|
C&08 sisteminin yaranma zəruriyyəti
|
bet | 20/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium53. C&08 sisteminin yaranma zəruriyyəti
Bu gün insan cəmiyyəti elmlə təhciz edilmiş texnologiyalar erasına daxil olur və informasiyaların tez göndərilməsi və qəbul edilməsi aktual məsələyə çevrilir. Müasir telekommunikasiya şəbəkələri getdikcə artmqda olan böyük həcmli informasiyaları ötürməkdə və emal etməkdə çətinliklərə məruz qalır.
Abunəçilər tərəfindən telekommunikasiya xidmətlərinə olan tələbatlar da daimi olaraq durmadan artır. Telekommunikasiya texnologiyalarının açarı sayılan verilənlərin optik üsulla ötürülməsi, internet şəbəkəsi və mobil rabitə texnologiyasını hər gün dəyişirlər.
Yeni telekommunikasiya xidmətlərinə olan tələbatları ödəmək, telekommunikasiya sahəsinin yüksək sürətlə inkişafı və genişlənməsini təmin etmək üçün Çin Xalq Respublikasının HUAWEI kompaniyası böyük tutumlu və proqramla idarə olunan rəqəmli kommutasiya sistemi işləyib hazırlamışdır. Şirkətin öz tətqiqatları əsasında hazırladığı bu texnologiya C&C08 tipli ATS adlanır.
C&C08 tipli ATS açıq sistem olub standart PSTN, İSDN və İN rabitə növlərini yaratmaqla yanaşı internete qoşulmanı və SDH-lə optik interfeyslərin təşgil olunmasını da təmin edir. Qeyd edək ki, bütün bunlar vahid bir platformada reallaşmışdır. ATS-in güclü siqnallaşma sistemi vardır. O, məftilli və məftilsiz texnologiyaları özündə birləşdirir, dar zolaqlı və geniş zolaqlı rabitə xidmətləri yaratmağa imkan verir. Bu tip ATS-lər yerli stansiya, tranzit stansiya, şəhərlərarası və şlyuz tipli qovşaq stansiyası kimi istifadə edilə bilirlər. Bunlardan əlavə C&C08 stansiyası intelektual şəbəkələrdə SPP və siqnal şəbəkələrində isə STP kimi də tətbiq edilə bilirlər.
C&C08 sisteminin yaranması və inkişafı tam rəqəm texnologiyalarına keçmək, inteqral sistem yaratmaq və geniş zolaqlı xidmətlərin artırılması zəruriyyətindən irəli gəlmişdir.
54. C&08-in üstünlükləri
55. Müxtəlif növ rabitənin yaradılması
56. Mərkəzi idarəedici qurğunun (MİQ) avtonom, sinxiron və yükün bölünməsi rejimi
Mərkəzləşdirilmiş və iyerxasiya strukturlu EİS-lərin qurulması zamanı MİQ-in tərkibində bir neçə EİM və mərkəzi prosessorlardan istifadə edilir.Kommutasiya texnikasında ən çox iki maşınlı MİQ geniş tətbiq edilməkdədir.İKİ maşınlı idarəedici kompleks aşağıdakı iş rejimindən birində işləyə biler:
-avtonom
-sinxron
-yükün bölünməsi rejimi
Avtonom rejimdə saz olan EİM-dan biri stansiyaya daxil olan bütün çağrışlara xidmət etməklə bağlı olan MİQ-in bütün funksiyalarını yerinə yetirir,digər EİM(passiv) işə isə tam hazır vəziyyətdə gözləyir və istənilən anda əsas EİM-i əvəz edə bilir.Sinxron iş rejimində hər iki maşın eyni zamanda eyni çağırışa xidmət edərək müəyyən mərhələdə alınmış nəticəni müqayisə edirlər.İki maşınlı kompleksin sinxron rejimdə işləyib çağrışların etibarlı emal olunmasına qoyulan təlabatlarla bağlıdır.Sinxron iş rejimi iqtisadi cəhətcə əlverişli deyildir,buna görə də yükün bölünməsi rejimindən istifadə edilir.Yükün bölünməsi rejimində hər iki maşın eyni zamanda işləyir və müxtəlif çağrışlara xidmət edirlər.Bu zaman onlardan hər biri informasiya qəbul etmək və ya vermək PİQ və XQ-ya qoşula bilirlər.
57. Mərkəzi idarəedici qurğunun strukturu
58. Mərkəzi idarəedici qurğunun iş prinsipi
59. NGN şəbəkəsinin xidmət serverləri
|
| |