşın özü əsasən iki səviyyəli olur. I səviy- yəli keş-yaddaş level 1 adlanır və mikroprosessorun daxilində olur. II səviyyəli KEŞ-yaddaş level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında ana plata arasında yerləşir. Ana plata üzərində yerləşən CMOS (Complimentary Metal Oxide Semiconductor-metal–oksid-yarımkeçirici) mikrosxemi fərdi kompüterin konfiquriyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir.
BİOS (Basic İnput/Output System – giriş /çıxış baza sistemi) proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüterləri işə saldıqda əməliyyat sisteminin yükələnən his- səsini əməli yaddaşa çağırır. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexani- ki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSİ göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur.
Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumuşaq maqnit disk qurğusu – diskovod (məlumat daşıyıcısı – disketlər) və sərt maqnit disk qurğusu – vençester (məlumat daşıyıcısı – maqnit disklər).



Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk qurğusundan dəfələrlə çoxdur. HDD adlandırılan fiziki sərt diskin sürəti dövr/dəqiqə ilə ölçülür. Yumuşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olar. Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün İDE, Serial ATA, SCSİ interfeyslərindən istifadə olunur.
Bu qurğudan məlumatın oxunması – yazılması vaxtı 5 – 15 ms olur. Sərt maqnit disk qurğularında şpindelin (oxun) fırlanma sürəti 5400, 7200, 10000 və 15000 dövr/dəqiqə olur. Məlumat tutumu 1000 Gbaytlarla ölçülür. Sətr maqnit disk qurğusu məlumatı yadda saxlamaq imkanlarına görə enerji mənbəyindən asılı deyil. Ona görə də əməliyyat sistemi, tətbiqi proqramları və istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda saxlayır.
DVD (digital video disk)– rəqəmli video-disk məlumat daşıyıcısı xarici görünüşünə görə CD-disklərə oxşayır. Məlumat tutumu 4,7÷17,4 Gbayt-dır. Əsasən bu disklərdə videofilimlər yerləş- şdirilir. DVD -lər 1997-ci ildən istehsal olunmağa başlanmışdır.
Hal hazırda fərdi kompüterlərdə məlumat daşıyıcıları kimi Flash yaddaş qurğulardan geniş istifadə olunur. Bu qurğular böyük inteqral sxemlər (BİS) üzərində yığılır və ölçüləri çox kiçikdir, bu da məlumatın bir yerdən başqa yerə rahatlıqla aparılmasına imkan verir.
Ümumiyyətlə kompüterin qurğularını giriş və çıxış qurğularına ayırmaq daha düzgün hesab edilir. Giriş qurğularına missal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV-tüneri və s. göstərmək olar.
Klaviatura–kompyuterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə kom- püterə istənilən simvolları (rəqəm, hərf, və s.) daxil etmək mümkündür. Klaviaturanın köməyi ilə monitorun kursorun ekranın istənilən nöqtəsinə aparmaq və ekranda olan məlumatı printerə göndərmək mümkündür. Ümumiyyətlə, klaviaturada 102/104 klaviş (düymə) olur.
Mouse (sıçan)–kompyuterə məlumat daxil edən giriş qurğu- sudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. “Mouse” – u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.
Mikrofon–səsin elektik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompyuterə daxil edilir.
Web-kamera –video informasiyanı (görüntüləri) kompyuterə daxil edən giriş qurğusudur. Qrafiki planşet (digitizer)-əllə çəki- lən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələm- dən ibarətdir. TV – tüner – müxtəlif formatlı (Pal, Secam, NTSC) televiziya verlişlərini qəbul edib, monitorda göstəril- məsini təmin edən giriş qurğusudur.
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompyuterə USB portu vasitəsi ilə qoşulur.
Fərdi kopüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikşəkəni, stimmeri və s. göstərəmək olar.
Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə aşağıdakı ölçüdə olurlar:14,15,17,19 və 21 dyüm. Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.
Printerlər-kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qurupa bölünür: Simvollu və qrafiki. Simvollu printerlər sətirdəki ayrı–ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil. Ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda bir dyümdə (1 dyüm = 25,4 mm) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər 2 qrupa bölünür. Zərb ilə və zərbsiz çap qurğuları.
Zərb çap qurğularına misal olaraq matris qurğularını misal göstərmək olar.
Matris qurğularının 9, 18 və 24 iymədən ibarət olur. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iymələr hərəkətə gəlir, rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnaqlı çap qurğularını göstər- rmək olar. Lazer çap qurğularından şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vastəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alnır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı toz ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer qurğuları- nın çap keyfiyyəti və sürəti çox yüksəkdir. Bu çap qurğuları dəqiqədə 4-16 səhifə çap edə bilir, və bir dyümdə 600 – 1200 nöqtə yaza bilir.
Şırnaqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur. Bu deşiklərdən mürək- kəbi kağız üzərinə püskürdülür. Şırnaqlı printerlərin qiyməti nisbətən ucuz olur. Rəngli çap etmə qabiliyyətinə malik olurlar. Bir dyüm məsafədə 300–720 nöqtə vura bilirlər. Çap sürəti dəqi- qədə 2-6 səhvədir. Çap başlığında 48-dən 416–a qədər deşik olur.
Səs kalonkasından (çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə olunur. Qrafikçəkən qurğu–kompüterdə alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
Strimmer (maqnit lent qurğusu)–məlumatı maqnit lenti üzərin- də saxlayan yaddaş qurğusudur. Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox aşağıdır.
Kompüterlərdən mətnin, səsin, şəklin və görüntülərin emal edilməsini təmin edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrafonu, web-kameranı, səs kalonkasını və səs kartını birləşdirir. Səs kartından audio video imformasiyanı (analoq) formasında olan ikilik rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunu köməyi ilə kompyuter şəbəkələri üzərində audio video konfransların təşkil olunmasını həyata keçirirlər.
Modem (modulyator–demodelyator)-əlaqə kanallarını (telefon xətlərini, radio, kanal və s.) köməyi ilə məlumatları uzaq məsa- fələrə ötürmək və qəbul etmək üçün istifadə edilən qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem işinə qoşulur. Xarici modemlər isə ardıcıl com, usb portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi kompyuterə qoşulur. Məlumtaı ötürmə surəti Kbit/san–2 Mbit/san qədər olur. Modem qurğusunun köməyi ilə istifadəçilərin kompüterlərin kompüter şəbəkəsinə (internet) qoşulur.
UPS – kompyuteri gərginlik problemlərindən qoruyan qurğudur. UPS lərin istifadə edilməsi zamanı elektrik cəryanın kəsilməsi zamani anindan 15-30 dəqiqə ərzində kompyuteri enerji ilə təmin edə bilir. Kinoskop (stropaskop) kabel vasitəsi ilə birbaşa olaraq video karta qurğusuna qoşulur və manitor rolunu oynayir. Təsvir xüsusi linzalardan keçərək lövhə üzərində vizual görüntü yaradır. Bu qurğudan çox zaman konfranslarda və müasir təhsil komplekslərində istifadə edilir. Card-reader – xarici yaddaşları (SD,MMC, M2, Micro cardlar) oxumaq üçün qurğudur.
Download 2,2 Mb.
1   2   3




Download 2,2 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Fərdi kompüterlərin aparat təminatı

Download 2,2 Mb.