|
RKS-in idarəetmə vəzifəsi
|
bet | 6/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium15.RKS-in idarəetmə vəzifəsi
Kommutasiya qurğularının öz funksiyalarını yerinə yetirməsi üçün onları idarəetmək tələb olunur,idarəetmə üçün onun məqsəd və vəzifəsini göstərən informasiya tələb olunur.RKS-in idarəetmə vəzifələrinə aşağıdalılar daxildir.
-tələb olunan birləşmə haqqında abunəçidən və ya digər stansiyadan informasiyanın qəbulu
-qəbul edilmiş informasiyanın analizi
-abunəçinin və xəttin kateqoriyasının təyini
-tələb olunan birləşməyə abunəçinin (və ya xəttin)hüququnun yoxlanması
-zbirləşmənin yaradılması üçün istiqamətin təyini
-tələb olunan istiqamətdə azad xəttin seçilməsi
-çağrılan abunətçinin (xəttin)seçilmiş xətti ilə(şağrılan abunentçi ilə)birləşməsi üçün KS-də azad yolların tapılması
-abunetçilər arasında birləşmənin yaradılması.
Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün RKS-in müxtəlif növ siqnaların verilişi tələb olunur
16.Proqramlı idarəetmənin növləri
Proqramla idarəetmənin iki növü mövcuddur:
-quraşdırılmış proqramlı(montaj)
-yazılı proqramlı.
Quraşdırılmış proqramlı idarəedici qurğularda stansiyanın işləmə proqramı ardıcıl olaraq məntiqi qurğuların quraşdırılması əsasında aparılır.
Quraşdırılmış proqramın çatışmamazlığı odur ki,stansiyanın işləmə proqramı dəyişdikdə,yaddaş qurğusunda(YQ) dəyişilmə tələb olunur.
Yazılı proqramlı idarəetmə ideyası 1955-ci ildə təklif edilib.Yazılı proqramlı idarəetmənin əsas xüsusiyyəti proqramın idarəedici avadanlıqlardan az asılı olmasıdır.
Burada stansiyanın işləmə proqramı oxunma və yazılmanı təmin edən YQ-na yazılır və tələb olduqda proqrama yeni dəyişiliklər edilir.
17.RKS-də əsas proqramlı idarəetmə növləri
Rəqəmli kmmutasiya istemlərində (RKS) əsas proqramlı idarəetmə növləri aşağıdakilardır: mərkəzləşdirilmiş,mərkəzləşdirilməmiş,təkrar sayma,paylaşdırılmış.
Mərkəzləşməmiş İQ-da idarəetmə funksiyaları ayrı-ayrı idarəedici qurğular arasında paylanır.Burada bəzi periferiya qurğuları quraşdırılmış proqramlı ola bilər.Burada icraedici qurğular MİQ-də tələbnamə və informasiya mübadiləsi üçün tələblər verir.Təkrar sayma ilə idarəetmə yaddaş qurğusuna (YQ) yazılmış verilənlər əsasında xüsusi idarəetmə əməliyyatlarının yerinə yetirilməsini təmin edən xüsusi əməliyyat çeviricisindən,idarəetmə blokundan(İB) istifadə olunur.
Yaddaş qurğusunun (YQ)məlumatları alaraq çeviricilər,icraedici qurğuların sifarişlərinə (tələbnamələrinə)əsasən idarəetmə blokuna makrokamandalar verilir.Son illərdə yeni üsul-paylanmış idarəetmə üsulu geniş yayılmışdır və axırıncı sinif RKS-lərdə məhz paylanmış idarəetmə prinsipi istifadə edilir.
Burada periferiya idarəedici qurğuları (PİQ) və digər idarəetmə blokları aktivdirlər,və onlar bir-biri ilə bilavasitə ümumi şin sistemi (ÜŞS)ilə informasiya mübadiləsi aparırlar.Bütün blokların işini razılaşdırıcı blokun (RB) vasitəsilə kordinasiya qurğusu (KQ) koordinasiya edir.Paylanmış idarəetmə idarəedici qurğular(İQ) quraşdırılmış məntiqlə,yaxud quraşdırılmış proqramla qurulur.
Paylanmış idarəetməyə mərkəzləşdirilmiş çox prosessorlu sistem kimi baxmaq olar.Bu sistem BİS və mikroprosessorların yaradılması ilə mümkün olmuşdur.Beləliklə mərkəzləşdirilmiş idarəedilən rəqəmli kommutasiya sistemi komplektlərin qarşılıqlı təsir və idarəetmə funksiyalarını reallaşdıran bir mərkəzi idarəedici qurğunun (MİQ) olması ilə xarakterizə olunur.Ayri-ayrı komplektlərin dəyişdirilməsi haqqında informasiyanı MİQ periferiya idarəedici qurğuları (PİQ) vasitəsilə alır,yaxud verir.Burada PİQ qurğusunun əsas funksiyaları MİQ və komplektlər arasında səviyyə və tez təsirliyə görə mübadilə siqnallarının razılaşmasına gətirib çıxardır.Göründüyü kimi qalan 3 növ idarəedici prinsipi mərkəzləşdirilmişdir.Burada MİQin icraedici komplektlərlə qarşılıqlı əlaqəsi mərkəzləşdirilmiş olduğu kimi yəni PİQ vasitəsi ilə həyata keçirilir,lakin PİQLər icazə verilən MİQ huququndan kifayət qədər aktiv və avtonomdurlar.PİQ-lər informasiyanın emalı üzürə bütün funksiyaları öz üzərinə götürür MİQ-lər isə PİQ-lərin prioritetli xidmətinin onların dispetçerləşdirilməsinin və rəqəmli ATS operatoru ilə rabitənin təşkilində cəmləşir,trafikin hesabatını və.s yerinə yetirir.
Paylanmış idarəetməli rəqəmli kommutasiya sistemlərinin mərkəzi idarəedici qurğuları (MİQ) funksiyaları ayrı-ayrı yerli idarəedici qurğular (YİQ) arasında paylanır.HƏr bir YİQ mürəkkəbliyindən asılı olaraq rəqəmli ATS-in bir yaxud bir neçə komplektlərini idarə edir.Bir stansiya daxilində YİQ-lərin öz aralarındakı qarşılıqlı əlaqəsi eynilə danışıq siqnallarının verilişi zamanı istifadə olunan KS-in birləşdirici yolları vasitəsilə həyata keçirilir.
|
| |