RadiOİdarəetmə SİstemləRİ 13




Download 1,76 Mb.
bet17/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

FƏSİL XV
Mobİl rabİtə haqQInda ÜmÜmİ məlumat

Mobil rabitə dedikdə, hərəkətdə olan abonentlərə xid­mət başa düşülür. İnformasiyani ötürmək üçün radiokanalı istifadə olunur, yəni mobil rabitəni radiotelefon rabitəsi kimi də təsəvvür etmək olar, onu çox zaman mütəhərrik (mobil) radio­te­lefon rabitəsi də adlandırırlar.


Mobil rabitə ideyasi 1971-ci ildə ABŞ-də təklif olun­muşdur×
Mütəhərrik radiotelefon rabitəsinin ilk tətbiqi ABŞ – da 1921-ci ildə olmuşdur: Detroyt polisi 2 MHs diapazonunda mərkəzi vericidən, avtomaşınlarda olan qəbuledicilərə informasiyanın birtərəfli ötürülməsi üçün, yəni dispetçer rabitəsinin təşkili üçün istifadə etmişdir.
1933-cü ildə Nyu-York polisi ikitərəfli mütəhərrik radiotelefon rabitəsini də 2 MHs tezliyində istifadə etmişdir. 1934-cü ildə ABŞ-ın Federal Rabitə Komissiyası radio­telefon rabitəsi üçün 4 kanal ayırdı (30….40 MHs tezlik diapazonunda). 1940- cı ildə 10 minə yaxın polis avtomaşını radiotelefon rabitəsindən istifadə edirdi. Bütün bu sistemlərdə AM-amplitud modulyasiyası istifadə olunurdu. TM-in istifadəsinə 1940-cı ildən başlanıldı və 1946-cı ilə qədər AM-ı tam sıxışdırıb aradan çıxardı.
İlk ictimai mütəhərrik radiotelefon rabitəsi 1946-cı ildə yarandı (ABŞ-da, Sent-Luis şəhəri; BTL- Bell Telephone Labaratories firması). Burada 150 MHs tezlik diapazonu istifadə edilirdi.
1955-ci ildə 150 MHs diapazonda 11- kanallı sistem işləməyə başladı, 1956-cı ildə isə 450 MHs diapazonunda 12 kanallı sistem istifadə olundu. Hər iki sistem simpleks rabitə yarada bilirdi və əl ilə kommutasiya üsulu tətbiq edilirdi.
Avtomatik dupleks sistemlər isə, uyğun olaraq 1964-cü ildə (150 MNs) işləməyə başladı. Beləliklə, 1970-ci ilə qədər mütəhərrik radiotelefon rabitəsi kifayət qədər geniş yayıldı, lakin sürətlə artan tələbatdan geri qalmağa başladı, çünki sərt ayrılmış tezlik zolağında kanalların sayı məhdud idi.
Çıxış yolu kimi – şanşəkilli rabitə tətbiq olundu. Burada, manqa (özək) şəkilli struktura malik sistemdə tezliklərin təkrar istifadə olunması sayəsində şəbəkənin tutumunu kəskin şəkildə artırmaq çmkanı yarandı.
Bu cür şanşəkilli rabitənin ayrı-ayrı elementləri əvvəllər də mövcud olmuşdur. Məsələn, bu sistemin oxşarı 1949-cu ildə Detroyt şəhərində (ABŞ) taksilərin dispetçer xid­mə­tində istifadə olunurdu. Əvvəlcədən razılaşdırılmış yerlərdə istifadəçi (abonent), kanalı əllə çevirməklə, müxtəlif manqalardakı tezlikləri təkrar istifadə edə bilirdi. Lakin o sistemin quruluşu (hansı ki, indiki şanşəkilli rabitə sistemi kimi tanınıb) "Bell System" Kompaniyasının texniki məruzəsində izah olunmuşdu və 1971-ci ildə dekabr ayında ABŞ – ın Federal Rabitə Komissiyasına (FRK) təhvil veril­mişdi. Məhz bu ildən şanşəkilli mobil rabitənin inkişafı başlanılmış və 1985-ci ildən kəskin surətdə inkişaf etmişdir.
1974-cü ildə ABŞ-ın FRK-sı şanşəkilli rabitə üçün 40 MHs tezlik zolaqlarını 800 MHs diapazonunda ayırmağa qərar verdi. 1986-cı ildə isə ona əlavə olaraq, həmin diapazonda 10 MHs də əlavə edildi.
1978-ci ildə Çikaqo şəhərində (ABŞ) 2000 abonentlik şanşəkilli rabitə sisteminin ilk təcrübi sınağına başlanıldı. Ona görə də 1978-ci ili, şanşəkilli rabitənin tətbiqinin baş­lanğıcı hesab edirlər. İlk avtomatik kommersiya şanşə­killi rabitə sistemi də 1973-cü ilin oktyabrında Çikaqoda istis­mara verildi. Bunu, AT&T-American Telephone and Telegraph kompaniyası yerinə yetirdi.
Kanadada bu rabitə növü 1978-ci ildən, Yaponiyada 1979-cu ildən, Skandinav ölkələrində (Danimarka, Norveç, İsveç, Finlandiya) – 1981-ci ildən, İspaniya və İngiltərədə 1982-ci ildən, Rusiyada isə 1990-cı ildən istifadə olunmağa başlanılmışdır.
1997-ci ilin iyul ayına olan məlumata əsasən, dünyanın 140-dan artıq ölkəsində şanşəkilli mobil rabitə növü tətbiq olunur və 150 milyondan çox abonentə xidmət olunurdu.
Hal-hazırda (2007-ci ilin sonu) Azərbaycanda 4 milyon nəfərə yaxın mobil abunəçi vardır.

Download 1,76 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



RadiOİdarəetmə SİstemləRİ 13

Download 1,76 Mb.