Fərdi radioçağırış sistemi qəbuledicilərinin xüsusiyyətləri




Download 1,76 Mb.
bet23/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   16   17   18   19   20   21   22   23   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

15.9. Fərdi radioçağırış sistemi qəbuledicilərinin xüsusiyyətləri

Qeyd olunduğu kimi, peycinq rabitə sistemi (PRS) və yaxud fərdi radioçağırış sistemi (FRÇS) bir nəfərə və yaxud insanlar qrupuna çağırış və lazım olan minimum infor­masiyanı ötürməyə imkan verir (onların harada yerləş­mələrindən acılı olmayaraq). İlk əvvəllər FRÇS-lərinin təsir radiusu müəssisə ərazisi və yaxud bina daxili otaqlarla məhdud idi. İnduktiv əlaqəli bu cür sistemlərdə aşağı daşıyıcı tezlikli maqnit sahəsindən istifadə edilirdi. Hal-hazırda bu cür sistemlərdən müxtəlif növ müşavirə və kütləvi tədbirlər iştirakçılarına xidmət etmək üçün istifadə edilir (məsələn, müşavirə iştirakçısını telefonla danışmağa dəvət etmək üçün). Bundan başqa xəstəxanalarda növbətçi həkimlərə təcili çağırış siqnalını, həmçinin müxtəlif xid­mətlərdə operativ işçilərə, yanğın komandalarına siqnallar ötürmək, habelə ekstremal vəziyyətlərdə şaxtaçılarla fərdi rabitə yaratmaq üçün və s. məqsədlərlə istifadə olunur.


FRÇS –lər geniş ərazilər üçün (nisbətən uzaq məsafə) metrli və desimetrli dalğalarda radiorabitə əsasında qurulur. FRÇS-nin abonenti, fərdi nömrəsi (ünvanı) kiçik ölçülü çağırış qəbuledicisi (peycer) istifadə edir. Çağıran şəxs istənilən telefon aparatında abonentin nömrəsini yığır. Çağırış telefon şəbəkəsi ilə mərkəzi stansiyaya daxil olur, burada kodlaşmış radiosiqnalına çevrilir və FRÇS üçün ayrılmış tezlikdə abonentin yerləşdiyi yerə ötürülür. Əgər bir ədəd mərkəzi stansiyanın təsir radiusu kifayət etmirsə, onda xidmət olunan sahə ayrı-ayrı zonalara bölünür və bunların hər birinin öz vericisi olur. Davametmə müddəti 1-2 saniyə olan çağırış siqnalı bütün peycerlərə ötürülür, lakin bunlardan ünvanı (tezliyi) uyğun gələni işə düşür.
Çağırışı alan abonent ona ünvanlanan məlumatı alır və yaxud telefon danışığı alır, ya da çağırış siqnalı-peycerdə əyani olaraq az həcmli məlumatın displeydə canlandırılması ilə müşayiət olunur (bu, FRÇS –nin xarakterik fərqləndirici xüsusiyyətidir).
Çağırış siqnalı, yalnız bir nəfərə deyil, bir qrup abo­nentə də verilə bilər (bunlara da vahid ünvan verilmişdir).
Çağırış abonentlərə avtomatik yoxlanılma və qəbul olunan məlumatın düzgünlüyünün korrektirovkası ilə təkrar olunmaqla da göndərilə bilər.
Peycer miniatür qəbuledici şəklində hazırlanır. Onu cibdə, kəmərdə (beldə), sinədə və braslet kimi əldə gəzdirmək mümkün olur. Peycerin ümumiləşdirilmiş sxemi şəkil 4.2-də göstərilmişdir.
Baş qəbul traktında (BQT) siqnalın gücləndirilməsi, seçilməsi və çevrilməsi prosesləri yerinə yetirilir. Siqnalın emalı blokunda (SEB) dekodlama yerinə yetirilir, nəticədə qəbul olunmuş ünvanın abonentə uyğun gəlib-gəlməməsini təyin etmək mümkün olur. Əgər çağırışdan başqa əlavə informasiya da ötürülürsə, bu informasiya işlənilir, lazım gələrsə yaddaşa yazılır və displeydə (DS) canlandırılır. Siqnalizasiya qurğusu (SQ) çağırışın olduğu barədə bu və ya başqa formada siqnalizasiya verir. İdarəetmə bloku (İB) peycerin bütün işini idarə edir və tərkibində taymer, siqnalizasiya növünün çevirici açarı, gözləmə reciminin çevirici açarı və qida mənbəyi olur.
İlkin peycerlərdə BQT-ikiqat tezlik çevirici prinsipi ilə qurulurdu, sonralar isə bir tezlik çeviricili peycerlər də qurulmağa başlanıldı.
Son modelli miniatür peycerlərdə birbaşa çevirməli sxem (homodin qəbulediciləri, sinxron detektorlama qəbul­ediciləri, sinxrodinlər) geniş tətbiq olunur. Bu cür qəbul­edicilərdə güzgü kanal olmur, bunun sayəsində qəbul­edicinin preselektor hissəsini kifayət qədər sadələş­dirmək mümkün olur. Qirator və yaxud rəqəm süzgəclərini tətbiq etməklə gücləndirmə traktının mürəkkəblik dərəcəsini azaltmaq imkanı yaranır.
Homodin qəbuledicilərini tam mikrominiatür şəkildə hazırlamaq olur. Qlobal FRÇS-ndə tətbiq üçün olan geniş imkanlı peycerlər ikiqat tezlik çevrilməsi prinsipi üzrə hazır­lanırlar.
SQ-qurğusunun tərkibində akustik, işıq və taktil siqnalizasiya ola bilər. Taktil siqnalizasiya zamanı insan dərisinə miniatür vibratorla təsir göstərilir. Abonent siqna­li­zasiya növünü özü istədiyi kimi seçir.
Peycerlərin səs siqnalizasiyasından takt siqnalizasiyasına və əksinə keçidi olan növləri də vardır. Belə peycerlərin struktur sxemini şəkil 4.3-dəki kimi göstərmək olar.
Çağırışı alarkən dekodlayıcı, gələn ünvanı peycerin PYQ-də yazılmış ünvanı ilə müqayisə edir. (PYQ-proq­ramlaşdırılmış yaddaş qurğusu). Ünvanlar üst-üstə düş­dükdə qısa impuls yaradılır. Bu impuls, SQÇ-siqnal qur­ğuları çeviricisi vasitəsilə taktil siqnalizasiyanı (TT) qoşur. K-düyməsi ilə abonent qida mənbəyinin enercisinə qənaət məqsədilə siqnalizasiyaını əllə söndürə bilir.
Əgər abonent çağırışı qəbul etməsə (məsələn, peycer abonentin bədəninə toxunmur), onda müəyyən t1-müddə­tindən sonra SQÇ-qurğusu TT-ni söndürür və səs siqna­lizasiyasını (BA) qoşur. SQÇ-nin qoşma və söndürmə vəzifələrini taymer yerinə yetirir. Çağıırışın gəldiyi andan, t2-müddəti keçdikdən sonra siqnalizasiya söndürülür.
SQÇ-nin sxemi şəkil 15.8-də, onun işini xarakterizə edən diaqramlar isə şəkil 15.9-də göstərilmişdir.



