RadiOİdarəetmə SİstemləRİ 13




Download 1,76 Mb.
bet1/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
  1   2   3   4   5   6   7   8   9   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)


RADİOİDARƏETMƏ SİSTEMLƏRİ

13.1. Radioidarəetmə sistemləri haqqında ümumi məlumat


Pilotsuz obyektlərin radioqurğular vasitəsilə idarə olunması radioidarə adlandırılır. Radioidarə ilə radionaviqasiya arasında yaxınlıq çoxdur: radioidarə sistemlərində pilotsuz obyektlər idarə olunduğu halda radionaviqasiyada pilotlu obyektlər radioqurğular vasitəsilə idarə edilir. Beləliklə, əgər təyyarədə pilot varsa və o, radioqurğular vasitəsilə idarə olunursa radionaviqasiya, pilot yoxdursa onda radioidarə sistemi olacaq.
İdarə olunan obyektdə pilotun olmaması radioidarə sisteminin radionaviqasiya sisteminə nisbətən çox mürəkkəb olmasına səbəb olur. Pilot olmadığından idarə olunma aparatlar və obyektdə olan müxtəlif cihazlar (sistemlər) ilə idarəetmə orqanları arasındakı əlaqə vasitəsilə yerinə yetirilir. Məhz buna görə də pilotsuz obyektlərdə yerləşdirilən radioaparatlar bilavasitə obyektin özü ilə və onda yerləşdirilən avtomatika qurğuları ilə birlikdə işləmək üçün layihələndirilir.
Müasir pilotsuz obyektlər hədəfi məğlubiyyətə uğratma vasitəsi olduğundan məsələ daha da mürəkkəbləşir, çünki bu sistemlərdən yüksək idarəetmə dəqiqliyi (radionaviqasiyaya nisbətən) tələb olunur və onlar bir dəfə təsir göstərən qurğulardır. Odur ki, radioidarə aparatları yüksək dəqiqlik təmin edən, minimal mürəkkəbliyə və qiymətə, nisbətən az çəkiyə və ölçülərə malik olmalıdır.
Müasir mərmiləri (uçan obyektlərin) uzaqlığa görə məğlu­biy­yətə uğratma zonası böyük olduğundan onlarda reaktiv mühərriklər istifadə edilir və onlar reaktiv mərmilər adlandırılır. Reaktiv mərmilər adi mərmilərdən fərqli olaraq böyük məğlubiyyətə uğratma zonasına və yüksək məğlubiyyətə uğratma dəqiqliyinə malikdir, çünki onlarda mühərrik və radioidarə sistemi istifadə edilir.
Pilotsuz obyektləri radiodalğalardan başqa işıq (görünən şüalar), istilik, səs və ultrasəs dalğaları vasitəsi ilə də idarə etmək olar. Yalnız radiodalğalar uzaq məsafələrdə effektiv idarəetmə təmin edir. Buna görə də radioidarəetmə pilotsuz obyektlərin (sualtı qayıqlardan, torpedalardan başqa) idarə edilməsində mühüm yer tutur.
