8. Radiorabitə şəbəkələrinin qurulma prinsipi və kommutasiya üsulları 8.1. İnformasiyanın bölüşdürülməsi (paylanması) şəbəkəsi və onun elementləri Mühitdə biri-birindən müxtəlif məsafələrdə yerləşmiş (məkana görə) çoxsaylı istifadəçilər arasında informasiya mübadiləsini təmin edən texniki vasitələrin kompleksinə (məcmusuna) elektrik rabitə şəbəkəsi deyilir. Rabitə şəbəkəsi informasiyanın ötürülməsi və paylanması sistemlərini (İÖPS) özündə cəmləşdirir. İnformasiyanın ötürülmə şəbəkəsi müxtəlif prinsipdə qurula bilər. Şək. 8.1.1-də tamrabitəli informasiya ötürücü şəbəkənin struktur sxemi verilmişdir. Burada bütün abonent məntəqələri biri-birilə “hərkəs-hərkəslə” prinsipi ilə birləşdirilmişdir (əlaqələnmişdir). Həmin şəbəkələr kommutasiya olunmayan şəbəkələr sayılır və N istifadəçilər arasında rabitə kommutasiya olunmayan kanallarla (aid olunan) yerinə yetirilir. Hər bir -də N-1 vəziyyətinə malik çevirici açar quraşdırmaq lazım gəlir və -nin istənilən kanala qoşulmasını təmin edir.