Şəkil 15.8.





Şəkil 15.9.


Abonentin çağırışı zamanı dekodlayıcı u1-impulsu yaradır. Bu impuls T1 və T2-triggerlərini işə salır (onların çıxış gərginlikləri uyğun olaraq u2 və u3-dür). Taymer iki bölmədən ibarətdir: SNT- siqnalizasiya növünün taymeri və AST-avtomatik söndürmə taymeri. SNT-nin çıxışındakı u2 impulsu t1 anından sonra yaranır. AST-nin çıxışından u3 impulsu isə çağırışın qəbulu üçün siqnalizasiyaya ayrılmış t2 müddətindən sonra yaranır.
u2 - impulsu T1 triggerini sbros (söndürmə vəziyyəti) edir, u3 - impulsu isə ‘’İLİ’’ sxemi vasitəsilə (çıxış impulsu u11-dir) T2 triggerini sbros edir. u4 -və u5 -impulsları ’İ’’ sxeminə (İ1) verilir, onun çıxışından u8 -impulsu TT-taktil siqnalizasiyaını t1 müddətinə qoşur.
u4 impulsları İN1 invertoru ilə inversiya olunur (u6 gərginliyi) və İ2 -sxeminə verilir. İ2-nin çıxışındakı impuls (u10 -gərginliyi) t1 anında başlayır və t2 anında qurtarır. İ3 sxeminin girişində u10 -impulsu və STG səs tezlik generatorundan verilən u7 -impulsları təsir göstərdiyindən (tezliyi 2 kHs-dir), İ3-ün çıxışındakı impulslar t1-dən t2-anına qədər təsir göstərirlər. Bu zaman səs siqnalizasiyası işə düşür və 2 kHs-li ton eşidilir. Siqnalizasiya üçün ayrılmış müddət başa çatdıqdan sonra STG-səs tezlik generatoru u3-impulsu ilə söndürülür. K-düyməsini sıxmaqla siqna­lizasiyanı vaxtından əvvəl söndürmək olur. K-nı sıxan zaman ‘’İLİ’’-nin girişində impulslar əmələ gəlir və siqnalizasiya kəsilir.
Adətən, SQÇ-bloku bir kristal üzərində yığılır. FRÇS-nin qlobal miqyaslara genişləndirilməsi zamanı dayaq şəbəkə kimi istismarda olan qitələrarası və uzaq rabitə xətlərindən istifadə etmək mümkündür.
Məsələn, şəhərlərarası telefon xətlərindən istifadə za­manı çağıran şəxs əvvəlcə FRÇS-nin mərkəzi stansiya­sının kodunu, sonra abonentin ünvanını və ötürülməsi lazım gələn məlumatı yığır. Mərkəzi stansiyadan çağırış, o şəhərə ötürülür ki, orada peyceri olan abonentə çağırışı ötürə bilən verici olur.

