|
Proqramlı idarəetmənin qurulma prinsipi
|
bet | 7/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium18.Proqramlı idarəetmənin qurulma prinsipi
Rəqəmli kmmutasiya istemlərində (RKS) əsas proqramlı idarəetmə növləri aşağıdakilardır: mərkəzləşdirilmiş,mərkəzləşdirilməmiş,təkrar sayma,paylaşdırılmış.
Proqramlı idarəetmənin qurulma prinsipi şəkil 4.2-də verilmişdir:
Komandalar---cavblar---tələbat---informasiya mübadiləsi---nəzarət və müşahidə.
Mərkəzləşdirilmiş İQ-da bütün idarəedici funksiyalar bir yerdə-mərkəzi idarəedici qurğuda(MİQ) cəmləşib.Qalan qurğular isə idarə olunan qurğulardır:
-Skaner qurğusu-SQ
-Siqnal paylayıcısı-SP
-Kommutasiya sahəsinin idarəedici qurğusu-KSİQ
-Komplektləri idarə edən qurğu-KİQ
Yuxarıda göstərilən dörd qurğu funksiyasına görə passivdirlər.
Mərkəzləşməmiş İQ-da idarəetmə funksiyaları ayrı-ayrı idarəedici qurğular arasında paylanır.Burada bəzi periferiya qurğuları quraşdırılmış proqramlı ola bilər.Burada icraedici qurğular MİQ-də tələbnamə və informasiya mübadiləsi üçün tələblər verir.Təkrar sayma ilə idarəetmə yaddaş qurğusuna (YQ) yazılmış verilənlər əsasında xüsusi idarəetmə əməliyyatlarının yerinə yetirilməsini təmin edən xüsusi əməliyyat çeviricisindən,idarəetmə blokundan(İB) istifadə olunur.
Yaddaş qurğusunun (YQ)məlumatları alaraq çeviricilər,icraedici qurğuların sifarişlərinə (tələbnamələrinə)əsasən idarəetmə blokuna makrokamandalar verilir.Son illərdə yeni üsul-paylanmış idarəetmə üsulu geniş yayılmışdır və axırıncı sinif RKS-lərdə məhz paylanmış idarəetmə prinsipi istifadə edilir.
Burada periferiya idarəedici qurğuları (PİQ) və digər idarəetmə blokları aktivdirlər,və onlar bir-biri ilə bilavasitə ümumi şin sistemi (ÜŞS)ilə informasiya mübadiləsi aparırlar.Bütün blokların işini razılaşdırıcı blokun (RB) vasitəsilə kordinasiya qurğusu (KQ) koordinasiya edir.Paylanmış idarəetmə idarəedici qurğular(İQ) quraşdırılmış məntiqlə,yaxud quraşdırılmış proqramla qurulur.
Paylanmış idarəetməyə mərkəzləşdirilmiş çox prosessorlu sistem kimi baxmaq olar.Bu sistem BİS və mikroprosessorların yaradılması ilə mümkün olmuşdur.Beləliklə mərkəzləşdirilmiş idarəedilən rəqəmli kommutasiya sistemi komplektlərin qarşılıqlı təsir və idarəetmə funksiyalarını reallaşdıran bir mərkəzi idarəedici qurğunun (MİQ) olması ilə xarakterizə olunur.Ayri-ayrı komplektlərin dəyişdirilməsi haqqında informasiyanı MİQ periferiya idarəedici qurğuları (PİQ) vasitəsilə alır,yaxud verir.Burada PİQ qurğusunun əsas funksiyaları MİQ və komplektlər arasında səviyyə və tez təsirliyə görə mübadilə siqnallarının razılaşmasına gətirib çıxardır.Göründüyü kimi qalan 3 növ idarəedici prinsipi mərkəzləşdirilmişdir.Burada MİQin icraedici komplektlərlə qarşılıqlı əlaqəsi mərkəzləşdirilmiş olduğu kimi yəni PİQ vasitəsi ilə həyata keçirilir,lakin PİQLər icazə verilən MİQ huququndan kifayət qədər aktiv və avtonomdurlar.PİQ-lər informasiyanın emalı üzürə bütün funksiyaları öz üzərinə götürür MİQ-lər isə PİQ-lərin prioritetli xidmətinin onların dispetçerləşdirilməsinin və rəqəmli ATS operatoru ilə rabitənin təşkilində cəmləşir,trafikin hesabatını və.s yerinə yetirir.
Paylanmış idarəetməli rəqəmli kommutasiya sistemlərinin mərkəzi idarəedici qurğuları (MİQ) funksiyaları ayrı-ayrı yerli idarəedici qurğular (YİQ) arasında paylanır.HƏr bir YİQ mürəkkəbliyindən asılı olaraq rəqəmli ATS-in bir yaxud bir neçə komplektlərini idarə edir.Bir stansiya daxilində YİQ-lərin öz aralarındakı qarşılıqlı əlaqəsi eynilə danışıq siqnallarının verilişi zamanı istifadə olunan KS-in birləşdirici yolları vasitəsilə həyata keçirilir.
|
| |