• 25. Periferiya idarəedici qurğuları
  • RKS idarəedicu qurğular (22 ilə eyni)




    Download 2.17 Mb.
    bet9/21
    Sana25.12.2023
    Hajmi2.17 Mb.
    #128199
    1   ...   5   6   7   8   9   10   11   12   ...   21
    Bog'liq
    İdarəedici Kollekvium

    23.RKS idarəedicu qurğular (22 ilə eyni)
    24.İdarəedici qurğuların blokları
    ATS-200=ün İQ-nun strukturu aşağıdakı bloklardan ibarətdir:
    1.AA pilləsinin bölmələrinin (seksiyasının) idarəetmə bloku (AABİB)
    2.Ümumi kanallı siqnallaşma bloku (ÜKSB)
    3.Registrlər bloku (RB)
    4.Markyor(M)
    6.Mərkəzi yaddaş qurğusu bloku (MYQB)
    7.Statistika bloku (SB)
    8.Ümumi məlumat şini (ÜMŞ)
    9.Texniki istismar üçün EHM (TİEHM)
    10.Giriş-çıxış qurğuları
    Registr bloku (RB) funksiyası ünvan məlumatlarının qəbul edilməsi etapında birləşmənin yaardılması üçün çağrışların emal olunmasını idarə edən qurğudur. RB eyni zamanda 16 (on altı) çağırış emal edə bilər. ( 11-13,66,81,87)
    Mərkəzi yaddaş qurğusu bloku (MYQB) informasiya bankı funksiyasını yerinə yetirir.Burada abunəçi və birləşdirici xətlər haqqında bütün məlumatları özündə cəmləyir.Burada həmçinin şəbəkənin quruluşu prinsipi,abunəçilərin nömrələrinin və istiqamətlərinin təhlili yerləşdirilir.Bu məlumatlar əsasında RB birləşmənin yaradılması haqqında qərar qəbul edir.
    Statistika bloku (SB) ATSE-200 düşən yükün intensevliyi haqqında məlumatların və verilənlərin ,həmçinin məşğul qurğuların sayı haqqında məlumatların nəzərə alınması üçün vacibdir.Bu blok həmçinin təkrarlanır.
    25. Periferiya idarəedici qurğuları
    Müasir rəqəmli kommutasiya sistemlərində giriş,çıxış, və stansiyanın son qurğularının fəaliyyətini təmin edən idarəedici qurğulara periferiya idarəedici qurğuları (PİQ) deyilir.
    Sadələşdirilmiş halda periferiya idarəedici qurğuların (PİQ) struktur sxemi şək 4.5-də verilib.Şəkildən göründüyü kimi PİQ-in tərkibi aşağıdakı hissələrdən ibarətdir.
    1.İdarəedici qurğu-İQ (icraedici qurğu)
    2.Deşifrator-D
    3.Bufer registrı-BR
    Periferiya idarəedici qurğularına aşağıdakı qurğular aiddirlər:
    1.Əsas yaddaş təyinedicisi (YT)
    2.Skaner qurğusu (SQ)
    3.KS-i idarə edən markyor (M)
    4.Komplektləri idarə edən qurğu (KİQ)
    5.Siqnal paylayıcıları (SP)
    Periferiya idarəedici qurğuları passiv və aktiv ola bilər.
    Passiv PİQ-lər mərkəzi prosessorun (MP) idarəsi altında ondan əmrlər almaqla işləyir.Adətən passiv PİQ-lər heç bir məntiqi əməliyyat yerinə yetirmirlər.
    Bunun əksinə,aktiv PİQ-lər isə mərkəzi prosessorların (MP) komandalarına (əmrinə)əsasən müəyyən məntiqi əməliyyatları yerinə yetirirlər.Bəzən aktiv PİQ-lər bütövlükdə telefon və periferiya bloklarına xidmət edir və mərkəzi prosessora yalnız informasiya mübadiləsi üçün müraciət edir.Bu zaman MP yalnız idarəetmənin əsas funksiyalarını yerinə yetirir,koməkçi funksiyaları isə aktiv PİQ-lər vasitəsilə reallaşdırırlır.
    Passiv PİQ-lər istifaə edilən sistemlərdə MP-un məhsuldarlığı (səmərəliliyi)köməkçi periferiya(siqnal) prosessorlarının əlavə edilməsi ilə artır.
    PİQ və MİQ arasında funksiyaların bölünməsi müstəqil sürətdə onların optimallaşdırılmasına bu isə son nəticədə avadanlığın təkmilləşdirilməsinə səbəb olur.
    Aktiv PİQ-lərin yaranması səbəblərindən öncəsi böyük inteqral sxemlərin (BİS) ixtisarı ilə izah olunur.
    Periferiya idarəedic qurğusunun (PİQ) struktur sxemindən göründüyü kimi,PİQ və MİQ bufer registrı (BR) köməyi ilə şin vasitəsilə əlaqələndirilir.Burada BR-in əsas vəzifəsi MİQ-dən daxil olan informasiyaları qəbul etmək və ya MİQ-ə ötürülən informasiyanı toplamaqdır.Bu registrlarda qəbul edilmiş və qeyd olunmuş komandalar D deşifrator ilə dekodlanır (deşifrələnir) və icrəedici qurğusuna (İQ) verilir.Məsələn,icrəedici qurğunun (İQ) köməyi ilə kommutasiya matrissaların,komplektlərinin,relelərin,yaxud skaner qurğusunun ventillərini idarə edən cihazlar hazırlanır.İşlərin etibarlılığının təmin olunması üçün PİQ-in əsas hissələri təkrarlanır.

    Download 2.17 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   21




    Download 2.17 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    RKS idarəedicu qurğular (22 ilə eyni)

    Download 2.17 Mb.