Həyatin gerçƏK




Download 1.74 Mb.
bet82/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   78   79   80   81   82   83   84   85   ...   209
İnsanın mənşəyi


Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi" (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla "insanın təkamülü" iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.

Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə "insanın təkamülü" ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:



"Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı elm adamını gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz: "Bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil yoxdur", -deyəcək".182

Paleoantropologiya haqqında əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam Fiks isə belə deyir:



"İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox elm adamı hələ də var, ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının olmamasıdır...".183

İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. "Dəlil" kimi önə sürülənlər isə ancaq bəzi fosillərin (daşlaşmış canlı qalıqlarının) birmənalı və əsassız şərh olunmasından ibarətdir.

"Sübutu olmayan" bu təkamül iddiasına əsasən, insanın nəsil ağacı avstralopitek (australopithecus- lat. "australis"- cənub, yun. "pithecus"- meymun ) adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur.


Download 1.74 Mb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   209




Download 1.74 Mb.