• 14.8. Radioidarə sistemləri ( RİS )
  • RadiOİdarəetmə SİstemləRİ 13




    Download 1,76 Mb.
    bet9/24
    Sana12.12.2023
    Hajmi1,76 Mb.
    #116909
    1   ...   5   6   7   8   9   10   11   12   ...   24
    Bog'liq
    RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

    14.7. Radioteleölçü sistemi


    Bu sistemlər vasitəsilə ölçülən fiziki kəmiyyətlər radiosiqnallar vasitəsilə qəbul məntəqəsinə verilərək orada qeydə alınırlar.
    Fiziki kəmiyyətlərin ölçülməsini və onların radiosiqnal vasitəsilə verilməsini və qəbul edilməsini təmin edən sistemlər radioteleölçü sistemləri adlandırılır. Radioteleölçü sistemlərində müxtəlif fiziki kəmiyyətlər, o cümlədən temperatur, təzyiq, sürət, nəmlik və s. barədə məlumatlar verilə bilər. Teleölçü sistemlərində eyni zamanda çoxlu ölçmə nəticələri verilir. Məhz buna görə də teleölçü sistemləri çoxkanallı sistemlərdir və onların struktur sxemi aşağıdakı kimi ola bilər (şəkil 14.5).




    Şəkil 14.5. Çoxkanallı teleölçü sisteminin struktur sxemi.


    Datçik vasitəsilə ölçülən fiziki kəmiyyətlər elektrik rəqslərinə çevrildikdən sonra sıxlaşdırma qurğusuna verilir. AQ-də qrup siqnalı ayrı-ayrı məlumatlara çevrilərək qeyd etmə qurğusunda qeyd olunur. Həm vericidə həm də qəbuledicidə kəmiyyətlərin ölçülmə anı qeyd olunur. Bu sistemlərdə verici idarə olunan obyektdə, AQ-ci isə komanda məntəqəsində yerləşdirilir. Bu səbəbdən vericinin gücü nisbətən kiçik olur.
    Radioidarə sistemlərində verilən məlumatların həcmi olduqca böyükdür. Buna görə də çoxkanallı sistemlərdən istifadə olunur (SQ-sıxılma qurğusu). Şüalandırılan siqnal AQ tərəfindən qəbul edilir, qrup siqnalı alınır, bu qrup siqnalı ayırma qurğusuna verilir, çıxışda şifrələnmiş istiqamətində alınır, komandalar verilir icraedici qurğulara, orada icra olunub müəyyən recim yaranır.


    14.8. Radioidarə sistemləri (RİS)


    Pilotsuz obyektləri idarə etmək məqsədilə istifadə edilən qurğular idarə qurğuları adlanır.
    İdarə edilən obyektlərə misal olaraq uçan obyektləri, pilotsuz təyyarələri, süni peykləri, sənaye müəsissələrini və s. göstərmək olar. Əgər obyektlər uzaq məsafədən idarə olunarsa belə sistemlər teleidarə sistemləri adlanır. Teleidarə sistemlərində idarəemə radioqurğular vasi­təsilə yerinə yetirilərsə, belə sistemlər radioidarə sistemləri adlanır. Ümumi şəkildə teleidarə sisteminin struktur sxemi aşağıdakı kimi göstərilə bilər (şəkil 14.6).
    İdarə məntəqəsinə daxil olan məlumatların işlənməsi nəticəsində orbitdə nə dəyişdirmələr edilməsinə uyğun ola­raq komanda məntəqəsindən orbitə komandalar (poz. siq­nal­lar) verilir. Komandalar öz təsirini göstərərək orbitdə lazımi dəyişiklər etdikdən sonra, öz dəyişiklər barədə məlumatlar tele­ölçü sistemi vasitəsilə yenidən nəzarət xətti ilə komanda məntəqəsinə verilir.



    Şəkil 14.6. Teleidarə sisteminin struktur sxemi.


    Komanda xəttinin ehtiyatları yüksək olmalıdır. Bir qayda olaraq, eyni zamanda komanda xətti vasitəsilə çoxlu miqdarda məlumatın verilməsi tələb olunduğdan, bu xətlər çoxkanallı xətlərdir. Komanda xəttinin struktur sxemi şəkildə göstərilmişdir (şəkil 14.7).




    Şəkil 14.7. Çoxkanallı teleidarə sisteminin struktur sxemi



    Download 1,76 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   24




    Download 1,76 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    RadiOİdarəetmə SİstemləRİ 13

    Download 1,76 Mb.