|
"Sistem-12"-nin əsas modulları
|
bet | 15/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium40."Sistem-12"-nin əsas modulları
ATS-in modulları iki qrupa bölünürlər.Birinci qrup xarici mühitlə rabitə yarada bilən birbaşa interfeysli və ya dolayı interfeysli modullar aiddirlər.Bu qrupa abunəçi və birləşdirici xətlər modulları,eləcə də xidməti komplektlər modulu daxildirlər.İkinci qrupa sistem modulları aiddirlər.Bu qrupa perfiriya və yüklənmə,eləcə də takt və ton modulları daxildirlər.Bəzi modulların struktur sxemlərini və iş prinsipi nəzərdən keçirək.
Analoq abunəçi modulları:Analoq abunəçi modulları (AAM) analoq abunəçi xətlərinin stansiyaya qoşulmasını təmin edirlər və hər bir modul aşağıdakı platalardan təşkil olunmuşdur:
-8-ə qədər abuəçi platası bir modulu tərkibində cəmləşdirilir.Hər platanın girişinə 16 abunəçi xətti qoşmaq olur.Beləliklə hər modula 128 analoq xəti qpşula bilir.Bir stativdə 12 modul yerləşdiyindən,həmin stativə 1536 abunəçi xətti qoşula bilir.Stansiyada hər 128 abunəçi xətini çağırış siqnalı ilə təömin etmək üçün bir çağırış qurğusu platasından istifadə edilir.İdaəetmə qurğusu kimi əsasən A tipli idarəetmə elementindən,bəzi hallarda isə S tipli idarəetmə elementindən istifadə edilə bilər.Hər növ idarəetmə modulu ayrıca platada yığılır.Bütün idatrəetmə modulları həm özünün qoşulmuş olduğu analoq abunəçi xətti(AAX) modulunda və həm də başqa bir AAX modulunda idarəetməni təmin etmək imkanına malikdir.Hər hansı AAX modulunun idarəetmə modulu xarab olduqda qonşu AAX modulunun idarəetmə modulu onun da funksiyasını öz üzərinə götürərək 256(128+128),abunəçiyə xidmət edir və modulda rabitə yaradılması prosesini təmin edir.Beləliklə AAX modullarında etibarlı idarəetmə prosesi təmin edilmiş olur.
41. "Sistem-12"-nin kommutasiya sisteminin texniki xüsusiyyətləri
42. "Sistem-12"-nin kommutasiya sahəsi
Rəqəmli kommutasiya sahəsi “Sistem-12”-nin tərkib hissəsi olub bütün növ birləşmələri (stansiyadaxili,giriş,çıxış və.s) yaratmağa imkan verir.ATS-in kommutasiya sahəsinin imkanları stansiyaya olan təlabatından asılı olaraq geniş sərhəddə dəyişə bilər.Stansiyanın kommutasiya sahəsini qurmaq üçün rəqəmli kommutasiya elementi (RKE) adlanan eyni tipli platalardan istifadə olunur.ATS-in kommutasiya sistemi dördmanqalı yığılma strukturuna malikdir.Birinci manqa kommutator cütlüklərindən ibarət olub terminal modullarından daxil olan cütlükləri(trafiki)qrup kommutatorlarına paylayır.
Tutumundan asılı olaraq ATS-də üç manqadan ibarət qrup kommutatorları da qruplaşdırıla bilər.Qrup kommutatorları manqaların sayı,qoşula biləcək terminalların sayı və stansiyanın buraxa biləcəyi yükün miqdarına əsasən təyin edilir.Rəqəm kommutasiya sahəsinin artırılması,mövcüd RKE-nə toxunmadan yeni RKE-nin quraşdırılması ilə həyata keçirilir.Kommutasiya sahəsinin genişləndirilməsi terminallarının sayı və ya yük artdıqca vacib olur.Dörd manqalı kommutasiya sahəsi 120000 abunəçidən və ya 850000 birləşdirici xətlərdən daxil olan yükə xidmət edə bilir.Stansiyanın kommutasiya sahəsində hər zamana və həm də mühitə görə kommutasiya prosesi həyata keçirilir.Kommutasiya sistemində istifadə edilən hər bir RKE 16 ədəd eyni tipli iki tərəfli kommutasiya portundan təşkil olunmuşdur.Hər bir port 32 çıxış zaman kanalına malikdir ki,bu kanallarda vereliş sürəti 128 kbvit-san təşkil edir.Hər bir kanal nitqi və verilənləri və eləcə də modullararası siqnal məlumatlarını rəqəm formasında ötürə bilir.”0” və “16”-cı kanallar yalnız daxili istifadə (siqnallaşma)üçün nəzərdə tutulmuşdur.RKE xüsusi axtarış mexanizminə və xüsusi yollar kartına malikdir.Hər bir kommutasiya portu giriş komandalarını rabitə yaratmaq,rabitəyə nəzarət və rabitəni ayırmaq üçün eləcə də prosessorlararası məlumat mübadiləsi üçün istifadə edilə bilərKommutasiya portu digər RKE-ə müvafiq siqnal da göndərə bilir.16 portun hər birinfə olan 30 rəqəmli seli dövrəsi istənilən digər portun çıxış kanalına qoşula bilir.Belə fəza-zaman kommutasiya hər bir RKE-nə imkan verir ki,480 giriş kanalı 480 çıxış kanalına bloklanmadan qoşa bilsin.Hər hansı səbəbdən RKE-dən birinin sıraan çıxması qalan RKE-nin işinə təsir etmir və kommutasiya sahəsinin ümumi işinə əhəmiyyətli təsir göstərmir.Bir RKE platasında 16 ədəd kommutasiya portu yerləşdirilir.Belə platalar xüsusi sifarişlə hazırlanan böyük inteqral sxemdə (BİS) reallaşdırılıllar,yəni bir RKE-bir platada yerləşdirilir ki,onun da 480 çıxışı olur.
43. Sistemdə yaradılan rabitə növləri
|
| |