• 15.2. Ş anşəkilli rabitənin standartlari
  • Mütəhərrik radiorabitə sistemlərinin xüsusiyyətləri və siniflərə bölünməsi




    Download 1,76 Mb.
    bet18/24
    Sana12.12.2023
    Hajmi1,76 Mb.
    #116909
    1   ...   14   15   16   17   18   19   20   21   ...   24
    Bog'liq
    RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

    15.1. Mütəhərrik radiorabitə sistemlərinin xüsusiyyətləri və siniflərə bölünməsi

    MRRS-ləri, hərəkətdə olan abonentlər və yaxud hərə­kətdə olan abonentlə ümumi istifadəli telefon şəbəkəsi (ÜİTŞ) abonenti arasında rabitə yaratmaq üçün nəzərdə tutulmuşdur.


    MRRS-in təşkilinin prinsipləri:

    • tam rabitəli sistem (şəkil 15.1)

    • "ulduz" prinsipi (şəkil 15.2)




    Şəkil 15.1 Şəkil 15.2.

    Rabitə kanallarının istifadəsi üsuluna görə, aşağıdakı sistemlər vardır:



    • abonent qruplarına sərt ayrılmış kanallı sistem (şəkil 15.3);

    • tam müdaxiləli kanallar toplusu olan sistem (şəkil 15.4)


    Şəkil 15.3. Sərt ayrılmış Şəkil 15.4.Kanallar toplusu –


    trankinq prinsipi

    Eyni şərait zamanı (Potk=10%, tzan.kanala=2,5 dəq/saat) birinci variantda 60-70 abonent, ikinci halda isə 420 abonentə xidmət olunur, lakin müdaxilə metodunu təyin etmək lazımdır (Potk-imtina ehtimalı, tzan kanala-kanalların məşğulluq müddətidir).


    Bütün kommersiya radiorabitə sistemlərinin əsasında trankinq prinsipi durur.
    Mütəhərrik rabitənin ən geniş yayılan vasitəsi radial – zonalı (Trankinq) sistemləri və şanşəkilli sistemlərdir.
    15.2. Şanşəkilli rabitənin standartlari

    Standart -MRŞS-lərin təklif etdikləri xidmətlər və onların avadanlıqlarının istismar-texniki xarakteristikaları məcmusudur. Hal-hazırda dünyada MRŞS-nin birinci nəslinin 9 standartı və ikinci nəslinin 4 standartı mövcuddur.


    1-ci nəsilə analoq standartları aiddir. Burada əsas xidmət – nitqin ötürülməsidir. Özü də analoq formasında TM-lə və kanalların tezliyə görə ayrılması ilə 1-ci nəsil standartlar, bir-birindən asılı olmayaraq müxtəlif ölkələrdə yaradılmışdır və hər ölkə öz standartından istifadə etmişdir.
    1-ci nəsil əsas standartlar:
    NMT-450 (Skandinav ölkələri standartı)
    AMPS-ABŞ standartı.
    2-ci nəsil standartları- rəqəm standartlarıdır, yəni nitq rəqəm formasında ötürülür, bundan başqa verilənlər də çox da böyük olmayan sürətlə (£9600 bit/san) ötürülə bilər. Bu standartlarda kanalların zamana görə ayrılması, faza modulyasiyası və onun variantları, istifadə edilir, rouminq recimi nəzərdə tutulur.
    Əsas 2-ci nəsil standartları:

    • GSM-900, (GSM-1800) (Panavropa)- kanalların TDMA-FDMA ilə ayrılması;

    • D-AMPS (DCS-180, İS-54, İS-136) (Amerika) – kanalların TDMA- FDMA ilə ayrılması;

    • İS-95 (Amerika, Cənubi Koreya, Çin, Honkonq)- kanalların CDMA ilə ayrılması;

    • Yapon standartı, PHS (Personal Handy phone System-Fərdi əl telefonu sistemi, diapazon 1800 MHs).