İdarə olunan pilotsuz obyektlərə ballistik uçan obyektləri, mərmi-təyyarələri, zenit-uçan obyektləri (yer-hava, su-hava), aviasiya uçan obyektləri (hava-hava), aviabombaları (hava-yer, hava-su), hava torpedləri (hava-yer, hava-su), hava-dəniz torpedləri (hava-su), dəniz torpedləri (su-su), təyyarə hədəflər, eksperimental pilotsuz obyektləri misal göstərmək olar. Bu obyektlər əsas etibarilə havada, yerdə və suda olan hədəfləri məhv etmək üçün istifadə edilir. Təyyarə-hədəflər radio ilə idarə olunan pilotsuz obyektlər olub, onlar vasitəsilə yoxlama atəşləri aparıldıqda istifadə edilir. Eksperimental pilotsuz obyektlər xüsusi radioteleölçü aparatları ilə təchiz olunur və onların göstəriciləri (temperatur, təzyiq, nəmlik, sürət və sairə) avtomatik olaraq radiokanallarla obyektin bortundan yer səthinə verilir və orada qeyd olunur.
Radioidarəetmə üç mərhələyə ayrılır: (buraxılışın), uçuşun və partlayışın idarə olunması.
Atəşin idarə olunması hədəfin aşkar edilməsindən, onun koordinatlarının ölçülməsindən, atəş anının və istiqamətinin təyin edilməsindən və onun icra edilməsindən (partlayış) ibarətdir. Hədəfin aşkar edilməsi və onun koordinatlarının yüksək dəqiqliklə ölçülməsi radiolokatorlar, optik və ya istilik radiopelenqatorları ilə yerinə yetirilir.
Radiolokasiya informasiyasiyasının elektron-hesab­la­yıcı maşınlarında işlənilməsi nəticəsində atəş anı və istiqaməti təyin edilir.
Uçan obyektin partlaması xüsusi kontaktsız radiopartlayıcılar vasitəsilə yerinə yetirilir. Partlayış uçan obyekt ilə hədəf arasında müəyyən məsafə (məğlubiyyətə uğratma məsafəsindən kiçik) olduqda baş verir. Əsas radiopartlayıcıdan başqa uçan obyektdə qəza partlayıcısı və uçan obyektin özünü ləğvetmə partlayıcısı nəzərdə tutulur.
Uçuşu idarəetmə avtonom, öz-özünü tuşlama, teleidarə və kombinə edilmiş olur. Uçan obyektin hərəkəti kənardan (komanda məntəqəsindən və ya hədəfdən) idarə olunmadıqda bu zaman təmin olunan idarəetmə avtonom idarəetmə adlanır. Bu halda uçan obyektin hərəkəti bütünlükdə onun bortunda yerləşdirilmiş avtonom cihazlar vasitəsilə təmin edilir. Burada idarə olunma xətası nisbətən böyük alınır.
Hədəfin məxsusi şüalandırmalarını (və ya ondan dalğaların əks olunmasını) istifadə edərək uçan obyekti hədəfə doğru avtomatik tuşlayan idarəetmə isə özü-özünə tuşlanma adlanır. Əgər tuşlanma mənbəyi hədəfdə yerləşərsə, belə öz-özünü tuşlama passiv, şüalanma mənbəyi uçan obyektdə yerləşdirildikdə isə aktiv öz-özünə tuşlanma adlanır. Əgər şüalandırma mənbəyi uçan obyektdən və hədəfdən kənarda yerləşib hədəfi şüalandıraraq ondan əks olunan dalğalar uçan obyektdə qəbul edilərək idarəetmə təmin olunarsa, onda belə sistem yarıaktiv özü-özünə tuşlanma adlanır.
Özü-özünə tuşlanmada komanda məntəqəsi idarəetmədə iştirak etmir. Avtonom idarəetmədən fərqli olaraq özü-özünə tuşlanmada uçan obyekt ilə hədəf arasında daima əlaqə var və bu əlaqə nəticəsində uçan obyektin hədəf istiqamətində uçuşunda meyletmə mövcud olduqda o aradan qaldırılır. Bu məqsədlə uçan obyektdə bucaqölçən (radiopelenqator və ya hədəf radiolokatoru) yerləşdirilir.
