• 20.İdarəetmə üsulları ( 18 ilə eyni) 21.RKS-in idarəedici qurğularının strukturu 22.Rəqəmli ATS avadanlığı
  • 1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri




    Download 2,17 Mb.
    bet8/21
    Sana25.12.2023
    Hajmi2,17 Mb.
    #128199
    1   ...   4   5   6   7   8   9   10   11   ...   21
    Bog'liq
    İdarəedici Kollekvium

    19.İdarə olunan qurğular
    İnformasiyaların qəbulunu emailin saxlanmasının və müxtəlif rabitə istiqamətlərində paylanmasını təmin edən texniki vasitələrin məcmusuna kommutasiya qovşağı deyilir.Kommutasiya qovşaqlarının belə tərifi telefonteleqraf verilənlərin ötürülməsi və intqeral xidmətləri şəbəkələrin qovşaqları üçün də xarakterikdir.Kommutasiya məlumatlarının kommutasiya və paketlərindən kommutasiya rejimlərindən biri istifadə edilə bilər.İnteqral xidmətli rabitə şəbəkəsi kommutasiya qovşaqlarında kanalların və paketlərin birgə kommutasiya rejimindən istifadə edilir.Müasir dövrdə telefon şəbəkəsində və eləcədə ATS-də ən çox kanalların komutasiya rejimindən istifadə edilir.Muasir dövrdə telefon,şəbəkəsində və eləcədə ATS-də ən çox kanalların kommutasiya rejimindən istifadə edilir.Bu tip kommutasiya rejimi istifadə edilən qovşaqların qurulma prinsipi və iş fəaliyyətini ətraflı nəzərdən keçirərək kanalların kommutasiya rejimi istifadə edilən kommutasiya qovşaqlarının qurulmasında müxtəlif növ kommutasiya sistemlərindən istifadə edilir.Bununla yanaşı bütün növ qovşaqların qurulmasında və onların iş prinsipində əhəmiyyətli oxşarlıq vardır.Ümumi halda komutasiya qovşağı icraçı sistem və idarəedici sistemlərdən ibarət olan bir kompleks kimi edilə bilər ki onun da sxemi aşağıdaki şəkildə təsvir edilmişdir.Şəkildən göründüyü kimi icraçı sistem komplutlərdən(k)kommutasiya sahəsindən və aralıq periferiya qurğuları avadanlıqlarından ibarətdir ki onunda əsas vəzifəsi icraçı sistemlə idarəetmə sistemlərini birgə işini təmin etməzdir.Elektro idarəetmə sistemi isə ayrı ayrı idarəedici qurğulardan ibarətdir.
    20.İdarəetmə üsulları ( 18 ilə eyni)
    21.RKS-in idarəedici qurğularının strukturu


    22.Rəqəmli ATS avadanlığı
    Müxtəlif rəqəmli ATS-lərin idarəedici qurğularının strukturunu anlamaq üçün kanalların kommutasiya funksiyasını yerinə yetirən mərkəzi idarə olunan rəqəmli stansiyanın strukturuna baxaq.
    Göründüyü kimi ,rəqəmli ATS avadanlığı aşağıdakı əsas hissələrdən ibarətdir:
    -kommutasiya sahəsi (KS)
    -müxtəlif növ kompklestlər (ŞK,BXK,AK)
    -idarəedici qurğu.
    Burada kommutasiya sahəsi (KS) giriş ilə çıxış arasında birləşmənin yaradılması üçündür.
    Giriş və çıxışlar stansiyanın aşağıdakı son qurğularının vasitəsiilə qoşulurlar:
    -abunəçi komplekti (AK)
    -şnur komplekti (ŞK)
    -birləşdirici xətt komplektləri (BXK)
    Stansiyanın bütün idarəetmə funksiyasını mərkəzi idarəedici qurğu (MİQ) və periferiya idarəedici qurğuları yerinə yetirir.
    Şəkildən göründüyü kimi rəqəmli stansiyanın idarəedici qurğusu mərkəzi və periferiya idarəedici qurğularından ibarətdir.Periferiya idarəedici qurğuları (PİQ) aralıq avadanlığı kimi periferiya qurğularının MİQ ilə birlikdə işlənməsini təmin edir.
    PİQ MİQ ilə PİQ arasında mübadilə olunan siqnalların zaman və elektrik parametrlərinin razılaşması üçündür.
    PİQ verici və qəbuledici hissədən ibarətdir.Verici hissədə PİQ komplektlərinin halını təyin edən məlumatın (informasiyanın )zaman tsikli nöqtəyi-nəzərincə nizama salmaq,yəni paylanma traktını təmin edir.
    Qəbuledici hissədə komplketlərin zamana görə halını təyin edən və ümumi magistral şininə daxil oloan informasiyanı nizamlayan PİQ traktın skanerliyi deyilir.
    Deməli, PİQ-də veriliş hissəsində yerinə yetirilən əmrlər (komandalar) haqqında informasiya saxlanılır,qəbuledici hissədə isə periferiya qurğusunun həqiqi halı əsk olunur və faktiki olaraq MİQ komandaları yerinə yetirilir.
    Müasir ,axrıncı 5 sinif rəqəmli ATS-lərdə isə idarəedici qurğular mərkəzləşməmiş və paylanmış idarəetmə prinsipi ilə qurulub.
    ATS-200=ün İQ-nun strukturu aşağıdakı bloklardan ibarətdir:
    1.AA pilləsinin bölmələrinin (seksiyasının) idarəetmə bloku (AABİB)
    2.Ümumi kanallı siqnallaşma bloku (ÜKSB)
    3.Registrlər bloku (RB)
    4.Markyor(M)
    6.Mərkəzi yaddaş qurğusu bloku (MYQB)
    7.Statistika bloku (SB)
    8.Ümumi məlumat şini (ÜMŞ)
    9.Texniki istismar üçün EHM (TİEHM)
    10.Giriş-çıxış qurğuları
    Registr bloku (RB) funksiyası ünvan məlumatlarının qəbul edilməsi etapında birləşmənin yaardılması üçün çağrışların emal olunmasını idarə edən qurğudur. RB eyni zamanda 16 (on altı) çağırış emal edə bilər. ( 11-13,66,81,87)
    Mərkəzi yaddaş qurğusu bloku (MYQB) informasiya bankı funksiyasını yerinə yetirir.Burada abunəçi və birləşdirici xətlər haqqında bütün məlumatları özündə cəmləyir.Burada həmçinin şəbəkənin quruluşu prinsipi,abunəçilərin nömrələrinin və istiqamətlərinin təhlili yerləşdirilir.Bu məlumatlar əsasında RB birləşmənin yaradılması haqqında qərar qəbul edir.
    Statistika bloku (SB) ATSE-200 düşən yükün intensevliyi haqqında məlumatların və verilənlərin ,həmçinin məşğul qurğuların sayı haqqında məlumatların nəzərə alınması üçün vacibdir.Bu blok həmçinin təkrarlanır.

    Download 2,17 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   21




    Download 2,17 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri

    Download 2,17 Mb.