Kommutasiya olunmayan şəbəkələrin üstünlüyü ondadır ki, informasiya zaman itkisi olmadan ötürülür və çağırılan -nin ünvanının ötürülməsi lazım gəlmir. Bununla belə -ın artması ilə birləşdirici kanalların (xətlərin) sayı da kəskin artır. Məsələn, -in sayı -qədər olarsa, kanalların sayı olur. Kanalların sayını azaltmaq üçün kommutasiya olunan İÖPS-dən istifadə olunur. Bu halda öz aralarında bilavasitə yox, bir və ya bir neçə kommutasiya qovşaqları (KQ) ilə birləşdirilir. Beləliklə də, kommutasiya olunan İÖPS -dən, KQ-dən və birləşdirici kanallardan (xətlərdən) ibarət olur. Buna misal olaraq şək. 8.1.2-də kommutasiya olunan telefon şəbəkəsinin struktur sxemi verilmişdir.