Şək. 8.1.2. Kommutasiya olunan telefon şəbəkəsinin struktur sxemi
Bu sxemdə TS-telefon stansiyası, SABX stansiyalar arası birləşdirici xətlər AX-abonent xətti. Burada KQ vəzifəsində TS-dən istifadə olunur. TA-telefon aparatları funksiyasını yerinə yetirir və abonent xətləri (AX) vasitəsilə TS-ə qoşulur. TS öz aralarında çoxkanallı stansiyalararası birləşdirici xətlərlə (SABX) əlaqələndirilir. Məsələn, TA1 , TS4, TS3 və TS6 dövrələrilə TA2-ə qoşulur. Bu cür birləşmə kanalların kommutasiyası (KK) adlanır. Ötürücü mənbələr və alıcılar istifadəçilərin müxtəlif terminalları ola bilər: kompüterlər, skanerlər verilənlərin işlənməsi qurğuları və s. Şək. 8.1.2 sxemindən telefon aparatları (TA) biri-biri ilə alçaq tezlik xətləri ilə birləşən qısa məsafəli telefon rabitəsi şəbəkələrində istifadə olunur. Müasir İÖPS-də vaxt yubanmasını qısaltmaq üçün paket kommutasiyasından (PK) istifadə olunur. PK şəbəkələrində mənbədən alıcıya qədər paket adlanan verilənlərin qısa blokları ötürülür. KK və PK kommutasiya qovşaqlarına (şəbəkələrinə) qoyulan tələblər müxtəlif olsa da, texnikanın müasir inkişaf səviyyəsində onlara qoyulan tələblər oxşardır.
8.2. İKM veriliş sistemlərində kanalların və paketlərin kommutasiyası
İKM tipli veriliş sistemlərində siqnalların zamana görə kommutasiyasının iki rejimi ayırd edilir: sinxron kommutasiya (və ya multipleksirləmə) rejimi və asinxron kommutasiya rejimi.
Sinxron rejimdə məlumat mənbələri eyni ardıcıllıqla dövrü olaraq növbə ilə rabitə xəttinə qoşulur. Bunun nəticəsində qrup siqnalının hər bir elementinin hansı mənbəyə mənsub olduğu onun zaman vəziyyəti ilə (kanal intervalının nömrəsi ilə) müəyyən edilir. Bunun üçün hər bir diskretləşmə (takt) dövründən sonra sinxrosiqnal (SS və ya sinxroimpulslar-Sİ) göndərilir və nəticədə qəbuledici qurğu ilə vericinin sinxron işləməsi təmin edilir (şək. 8.2.1):
Şək. 8.2.1. Sinxron rejimdə kanalların kommutasiyasının zaman diaqramı
Sinxron rejimdən həm zaman ayrılması ilə işləyən analoq sistemlərində, həm də rəqəm verilişi sistemlərində, asinxron rejimdən isə yalnız İKM-tipli rəqəm verilişi sistemlərində istifadə olunur (paket kommutasiyası). Sinxron veriliş rejimində məlumat mənbəyi xəttə birdəfəliyə qoşulur, odur ki, bir saniyədəki qoşulmaların sayı dövrlərin (tsikllərin) ötürülmə tezliyinə bərabərdir (dövrün-tsiklin müddəti 125mks-dir).
Asinxron (paket) veriliş rejimində xəttə məlumatın az bir hissəsini təşkil edən (bir-neçə yüzdən bir neçə minə qədər bit) paket ötürülür. Məlumatların xəttə qoşulması ixtiyaridir (yəni buna ehtiyac olarsa). Şəkil 8.2.2-dən bunu görmək olar:
Şək. 8.2.2. İKM-tipli asinxron veriliş rejimində paketlərin ötürülməsinin zaman diaqramı.
Paketlərin kommutasiya mərkəzlərinin bir neçə növünü göstərək.
1. Körpü (bridge)-paket ötürülən mühiti ayrı-ayrı hissələrə (altşəbəkələrə) bölür və lazım gəldikdə altşəbəkə daxilində paketləri buraxır. Bir ədəd prosessor blokuna malik olur.
2. Kommutator (switch)-hər birinin ayrıca prosessoru olan körpülərin məcmusundan ibarətdir.
3. Marşrutlayıcı (router)-daha əlverişli marşrut seçməyə qadirdir və həmçinin müxtəlif şəbəkə texnologiyalı altşəbəkələrlə rabitə yaratmaq üçün paketin formatını dəyişə bilər.
4. Şlyuz (gateway) - çoxlu funksiyalar yığımına malikdir və müxtəlif tipli sistemi və proqram təchizatlı şəbəkələri birləşdirməyə qadirdir.
Bundan əlavə hər br məlumat üçün paketlərin optimal parametrləri tələb olunur. Məsələn, televiziya və ya telefon siqnallarının ötürülməsi üçün qısa paketlərdən istifadə etmək əlverişlidir, fayılların ötürülməsi üçün uzun paketlərdən istifadə edilməsinə yol verilməlidir (artıqlığın yaranmaması üçün). Bütün bunların həyata keçirilməsi üçün paketlərin strukturunun və parametrlərinin standartlaşması tələb olunur.
Standartlaşmanın geniş yayılmış növü informasiya mübadiləsinin protokollarının işlənməsidir. Protokol-qarşılıqlı informasiya mübadiləsində obyektlər arasında informasiya əməliyyatlarının həyata keçirilməsi üçün müqavilədir (məlumatların formalaşmasının idarə olunması, xətalar aşkar edildikdə nəzarət informasiyasının formalaşması və s.). İnformasiya ən aşağı səviyyəli protokollardan istifadə etməklə uzaq məntəqələrə ötürülür, sonra isə getdikcə interfeyslərdən istifadə etməklə yuxarı qaldırılaraq axırıncı məntəqəyə çatdırılır. Hər bir şəbəkə üçün uzaq məntəqələr arasında qarşılıqlı əlaqə üsulunu müəyyən edən protokollar yığımı və qonşu səviyyələr arasında qarşılıqlı əlaqə üsulunu müəyyən edən interfeyslər yığımı tələb olunur. Bu cür yığım protokolların paketi adlanır.
Hal-hazırda müxtəlif səviyyəli çoxsaylı protokollar hazırlanmışdır. Məsələn, yeddi səviyyəli etalon qarşılıqlı təsir (aşağı səviyyədən başlayaraq): fiziki, kanal, şəbəkə, nəqliyyat, seans (növbəli), verilənlərin təqdim edilməsi və tətbiqi səviyyələr. Birinci üç səviyyə verilənlərin ötürülməsi və marşrutlaşma üçün, sonuncu üç səviyyə isə istifadəcilərə xidmət üçün nəzərdə tutulur. Dördüncü səviyyə üç aşağı və üç yuxarı səviyyələrin biri-birilə calanmasını (birləşməsini) təmin edir.
|