• Kommutasiya texnikasının ikinci inkişaf mərhələsi
  • Mərkəzləşdirilmiş idarəetmə üsulu
  • 1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri




    Download 2,17 Mb.
    bet1/21
    Sana25.12.2023
    Hajmi2,17 Mb.
    #128199
      1   2   3   4   5   6   7   8   9   ...   21
    Bog'liq
    İdarəedici Kollekvium


    1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri
    Kommutasiya texnikasının inkişaf tarixini üç mərhələyə bölmək olar.Birinci mərhələ 1876-cı ildən keçən əsrin 3o-cu illərinə qədər olan dövrü əhatə edir.Bu mərhələdə avtomatik kommutasiya sistemlərinin qurulması üçün maşın,motor dekad-addım,və.s növ elektromexaniki axtarıcılardan istifadə edilmişdir.Fırçaları olan belə axtarıcılardan qurulmuş kommutasiya sisteminin bir çox nöqsan cəhətləri uzun müddətli istismar zamanı aşkar edilmişdir.Bunlar aşağıdakılardır:kommutasiya cihazlarının etibarlılığının az olması,stansiya qurğularına xidmət zamanı çox əmək sərf edilməsinin tələb edilməsi,danışıq traktı keyfiyyətinin aşağı olması,axtarıcıların istehsalının avtomatlaşdırılmasının mümkün olmaması,çox elektrik enerjisi tələb edilməsi və.s Kommutasiya texnikasının ikinci inkişaf mərhələsi təqribən 1930-1970-ci illəri əhatə edir.Bu dövr koordinat kommutasiyası sistemlərinin kütləvi istehsal və tətbiq edilməsi ilə xarakterizə edilir.Bu dövürdə avtomatik elektrik rabitəsi keyfiyyət və kəmiyyətcə yüksək sürətlə inkişaf etmişdir.Bir sıra keyfiyyət və kəmiyyət üstünlüklərinin olmasına baxmayaraq koordinat texnikası kommutasiya sistemlərinin inkşafında inqilabi çevriliş edə bilmədi.Bunun əsas səbəbi intersiyalı kommutasiya elementləri kimi (relelər,birləşdiricilər) elektromexaniki qurğulardan istifadə edilməsi olmuşdur.
    Koordinat sistemli avtomat telefon stansiyalarının (ATS)əsas çatışmayan cəhətləri onların avadanlıqlarının istehsal edilməsinin baha başa gəlməsi,böyük konstruktiv ölçülərə və çəkiyə malik olması,quraşdırılma və istismar xərclərinin çox olması,çox elektrik enerjisi sərf etmələrində və eləcə də kiçik işləmə sürətinə malik olmalarındadır.
    Avtomatik kommutasiya texnikasının üçüncü inkişaf mərhələsi tranzistorların ixtira edilməsindən,elektronikanın və elektron hesablanma maşınlarının xalq təsərrüfatının müxtəlif sahələrinə geniş tətbiq edilməsindən sonra başlanmışdır.Bu mərhələdə ilk addım elektromexaniki kommutasiya elementlərinin elektron elementləri ilə əvəz edilməsi əsasında elektron ATS-in yaradılması sahəsində atılmasıdır.Bunu əsas səbəbi keyfiyyətli danışıq traktları yaratmağın mümkün olması ilə əlaqədar olmuşdur.
    Bu səbəbdən yeni ATS-lərin yaradılması üçün iki istiqamətdə iş aparılmışdır.Birinci istiqamət yarım elektron sistemli –kvazielektron ATS-in yaradılması ilə bağlı olmuşdur. Kvazielektron ATS-inkommutasiya sahələrinin qurulması üçün metal kontaktlı tez işləyən gerkon relelərdən ,bu kontaktların işini idarə etmək üçün isə elektron elementlərdən istifadə edilmişdir.
    Yeni ATS-in yaradılmasına yönəlmiş ikinci istiqamət isə tam elektron sistemli stansiyaların işlənib hazırlanması olmuşdur.Tam elektron sistemli ATS-in yaradılması kommutasiya sahəsinin qurulmasında müxtəlif üsullardan istifadə olunması ideyası mövcud olmuşdur.Bu ideyalardan biri elektron kommutasiya sahəsində danışıq dövrələrinin fəzaya görə ayrılması,digər danışıq dövrələrinin tezliyə görə ayrılması üçüncüsü isə danışıq dövrələrinin zamana görə ayrılması prinsipləri olmuşdur
    2.Proqramla idarə olunan EATS-in ümumləşdirilmiş struktur sxemi
    3.EATS-in struktur sxemlərinin quruluş prinsipləri
    4.İdarəetmə qurğularının struktur tərkibi
    5.Mərkəzləşdirilmiş idarəetmə üsulu
    Mərkəzləşdirilmiş idarəetmə üsuluda bir qayda olaraq iki EHM-dən istifadə edilir.Bu maşınlar paralel və ya yükün bölünməsi rejimində işləyərək EATS-in bütün avadanlıqlarının işini idarə edirlər.

    Download 2,17 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   21




    Download 2,17 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri

    Download 2,17 Mb.