Komanda məntəqəsindən uçan obyektin radiokomandalar vasitəsilə idarə olunması teleidarə adlanır. Teleidarə ope­rator tərəfindən yerinə yetirilərsə, o yarıavtomatik, tam avtomatik olduqda isə avtomatik teleidarə adlanır. İdarəetmə komandaları uçan obyektin düzgün uçuş istiqamətindən meyl etməsinin ölçülməsi əsasında yaradılır. Ölçmənin harada aparılmasından asılı olaraq teleidarə iki qrupa ayrılır:
1. Komanda məntəqəsindən hədəfin (hədəf nəzarət kanalı) və uçan obyektin (uçan obyekt nəzarət kanalı) koordinatları ölçü­lür və onların müqayisəsi əsasında alınan meyletməyə uyğun komandalar yaradılır. Həmin komandalar idarə kanalı vasitəsilə uçan obyektə verilir və orada sükanlara təsir göstərməklə icra olunurlar.
2. Nəzarət uçan obyektin bortunda yerləşdirilən aparatlarda aparılır. Uçan obyektin meyletməsi uçan obyektdə yerləşdirilmiş ölçü aparatları (hədəf nəzarət kanalı) vasitəsilə ölçülür və rabitə kanalı ilə komanda məntəqəsinə verilir. Burada komandalar yaradılır və rabitə üçün idarə kanalı ilə uçan obyektə verilir.
Bir neçə idarəetmə metodunu birləşdirmə yolu ilə kombinə edilmiş idarəetmə metodu almaq olar. Kombinə edilmiş metod ardıcıl və ya paralel ola bilər. Məsələn, uçan obyekt əvvəlcə teleradio metodu ilə hədəfə doğru istiqamətləndirilir və onlar arasında məsafə kiçik olduqda uçan obyekt özü-özünə tuşlanma metoduna keçirilir. Bu ardıcıl kombinə edilmiş metoddur.
Kombinə edilmiş metod tətbiq edildikdə sitem mürəkkəbləşir, amma teleidarəetmənin etdiyi uzaqlıq təsir dairəsinin artması ilə bərabər özü-özünə tuşlanma sistemi yüksək dəqiqlik təmin edir.
Eyni vaxtda bir neçə idarəetmə tətbiq olunan metod paralel kombinə edilmiş metod adlanır. Bu metoda misal olaraq böyük təsir dairəsi olan avtonom idarəetmə ilə teleidarə sistemlərinin eyni vaxtda istifadə edilməsini göstərmək olar.
Uçan obyektin və hədəfin qarşılıqlı yerləşməsi haqqında əldə edilən məlumat nəzarət kanalı vasitəsilə komanda mən­tə­qə­sinə verilir və orada operator və ya münasib avtomatik qur­ğu tərəfindən çevrilərək idarə kanalına verilir (şək.13.1). Komanda məntəqəsindən kodlanmış siqnallar şəklində verilən komandalar uçan obyektin qəbuledicisi tərəfindən qəbul olunur, dekodlanır və icraedici orqana verilir. Koman­dalar münasib icraedici orqanlara-sükanlara təsir göstərməklə onları hərəkətə gətirir və uçan obyektin hərəkətini idarə edir. Kod­lama və dekodlamanı aparmaqda məqsəd idarə koman­da­la­rının bağlılığını və idarə kanalının maneələrə qarşı davam­lılığını təmin etmək və komandaları biri-birindən (sağa, sola, yuxarı, aşağı, açmaq və bağlamaq və s.) ayırmaqdır. Rabitə kanalı kimi radiokanaldan istifadə edilir.





