|
1Telekommunikasiya sistemlərinin inkişaf mərhələləri
|
bet | 4/21 | Sana | 25.12.2023 | Hajmi | 2,17 Mb. | | #128199 |
Bog'liq İdarəedici Kollekvium11.Zaman kommutasiya bloku
Giriş və çıxış xətləri arasında zaman kanallarını yenidən qruplaşdırmaq üçün zaman kommutasiya blokundan(ZKB) istifadə edilir.Belə blok operativ informasiya yaddaş qurğusu (İYQ) istifadə edilməklə reallaşdırıla bilər.ZKB-də istifadə edilən informasiya yaddaş qurğusunun əsas vəzifəsi kommutasiya olunan kanallara daxil olan informasiyaları yadda saxlamaq və oxumaqdan ibarətdir.İYQ-un ümumi sayı kommutasiya olunan traktların sayına bərabər,hər yaddaş qurğusunda olan yuvacıqların sayı isə hər traktdakı kanalların sayına bərabər olur.Şəkil 3.6,a-də ZKB-nin şərti təsviredilmə sxemi göstərilmişdir, şəkil ,6 v-də bir girişə və bir çıxışa malik ZKB, Şəkil 3.6 q-də girişdə N çıxışda bir xətt traktı olan ZKB,şəkil 3.6-d də isə bir xətt trakti girişdə və N xətt traktı çıxışında olan ZKB təsvir edilmişdir.Giriş VSBX-in kanalları,onun xəttinə təhkim edilmiş informasiya yaddaş qurğusunun n ədəd yuvacıqlarına birləşdirilir.Bir İKM-30 traktını kommutasiya etmək üçün İYQ hər birində 8 bit olmaqla 32 sözə malik olmalıdır.İYQ yuvacıqlarında informasiyanın yadda saxlama müddəti,bir dövr üçün ayrılan vaxtdan kiçik olmalıdır.Bir zaman vəziyyəti üçün ayrılmış zaman müddətində bir yazılış və bir oxunuş aparılması mümkündür.Buna görə də həmin zaman intervalı iki hissəyə bölünür.Onlardan birinində yazılış aparılır,digərində isə İYQ-daki yuvacıqdan oxunma həyata keçirilir.
Çıxış
VSBX
|
1
|
GİRİŞ
VSBX
|
:
|
N
|
Giriş VSBX
|
1
|
Kommutator
nxn
|
1
|
Çıxış VSBX
|
.
.
.
|
.
.
.
|
n
|
n
|
v) q) d)
Şəkil 3.6 ZKB-nu şərti təsviredilmə sxemi
Əgər i-ci kanalın n-cü kanala kommutasiya olunması tələb olunursa,onda İYQ-un i-ci yuvacığında saxlanılan informasiya un anında dövrün uyğun n-cü zaman intervalına oxunmalıdır.Başqa sözlə desək i-ci giriş kanalı ilə j-cü çıxış kanalı arasında rabitə yaradılması o vaxt mümkün olur ki,i-ci giriş kanalının kod qrupu İYQ-da o vaxta qədər gecikdirilsin ki,bu müddət ərzində onlar ZKB-nın çıxışındakı j-ci kanalda almış olsun.ZKB-də tam imkanlı qoşulmanın təmin edilməsi üçün İYQ-da saxlanan istənilən informasiyanın zaman intervallarından istənilən birinə ötürülməsi (oxunması)təmin olunmalıdır.Zaman kommutasiya bloku çoxməftilli kommutasiya həyata keçirməlidir,yəni iki istiqamətdə verilişi təmin edən giriş və çıxış kanallarının kommutasiya olunmasını təmin etməlidir.ZKB-da kommutasiyanın prinsipi 3.7-də təsvir edilmişdir.Şəkildə göründüyü kimi girişdəki i-ci kanalın çıxışdakı j-ci kanala kommutasiya olunması üçün dördməftilli xətt tələb olunur(hər istiqamətdəki veriliş üçün)
i-ci zaman intervalı n-ci zaman intervalı
Bu kanallar arasındaki birləşməni simvolik olaraq düz istiqamətdə i-j və əks istiqamətdə verilişi bildirən j-i kimi olaraq göstərmək olar.
|
| |