|
NGN texnologiyasının idarəetmə sistemi
|
bet | 21/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium60. NGN texnologiyasının idarəetmə sistemi
NGN( Next Generation Network)tipli yeni nəsl rabitə şəbəkəsinin bu vaxta qədər reallaşdırılan şəbəkə strukturundan əsas fərqləndirici əlaməti prinsipcə yeni funksonal modelə keçilmsəi ilə xarakterizə edilir.Ümumi istifadə edilən telefon şəbəkəsində (ÜİTŞ) son vaxtlara qədər əsas funksional elementlər kimi müxtəlif səviyyəli kommutasiya qovçaqları və qoşulmanı təmin edən qovşaqlardan istifadə edilmişdir.Belə olan halda kommutasiya qovşağının avadanlıqları eyni zamanda bir neçə məsələnin həllini təmin etmişdir.Belə qovşaqlarda istifadəçilərin informasiya sellərinin kommutasiya olunması ,çağrışların emalı və xidmətlərin təqdim olunması həyata keçirilmişdir.Bu funksiyalar arasında interfeyslərin ( qarşılıqlı əlaqə qaydalarının) reallaşdırılması məsələsi kommutasiya sisteminin istehsal edən müəssisələrdə həyata keçirilmişdir.İnteqral xidmətli rəqəmli şəbəkənin (İSDN) yaranması və klassik UİTŞ-in inkşafı siqnal informasiyalarının emal və informasiyaların kommutasiya olunması funksiyalarının ayrılmasına imkan vermişdir.Bunun baş verməsinə səbəb isə funksional elementin,yəni siqnallaşmanın tranzit məntəqəsinin (STP-Siqnallıq Transfer Point) yaradılması oldu.STP-nin yaranması siqnal şəbəkəsi topologiyasından fərqli olaraq qurulmasına imkan verdi.Buna baxmayaraq informasiyanın emalı və kommutasiya olunması kommutasiya qovşaqlarında həyata keçməkdə davam etməkdədir.NGN konsepsiyası ilk növbədə birləşmənin üç səviyyəsinin dəqiq ayrılması ilə xarakterizə edilir:1.Nitq informasiyalarının komutasiya olunması və verilməsi üçün nəqliyyat funksional səviyyədən istifadə edilməsi. 2.Siqnallaşma informasiyalarını verilməsi üçün siqnallaşma səviyyəsindən istifadə edilməsi 3.Xidmət növlərinin təyin olunmasl xidmət səviyyəsidə reallaşdırılması. Bu səviyyələr arasında qarşılıqlı fəaliyyəti tənzimləyən interfeyslər təyin edilmişdir.Bir-birindən asılı olmayan hər üç səviyyə sərbəst olaraq inkşaf edib genişlənə bilər.Bu imkan verir ki müxtəlf xidmət növləri ayrı-ayrı operatorlar tərəfindən təqdim edilsin.NGN konsepsiyasının ikinci əlaməti nəqliyyat şəbəkəsində universal texnologiya olan paket kommutasiyasından istifadə edilməsi ilə xarakterizə olunur.Bütün bunlar imkan verir ki NGN şəbəkəsində paket texnologiyasının tətbiqi sayəsində həm verilənlərin ötürülməsi və həm də bütün növ xidmətlərin təqdim olunması həyata keçirilmiş olsun.
|
| |