    Rusiyada 90-91-ci illərdə GSM-900 federal standart kimi tanınmışdır, lakin bahalığına və tezlik diapazonunun olmamasına görə NMT-450-dən istifadəyə icazə verilmişdir.
    3-cü nəsil (yaxın gələcəkdə ) – fərdi mütəhərrik radio­rabitənin rəqəm standartları olacaqdır ki, burada "hər yerdə, hər nə desən, hər vaxtda" prinsipi tətbiq oluna­caq­dır. Bu standartlar verilənlərin yüksək sürətli ötürül­məsini (multimedia)- 144 kbit/san-yüksək mütəhərrikli­yə malik obyektlər üçün təmin edəcəkdir.
    Əsas standartlar:

    • UMTS -mütəhərrik rabitənin universal sistemi, (yerüstü İSDN, B-İSDN – strukturları ilə birgə)

    • FPLMTS (Future Public Land Mobile Telephone System). 1¸3 QHs diapazon ayrılıb (Bütövlükdə radiokanallara əsaslanır).

    Hal-hazırda hesab edilir ki, hamısı üçün ümumi olan 3-cü nəsil standartı olmayacaq və müxtəlif standartlar məcmusu olacaqdır ki, bunlar da ən qabaqcıl mövcud olan standartların inkişaf istiqamətlərini müəyyən edəcəkdir.
    3-cü nəsil MRŞS-nin yaradılması məsələsini həll edərkən mövcud standartların konvergensiyası (qarşılıqlı müda­xiləsi) edilməlidir- idarəetmə dövrələrinə görə birgə­ləşdirmə nəzərdə tutulmalıdır.
    3-cü nəslin strukturu şəkil 15.5-də göstərilmişdir.



    Şəkil 15.5.


    -------- radiorabitələr;
    ------ ---- radiorabitə ola bilər, həmçinin yerüstü strukturları
    da istifadə edə bilər;
    --------- yerüstü struktur istifadə edilir.

    YSP- yerin süni peyki;
    İSDN- Xidmətlərin inteqrasiyasına malik rəqəm şəbə­kələri;
    8-abonent (MS);
    PŞ- pikoşan, D=60….100 m, bina daxilindəki az hərəkətli abonentlərlə verilənlərin ötürülməsi sürəti böyükdür:
    mkŞ- mikroşan, D=100…. 1000 m, asta yerini dəyişən abonentlə rabitə;
    mkaŞ-makroşan, D<5…6 km, hərəkət edən abonentlə rabitə, estafet ötürülməsi;
    HŞ-hiperşan; D=1,5…2,0 min km, uzaqda olan abonentlə (hərəkətdə olan və ya hərəkətsiz) rabitə.
    Belə sistem üçün 230 MHS-dən az olmayan tezlik zolağı lazımdır, ona görə də 3-cü nəsil sistemləri üçün aşağıdakı tezlik zolaqları ayrılmışdır:
    1885-2025 MHs;
    2110-2200 MHs.
    1980-2010 MHs və 2170-2200 MHs-sistemin peyk təşkilediciləri üçün.
    FPLMTS-ümumi istifadəli mütəhərrik rabitənin beynəl­xalq sisteminin yaradılması üzrə işləri Beynəlxalq elektro­rabitə ittifaqı aparır. 1-3 QHs tezlik diapazonu ayrılıb. Sta­sio­nar stansiyalar üçün 60 MHs eninə malik zolaq, mütəhərrik stansiyalar üçün isə 170 MHs zolağı ayrılmışdır.
    FPLMTS-peyk altsisteminin 1980-2010 və 2170-2200 MHS diapazonlarında daxil edilməsi 2010-cu ildə gözlənilir.



    Download 1,76 Mb.
    1   ...   14   15   16   17   18   19   20   21   ...   24




    Download 1,76 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mütəhərrik radiorabitə sistemlərinin xüsusiyyətləri və siniflərə bölünməsi

    Download 1,76 Mb.