|
"Sistem-X"in idarəetmə sistemləri
|
bet | 14/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium38."Sistem-X"in idarəetmə sistemləri
Rəqəmli kommutasiya sistemlərində birləşmənin yaranma prinsipi bir neçə ardıcıl mərhələlərdən ibarətdir.Bu mərhələlər RKS-in kommutasiya sahəsi elementləri,ümumi stansiya komplektləri və rəqəmli ATS-lərin idarəetmə sisteminə daxil olan ayrı-ayrı yarımsistem qurğular tərəfindən həyata keçirilir.Hər bir məsələnin yerinə yetirilmə prosesində rəqəmli kommutasiyanın yazılı idarəetmə qurğuları öz aralarında ümumi stansiya şini vasitəsilə qarşılıqlı əlaqəyə girir.
Rəqəmli kommutasiya sistemlərində çağrışlarımn xidmət prosesləri dünyanın bir çox ölkəsində geniş yayılımışdır.Bakıda fəaliyyət göstərən “Azevrotel”birgə müəssisə tərəfindən mənimsənilmiş,bu proses Böyük Britaniyanın “SYSTEM-X” stansiyası əsasında baxılır
Bİrləşmə üçün nəzərdə tutal mərhələrin sayı çağrışlara xidmət proesində birləşmənin aşağıdakı növlərindən asılıdr:
-stansiyadaxili birləşmənin yaranma prosesi
-çıxış rabitəsinin yaranma prosesi
-giriş rabitəsinin yaranma prosesi
ATS-in İQ-nun çağırışını emailı proqramının altsistemi öz yaddaşında çağıran abunəçinin məşğullugunu qeyd edir və çağırışa aid bütün verilənlər üçün yaddaş sahəsini ehtiyatda saxlayır.Bundan sonra çağırışın email proqramları “Çağıran abunəçinin nömrəsinin rəqəmlərini göndərin” siqnalını formalaşdırır və İKM xəttinin siqnal kanalı ilə çıxış konsentratorunun İQ-na onun göndərişini təşkil edir. “Çağıran abunəçinin nömrəsinin rəqəmlərini göndərin”siqnalında “Stansiyanın cavabı”tipli siqnal haqqında verilənlər yerləşir ki,bunları da çağıran abunəçiyə göndərmək lazımdır.
ATS-in çağırışın emalı proqramları digər əməliyyatları həyata keçirir:
-rəqəmli KS-nin cihazlarının azad olunması üçün komandalar verir və onların yerinə yetirilməsi yoxlayır
-proqramlara danışığın qurtarma vaxtının haqqının ödənilməsini göndərir
-giriş konsentratoruna “azad olma” məlumatını ötürür.
39."Sistem-12"-nin idarəetmə elementləri
Stansiyanın idarəolunma funksiyası ayrı-ayrı idarəetmə elementlərinin vasitəsi ilə həyata keçirilir.Bu tip ATS-də idarəetmə elemetləri ayrıca bir qurğu kimi sərbəst və ya terminal komplektinin (TK) tərkibində onunla birlikdə fəaliyyət göstərə bilər.Terminal komplektinin tərkivində istifadə edilən idarəedici qurğulara terminal idarəedici elementi (TİE)ayrıca fəaliyyət göstərən idarəedici qurğulara isə əlavə idarəetmə elementi (ƏİE)deyilir.Terminal modulları və ƏİE-lər 128 kbit-san sürətli 32 ədəd ikitərəfli kanallara, iki standart interfeys vasitəsilə kommutasiya sahəsinə qoşulurlar.Şəkil 5.1 –də terminal modulun ümümi sturukturası təsvir edilmişdir.Şəkildən gördüyü kimi terminal modulu terminal hissədən və idarəetmə elementindən ibarətdir.Terminal hissə abunəçi və ya biləşdirici xətt interfeyzi,takt siqnalları istehsalı ,insan-maşıb interfeyzi və.s funksiyaları yerinə yetirə bilir.
Bütün idarəetmə elementində eyni blok avadanlıqlarından (terminal interfeys,mikroprosessor və yaddaş) istifadə edilir.İdarəetmə elementləri ümumi proqram təminatı ilə yanaşı konkret terminal funksiyalarına aid olan xüsusi proqram təminatı ilə yüklənirlər.
İdarəetmə elementləri RKS vasitəsilə digər modullara qoşulmaq imkanına da malikdirlər.İdarəetmə elementləri prosessorlararası mübadiləni təmin etməklə çaörışlara xidmət olunmanın müəyyən hissəsini,texniki istismarı və texniki xidməti idarə edirlər.
İdarəetmə sistemləri standart interfeysi avadanlıqları ilə işlədikləri üçün,yeni növ terminallar əlavə edildikdə və ya mövcüd olan terminallar modernləşdikdə kommutasiya sahəsinə və digər modullara heç bir təsir göstərmir.RKS-ilə verliş və qəbulu təmin etmək üçün istifadə edilən portların standart interfeyslərində sifarişlə hazırlanan böyük inteqral sxemlərdən(BİS) istifadə ediir.Əlavə idarəetmə elementlərinin yerinə yetirəcəkləri funksiyalar onlara yüklənən proqram təminatından asılı olaraq dəyişir.Əlavə idarəetmə elementləri qruplara bölünürlər.Bu imkan verir ki,idarəetmə elementlərindən biri xarab olduqda,ehtiyatda olanlardan biri dəthal onu əvəz edə bilsin.Bu isə idarəetmə ehtibarlığını artırır.ƏİE-ri rezevləşdirmənin müxtəlif kateqoriyalarına görə bölünurlər:simpleks,aktiv rezerv və yükün bölünməsi rejimində işləyə bililər.Müvafiq olaraq xarab olmuş elementin dəyişdirilməsi üçün müxtəlif mexanizmlərdən istifadə edilir.Hər bir əlavə idarəetmə elementi ayrıca çap platasında yerləşdirilir ki,həmin plata üzərində prosessor,yaddaş və terminal interfeyzi yığılırlar.Plata üç variantda hazırlanır və uyğun olaraq A,V və ya S tipli idarəedici qurğu modulu adlanırlar.
|
| |