• Ətraf mühitdə heç bir dəyişiklik yaratmadan istiliyin hamisini işə çevirən qurğu, yəni ikinci növ daimi mühərrik düzəltmək mümkün deyil. Deməli, bu qanun istiliyin işə çevrilmə həddini müəyyən edir.
  • Giriş Termodinamika




    Download 330,64 Kb.
    bet2/2
    Sana21.09.2024
    Hajmi330,64 Kb.
    #271902
    1   2
    Bog'liq
    Termodinamikanın tətbiqləri istilik maşınları və soyutma sistemləri

    Entropiya
    Hər hansı prosesin istiqaməti və onun hansı həddə qədər gedə bilməsi termodinamikanın II qanunu ilə müəyyən edilir. Bu qanuna görə elə bir hal funksiyası lazımdır ki, onun qiymətinin dəyişməsinə görə prosesin verilən istiqamətdə getməsi xarakterizə oluna bilsin. Belə bir funksiya Klaziusun təklifilə entropiya adlanır. Entropiyanın yeni bir hal funksiyasının mövcudlugu termodinamikanın II qanununun təriflərindən biri sayılır.
    Entropiya hal funksiyalarına aiddir, yəni onun qiyməti sistemin keçıd yolundan və üsulundan asılı olmayıb, ilkin və son hallarla müəyyənləşir. Sistemdə cismin daxili enerjisini ölçmək mümkün olmadığı kimi, entropiyanı da tam şəkildə ölçmək olmur. Entropiya – sistemdə qarışıqlıq yaradan funksiyadır. Termodinamikanın II qanununda entropiyadan özbaşına proseslərin təyin olunması üçün istifadə olunur. Özbaşına proses həmişə enerjinin ətrafa itirilməsi və entropiyanın yüksəlməsi ilə müşayət olunur. Termodinamikanın II qanununa belə tərif verirlər:
    Ətraf mühitdə heç bir dəyişiklik yaratmadan istiliyin hamisini işə çevirən qurğu, yəni ikinci növ daimi mühərrik düzəltmək mümkün deyil. Deməli, bu qanun istiliyin işə çevrilmə həddini müəyyən edir.
    Termodinamikanın II qanununu başa düşmək üçün fərz edək ki, aşagıdakı şəkildə göstərilən iki qabın birində qazın təzyiqi digər qaba nisbətən çoxdur. Sistem bütövlükdə təcrid olunmuş şəkildədir, yəni ətraf mühitlə enerji mübadiləsi baş vermir. Əgər iki qabı birləşdirən kran açıq vəziyyətə gətirilirsə, qaz sağdakı qabdan soldakı qaba axacaq.
    Deməli, sistemin ümumi enerjisinin sabit qalmasına baxmayaraq təzyiqin hər iki qabda bərabərləşməsi prosesi gedir. Bu halda prosesin getməsi enerji ilə yox, yeni funksiya – entropiya ilə müəyyən olunur, çünki qazın təzyiqi iki qabda bərabərləşəndə entropiya dəyişir.

    Nəticə
    Kainatı vahid bir qapalı sistem qәbul edib, termodinamikanın ikinci qanununu tәtbiq etsәk, tәcrübә ilә nәzәriyyә arasında kәskin ziddiyyәt aşkara çıxar. Nәzәriyyәyә görә, vahid qapalı sistem kimi fәrz olunmuş Kainat gec-tez istilik ta razlığına gәlmәlidir. Buna Kainatın “istilik ölümü” deyilir. Gündәlik astro nomik mü şahidәlәr isә bunu tәsdiq etmir. Bu ziddiyyәt Kainatın vahid bir qapalı sistem kimi qәbul edilmәsi nәticәsindә alınır. Ümumi nisbilik nәzәriyyәsinә görә, Kainat zaman vә koordinata görә dәyişәn qravitasiya sahәsindә olduğundan heç vaxt vahid bir sistem kimi qapalı hesab edilә bilmәz. E. anlayışı elmin digәr sahәlәrindә dә (biologiyada, informasiya nәzәriyyә sindә, hesablama texnikasında vә s.) var.

    Ədəbiyyat
    https://amu.edu.az/storage/files/34/M%C3%BChazir%C9%99l%C9%99r/Fiziki%20kimya/2.docx
    Download 330,64 Kb.
    1   2




    Download 330,64 Kb.