Şəkbk 13.1 Radioidarəetmə sisteminin struktur sxemi. KM-komanda məntəqəsi;KQ-komanda qurğusu (şifrator); DQ- dekodlama qurğusu (deşifrator); İEO-icra edici orqan; S-sükanlar


Teleidarə sistemində idarəetmə radiotexniki sistemlər (radiokanallar) vasitəsi ilə yerinə yetirilərsə, belə sistemlər radioidarəetmə sistemləri adlanır.
Teleidarə sistemləri qapalı əks rabitəli sistemlərdir (şək.13.2) və onların tərkib hissələri komanda (idarəetmə) kanalından, nəzarət (teleölçü) kanalından və idarə olunan obyektdən ibarət olur. Komanda kanalı yüksək etibarlılığa, maneələrə qarşı davamlılığa, informasiya doğruluğuna ma­lik olmalıdır. Bu kanalla eyni zamanda çoxlu miqdarda müxtəlif komandalar verilir. Bunları təmin etmək üçün komanda kanallarında kodlanmış siqnallardan istifadə edilir və onlar çoxkanallı olur. Məhz buna görə də koman­da kanalı olduqca mürəkkəb olur.





Şək.13.2. Teleidarə sistemi. KK-komanda kanalı;
O-obyekt, NK-nəzarət kanalı.



. . .
Nəzarət kanalını istifadə etməkdə əsas məqsəd obyektə verilən komandaların icrasına nəzarət etməkdir. İdarə olunan obyektə verilən komandaların müəyyən olunmuş idarəetmə orqanlarına təsiri nəticəsində obyektin bir sıra parametrləri (uçuş istiqaməti, temperatur, təzyiq və s.) dəyişir. Bu dəyişmələr teleölçü sistemi tərəfindən qeydə alınaraq kodlanır və nəzarət kanalı vasitəsilə komanda məntəqəsinə verilir və yeni komandalar tərtib edildikdə nəzərə alınır. Radioteleölçü sistem də çoxkanallıdır, çünki obyektdən komanda məntəqəsinə verilən informasiyanın həcmi olduqca böyükdür.
Komanda kanalının struktur sxemi aşağıdakı kimi göstərilə bilər (şək.13.3).



Şək. 13.3. Komanda kanalının struktur sxemi.
SQ-sıxlaşdırma qurğusu, AQ-ayırma qurğusu


Tədqiq olunan obyektlərin (proseslərin) müxtəlif fiziki xarakteristikalarının ölçülməsi və onların radiokanallarla uzaq məsafələrə verilməsini və qəbul nöqtəsində qeyd edilməsini təmin edən sistemlər radioteleölçü sistemlər adla­nır. Bu sistemlərdə qeyri-elektrik kəmiyyətlər (tem­pe­ratur, təzyiq, sürət, nəmlik və s.) ölçüldükdə onlar xüsusi çeviricilər vasitəsilə elektrik kəmiyyətlərinə çevrilir və radiokanallarda uzaq məsafələrə verilir. Eyni anda obyekti xarakterizə edən parametrlər çox olduğundan onları vermək üçün çoxkanallı rabitə sistemlərindən istifadə edilir (şək.13.4).



Şək.13.4. Çoxkanallı radioidarəetmə sisteminin struktur
sxemi.


Radioteleölçü sistemi verici və qəbuledici hissələrdən ibarətdir. Verici hissə qeyri-elektrik-elektrik kəmiyyəti çeviricilərdən, şifratordan, kanalı sıxlaşdırma, verici və nəzarət parametr vericisi qurğularından ibarətdir. Ölçülən kəmiyyətlərdən başqa komanda məntəqəsində yerləşən qəbul hissəsinə nəzarət parametri də verilir. Bu parametr əvvəlcədən məlum kəmiyyət olduğundan, o, ölçmə nəticələri deşifrə edildikdə istifadə edilir. Ölçülən kəmiyyətlər şifrə edildikdən, sıxlaşdırıldıqdan sonra verici tərəfindən komanda mən­təqəsinə ötürülür.
Siqnal antenna tərəfindən qəbul edildikdən və radio­qəbuledicinin xətti hissəsində işlənildikdən sonra kanalllar ayrılır, deşifrə olunur və ölçmə nəticələri qeyd olunur (yazılır). Qeyd olunmuş ölçmə nəticələri və nəzarət para­metri analiz edilərək müxtəlif anlarda mövcud olan informasiya əldə edilir. İnformasiya yazıldıqda vaxtın dəqiq qeyd edilməsi vacibdir. Bu məqsədlə zaman blokundan istifadə edilir. Sonra bu informasiya yeni komandaların tərtib olunmasında istifadə edilir.
İdarəetmə sistemlərində məlumatların alınması, işlə­nil­məsi, komandaların yaranması və s. komanda məntə­qəsində yerləşən elektron hesablayıcı maşınların vasitəsi ilə yerinə yetirilir.



Download 1,76 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



RadiOİdarəetmə SİstemləRİ 13

Download 1,76 Mb.