Həyatin gerçƏK




Download 1.74 Mb.
bet39/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   35   36   37   38   39   40   41   42   ...   209

Onurğalı canlıların təkamülü iddiası


Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər.

Təkamülçü paleontoloqlar hər canlı şöbəsini başqa bir şöbənin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir onurğasız şöbəsindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq bütün şöbələr kimi, chordata şöbəsinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız hala salır.

Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.

Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə pikaia adlandırılan, uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75 Pikaia əcdadı kimi, irəli sürülən bütün digər şöbələrdəki növlərlə eyni anda və heç bir ara forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu ara forma yoxluğunu belə ifadə edir:

Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76

Əgər ortada bir ara keçid forma yoxdursa, necə olur ki: “Bu təkamülün baş verdiyinə şübhə yoxdur”, -deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:

Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77

Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin əslində bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda fosil qalığı var. Kembri dövrü canlılarının hamısı onurğasızdır və bu növlərə aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı Burqes Şeyl yatağında yumşaqtoxumalı bir çox canlılnın fosili var, elm adamları Burqes Şeyl kimi bölgələrdə canlıların oksigen faizi çox aşağı olan palçıq təbəqələri ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan fosilləşdiyini düşünürlər.78

Təkamül nəzəriyyəsi pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən hər hansı ara forma fosili tapılmadığı kimi, “balıqların təkamülü” iddiasını dəstəkləyən fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar.

Robert Karol təkamülçülərin qədim dövr onurğalıları arasındakı müxtəlif siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti belə etiraf edir:

Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə bağlı heç bir dəlilimiz yoxdur. Onsuz da kəlləlilərin fosillərdə saxlamasını gözlədiyimiz bütün əyani xüsusiyyətləri kifayət qədər məlumatımız olan ən qədim dövrə aid olan onurğalılar sərgiləyir. Çənəli onurğalıların mənşəyini üzə çıxaracaq məlum heç bir fosil yoxdur.79

Başqa bir təkamülçü paleontoloq Cerald T.Tod “Sümüklü balıqların təkamülü” adlı məqaləsində bu həqiqət qarşısında bu cür çarəsiz sualları sıralayır:

Sümüklü balıqların hər üç sinfi də fosil təbəqələrində eyni anda və ani surətdə ortaya çıxırlar... Bəs bunların mənşəyi nədir? Bu cür fərqli və kompleks məxluqları ortaya çıxaran nədir? Nə üçün onların əcdadları olan canlıların izlərindən əsər-əlamət yoxdur?80


Download 1.74 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   209




Download 1.74 Mb.