|
Peycinq sistemlərinin əsas xarakteristikaları
|
bet | 21/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)15.6. Peycinq sistemlərinin əsas xarakteristikaları
Klassik peycinq sistemi aşağıdakı xassələrə malikdir:
- UQD-radioyayım diapazonunda və ya bir neçə 100 MHs tezliklərində dar tezlik zolağından istifadə edilməsi;
- mütəhərrik stansiyanın (peycer) ölçülərinin az olması;
- məlumatın qəbulunun təsdiqinin olmaması.
Sonuncu, verilişin birtərəfli olması ilə əlaqədardır və klassik peycinq sistemlərinin əsas çatışmazlığı hesab olunur. Rəqəm məlumatının köməyilə, adətən, telefon nömrəsi xəbər verilir ki, bununla adresat zəng vurmalıdır. Hərf-rəqəm məlumatı mətn, birca məlumatları və ya digər informasiyaya malik olur ki, bunu peycerin kiçik maye-kristallik displeyində oxumaq olar. Nitq siqnalı bir neçə saniyə ərzində davam edir və rəqəm şəklində ötürülür. Klassik sistemdə mətn məlumatı, çağırışların işlənilməsi mərkəzinin operatoruna diktə edilir. Operator isə, BS-in köməyilə bu məlumatı peycerə göndərir. Məlumat, çağırışların işlənilməsi mərkəzinə modem birləşmələri və yaxud ‘’İnternet’’ şəbəkəsi ilə də çatdırıla bilər.
15.7. Peycinq şəbəkələrinin siniflərə bölünməsi
Peycinq şəbəkələrinin aşağıdakı kateqoriyalarını ayırmaq olar:
Xüsusi (korporativ) şəbəkələr. Belə şəbəkələr idarə və ya kompaniyalarda quraşdırılır, onların əhatə zonası bu kompaniyaların sahəsi ilə məhdudlanmış olur;
Ümumi istifadəli şəbəkə -bura, xüsusi istifadəçilər müdaxilə edə bilirlər.
Ümumi istifadəl şəbəkələri aşağıda göstərilən altkateqoriyalara bölmək olar:
Yerli (zona) şəbəkələr, bunların əhatə zonası bir şəhərlə və onun yaxın ətrafları ilə məhdudlanır,
Milli şəbəkələr, bunlar bütöv ölkəni əhatə edirlər.
Ayrılmış spektri effektiv istifadə etmək üçün və digər sistemlərin işinə maneçilik törətməmək üçün, peycinq sistemi bir sıra tələblərə cavab verməlidir.
Xüsusi (şəxsi) şəbəkələr üçün bu tələblər: istifadə olunan tezlik diapazonu, BS-nin gücünün səviyyəsi, şüalanmanın seçilmiş parametrləri (qonşu kanallardan olan maneələrin yol verilən səviyyəsi, kanalların paylanması, vericinin tezlik stabilliyi,antenanın şüalanma səviyyəsi), həmçinin sistemin kritik temperatur və gərginliklər şəraitindəki istismar parametrlərinə bölünür.
Xüsusi şəbəkələr böyük olmadığından, bütün xidmət zonasını əhatə etmək üçün, adətən bir ədəd BS kifayət edir. Böyük xüsusi şəbəkələrdə bir neçə BS quraşdırıla bilər ki, bunlar bir daşıyıcı tezliyində sinxron işləyirlər. Verilənlərin ötürülməsi metodları, səhvlərin aşkar edilməsi/korreksiyası və tətbiq olunan modulyasiya standartlaşdırılmayıbdır və sistemin istehsalçısından asılıdır.
Bütün şəbəkə avadanlığı, adətən bir istehsalçı tərəfindən yerinə yetirilir. Sistem mütəhərrik stansiyalardan (peycerlər), BS-dən və peycinq məlumatlarının kommutasiya mərkəzindən ibarət olur.
Yerli şəbəkədə də bir daşıyıcı tezlik istifadə edilir. BS-lər yüksək dəqiqliklə, sinxron işləyirlər. Peycer eyni bir siqnalı, müxtəlif BS-lərdən qəbul edə bildiyindən, stansiyalar arasında sinxronizasiyanın pozulması, peycerlərdə siqnalın defektirlənməsində problemlərə gətirib çıxara bilər.
BS-nın işinin sinxronizasiyasını təmin etmək üçün, kommutasiya mərkəzindən BS-lərə verlişin ləngiməsinə nəzarət etmək lazımdır və onun yol verilən hədlərdən kənara çıxmasının qarşısı alınmalıdır.
Peycerə iki müxtəlif BS-dən gələn siqnalın ləngiməsi fərqi, bir bitin davametmə müddətinin 1/4-ni keçməlidir. BS- lər arasındakı məsafə £8km olmalıdır. Bu halda, radiomüdaxilə zonasının örtülməsindən yan qaçmaq üçün, onların antenaları yerdən 100 m –dən hündürdə yerləşməməlidir.
Bəzən istehsalçılar zona peycinq sistemlərində BS-lərin sinxron işləməsindən imtina edirlər. Belə sistemlərdə peycinq siqnalı, ardıcıl olaraq BS-lərlə şüalandırılır. Bu, sistemin tutumunun məhdudlaşdırılmasına gətirib çıxarır.
Peycinq sistemlərində bir neçə protokol istifadə edilir. Hal-hazırda ən populyar olanı POCSAG (ing-Post Office Code Code Standartization Advisory Group) 1975-78-ci illərdə Britaniyada, 70-ci illərdə İsveçdə MBS (ing. Mobile Search) adlanan protokol işlənib hazırlandı. Rəqəm məlumatları peycerə mövcud FM – radioyayım stansiyaları ilə göndərilir. Peycinq siqnalı, stereosiqnalın daşıyıcı tezliyindən yuxarı tərəfə 57 kHs qədər sürüşdürülmüş olan mərkəzi tezlik ətrafında yerləşir. Tərkibli siqnal FM-modulyatorunun girişinə verilir. Qəbuledicidə peycer, peycinq siqnalını ayırır (FM-demodulyatorun çıxışındakı stereosiqnallı qarışıqdan süzüb ayırır), onu ilkin siqnala çevirir və məlumatın olduğu ikili verilənlər selini defektirləyir. Şəkildə peycinq siqnalının, tezlik oxunda modulyasiyaya qədər və modulyasiyadan sonra yerləşməsi göstərilmişdir.
Şəkil 15.6. FRÇ Siqnalının stereo- radiosiqnala nəzərən yerləşməsi (MBS – formatı üzrə)
L+R və L-R – stereosiqnalın sağ və sol kompanentləri cəmi və fərqidir. Hal-hazırda bu protokol geniş istifadə edilmir.
Aşağıdakı protokollar da mövcuddur:
-APOC (ing. Advanced Paging Operators Code), "Philips" firması tərəfindən hazırlanıb, POCSAG-ın yaxşılaşdırılmış və genişləndirilmiş variantıdır;
-ERMES (ing. European Radio Messaging System)-standartlaş-dırılmış ETSİ protokoludur, burada rouminq və təsdiqedici məlumatların göndərilməsi mümkündür;
- FLEX- "Motorola" kompaniyası hazırlayıb, ABŞ-da və bir çox ölkələrdə populyardır. Onun genişləndirilmiş variantı REFLEX-dir, vericiyə təsdiqedici məlumatları (peycerdən) göndərməyə imkan verir.
|
| |