Şəkil 15.10. Peycerin ümumiləşdirilmiş sxemi.





Şəkil 15.11. Səs siqnalizasiyasından takt ilə və əksinə keçidi olan peycerin struktur sxemi.


SQÇ - siqnal qurğuları çeviricisi;


TT - taktil sinxronizasiya;
BA – səs çevirici akustik sistemi;
PYQ – proqramlaşdırılmış yaddaş qurğusu;
İB – idarəetmə bloku;
SQ- siqnalizasiya qurğusu;
DS – displey;
BQT – baş qəbul traktı;
SEB – siqnalın emalı bloku.
FRÇS-dəki vericilərin tezlikləri arasındakı fərq 2,5¸6,5 kHs-dən 25 kHs-ə qədər olur. Məsələn, ABŞ-da bu fərq adətən 5 kHs-ə bərabər edilir. Avropada, metrli dalğalarda işləyərkən 6,25 kHs, Yaponiyada 280 kHs diapazonunda işlədikdə 2,5 kHs, 150 MHs-də isə 25 kHs-ə bərabər götürülür.
Beləliklə, FRÇS-birtərəfli rabitəyə malik radial sistem­lərdir ki, bunlarda radioməlumatlar mobil abonentə qısa formalaşdırılmış komandalar şəklində göndərilir.
Bu sistemdə rabitə aşağıdakı kimi təşkil edilir:
Ümumi istifadəli telefon şəbəkəsi (ÜİTŞ) abonentindən, tələb olunan FRÇS-nin mobil abonentinə məlumatı ötürmək üçün baza vericisi ilə abonentin gəzdirilə bilən terminalı (radioqəbuledicisi) arasındakı radiokanaldan istifadə olunur. Telefon abonentindən göndərilən çağırış məlumatları son-nəzarət stansiyası (SNS) vasitəsilə baza vericisinə daxil olur. SNS isə ÜİTŞ-nin stasionar şəbəkəsinə qoşulmuş olur.
Radioməlumatların forması rəqəm və analoq ola bilər. Məlumat qəbul terminalının displeyində əks olunur və yaxud səs siqnalları şəklində şüalandırılır (‘’blip-blip’’-səsi çıxır, ona görə də bunlara bəzən ‘’blip’’li rabitə sistemləri də deyilir). Analoq məlumatları qısa kəlmələr (ifadələr) və yaxud sözlər şəklində qəbul olunur.
FRÇS-nin istifadəçilərinin qəbul terminalları miniatür radioqəbuledici qurğulardır ki, bunlar əvvəlcədən baza radiovericisinin ümumi işçi tezliyinə köklənmiş olurlar. Belə sistemin əsas məqsədi hərəkətdə olan abonenti axtarmaq (paging) və ona məlumat komandalarını ötürmək olduğun­dan, belə sistemləri çox zaman peycinqli sistemlər, istifadə­çilərin qəbul terminallarını isə peycerlər adlandırırlar.
Peycer öz yaddaşında bir neçə məlumat saxlaya və onlar barəsində nəinki səslə və təsirlə, həmçinin vibrosiq­nalla xəbər verə bilər (‘’cibdən çağırış’’).

Şəkil 15.12.


Xidmət zonasını azaltmaq üçün kifayət qədər güclü baza vericilərindən, ərazi retranslatorlarından (repiterlər) istifadə olunur və onların antenaları kifayət qədər yüksək yerdə yerləşdirilir (o cümlədən, Yerin süni peykində də).



Download 1,76 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Fərdi radioçağırış sistemi qəbuledicilərinin xüsusiyyətləri

Download 1,76 Mb.