|
Fərdi kompüterlərin qurluşu, əsas və əlavə qurğuları plan: Kompüterlərin quruluşu Kompüterlərin əsas və əlavə qurğuları
|
bet | 2/3 | Sana | 28.12.2023 | Hajmi | 2,2 Mb. | | #128758 |
Bog'liq İnformatika və İKT MÖVZU 3Hesabi-məntiqi qurğu. Verilənlər üzərində nəyinki toplama, çıxma, bölmə, vurma və qüvvətə yüksəltmə, eləcə də məntiqi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Başqa sözlə, hesa-bi-məntiq qurğu informasiyalar üzərində müxtəlif əməliyyatlar yerinə yetirilir.
İdarəetmə qurğusu. Kompüterin bütün qurğularının işini planlaşdırır və idarə edir, digər qurğuların işini nizamlayır. Belə ki, əvvəlcə verilən proqram əsasında işləyir, ardıcıl şəkildə YQ və HMQ-dan informasiyaları almaqla əmrləri yerinə yetirir. HMQ və İQ qurğuları birlikdə prosessor adlanır.
Yaddaş qurğusu. Bu qurğunun əsas vəzifəsi məsələnin həlli zamanı verilənlərin, proqramın və nəticələrin yaddasaxlanılması üçündür.
Kompüterin yaddaşı ikili yadda saxlanan elementlərdən- bitlərdən, qrupda 8 bit üzrə birləşən baytlardan ibarətdir. Bütün bunlar nömrələnib. Baytın nömrəsi onun ünvanı adlanır.
Baytlar həmçinin sözlər adlanan xanalarda birləşə bilər. Hər kompüter üçün sözün müəyyən uzunluğu 2, 4, 8 bayt xarakterdir.
Yaddaş qurğusu iki hissədən ibarətdir: daxili və xarici yaddaş.
Daxili yaddaş da üç növə bölünür:
1) operativ yaddaş (yaxud əməliyyat yaddaşı),
2) keş yaddaşı
3) xüsusi yaddaş daxildir.
Operativ yaddaş. Operativ yaddaşa elə də böyük həcmi olmayan tez yadda saxlayan qurğudur. Operativ yaddaş ancaq verilənlərin və proqramların müvəqqəti saxlanması üçün istifadə olunur, belə ki, kompüter söndürüldükdə operativ yaddaşda olanlar silinir. Operativ yaddaşın elementlərinə daxil olma imkanı birbaşadır. Bu odeməkdir ki, yaddaşın hər baytının öz fərdi ünvanı vardır. Operativ yaddaş həcmi 32-512 Mbayt təşkil edir. İnformasiyanın daxil edilməsi, işlənməsi və ötürülməsi operativ yaddaş vasitəsi ilə yerinə yetirilir. İnformasiyanı operativ yaddaşa informasiyanı olduqca tez yazmaq və oradan oxumaq olar.
Operativ yaddaşın bir növü də vidioyaddaşdır. Burada kodlaş- dırılmış yaddaş saxlanılır. Bu yaddaş elə təşkil olunub ki, onun tərkibindəkilər eyni zamanda 2 qurğu-prosessor və displey üçün açıqdır, ona görə də təsvirlər ekranda vidio-verilənlərin yaddaşda yeniləşməsi ilə eyni zamanda dəyişir.
Keş-yaddaş. Keş və ya fövqəloperativ yaddaş elə də böyük həcmi olmayan yadda saxlama qurğusudur, mikroprosessorlar və operativ yaddaş arasında verilənlərlə mübadilə zamanı informa- siyanın prosessorla emalını sürətləndirmək üçün istifadə olunur.
Xüsusi yaddaş. Xüsusi yaddaş qurğularına daimi yaddaş və proqramlaşdıran yaddaş daxildir.
Daimi yaddaş heç vaxt dəyişmək tələb etməyəcək verilənlə- rin saxlanması üçün istifadə olunur. Bu yaddaşdan ancaq oxu- maq olur. Hər şeydən əvvəl daimi yaddaşa prosessorla işin idarə olunması proqramı yazılır. Bu yaddaşda displey, klaviatura, prin- ter, xarici yaddaş, çıxış proqramı və kompüterin dayandırılması, qurğuların testləşdirilməs ilə idarə olunan proqramlar yerləşdiri- lir.
Proqramlaşdıran yaddaş-dəfələrlə disketdən özdaxilindəkilə- rini köçürməyə imkan verir.
Xarici yaddaş-böyük həcmli məlumatları uzun müddət yadda saxlamaq üçün istifadə olunur. Xarici yaddaşa əsasən sərt disk- klər, maqnit lentləri, CD-Rom, elastik-maqnit disketi, lazer disk qurğuları daxildir. Bunlar praktik olaraq çox böyük də ola bilər. Müqayisə üçün operativ yaddaşı insanın beyninə, xarici yaddaşı isə dəftər və kitablara bənzətmək olar. Müasir dövrdə opto-elektron diskdən istifadə edilir (hansı ki, lazer şüaların köməyi ilə ədəd və simvollardan ibarət informasiyalar oxunur və yazılır).
Çıxış qurğusu alınmış son və aralıq nəticələri, informasiyaları almağa xidmət edir. Ümumiyyətlə yaddaşda olan istənilən infor- masiyanı görmək olar. Buna misal olaraq çap qurğusunu, ekranı, maqnit disketi, CD-ROM-u, lazer disklərini göstərmək olar.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Fərdi kompüterlərin qurluşu, əsas və əlavə qurğuları plan: Kompüterlərin quruluşu Kompüterlərin əsas və əlavə qurğuları
|