15.4. Mütəhərrik radiorabitə sistemlərinin (MMRS) siniflərə bölünməsi
MMRS-lər imkanların müxtəlifliyi ilə xarakterizə olunurlar. Onlar bir-birindən mürəkkəblik dərəcəsinə, təklif olunan xidmətlərin həcminə və istismar xərclərinə görə fərqlənirlər. Bütün bu sistemlərin əsas xüsusiyyəti odur ki, istifadəçilərdən ən azı birinin mütəhərrik olması və onun terminalının, rabitə şəbəkəsi ilə məftilli birləşmələrin olmamasıdır.
MRRS mürəkkəblik dərəcəsinə və təklif olunan xidmət həcmlərinə görə aşağıdakı kateqoriyalara bölünürlər:
-fərdi radioçağırış sistemləri (FRÇS);
- məftilsiz telefoniya sistemləri (MTFS);
- trankinq sistemləri (TS);
- şanşəkilli mütəhərrik rabitə sistemləri (ŞMRS);
- fərdi peyk rabitə sistemləri (FPRS);
- yerli (lokal) hesablama şəbəkələrinə məftilsiz müdaxilə sistemləri.
15.5. Fərdi radioçağırış sistemləri (FRÇS)
FRÇS (peycinq) dedikdə, xidmət zonası hüdudunda birtərəfli verilişi təmin edən rabitə xidməti nəzərdə tutulur (paging- ‘’çağırış’’-ing). Birtərəfli rabitə – baza stansiyasından [hansı ki, çağırışların işlənilməsi (emalı) mərkəzi ilə əlaqəlidir] seçilmiş mütəhərrik stansiyaya tərəf olur. Mütəhərrik stansiya yalnız siqnalın qəbulu üçün işləyir, bütün radioyayım siqnallarından, yalnız ona ünvanlananı seçir. Peycinq sisteminin inkişafının başlanğıc mərhələsində qəbul olunan radiosiqnalın vəzifəsi çox sadə: ‘’Zəngi’’, yəni səs siqnalları generatorunu isə salmaq idi. Hal-hazırda qəbul olunmuş məlumat, hərf-rəqəm simvolları ardıcıllığı və qısa nitq məlumatı şəklində olur. Peycer, unikal (nadir) ünvanlı məlumatı göndərmək yolu ilə seçilir. Adətən, məlumatın ötürülməsi zamanı TM-dən istifadə olunur.
Peycer –siqnalın əks istiqamətdə ötürülməsi üçün nəzərdə tutulmadığından çox sadə qurğudur, az enerci tələb edir və kiçik ölçülərə malik olur. Bunların divarlarını keçə biləcək güclü siqnalları baza stansiyası tərəfindən şüalandırılır. BS və konkret peycer arasındakı birtərəfli rabitə, birləşmənin asimmetriyası nəzərə alınmaqla optimallaşdırılır.
Standart peycinq sistemi aşağıdakılardan ibarətdir:
- çağırışların işlənilməsi (emalı) mərkəzi, bura verilmiş istifadəçiyə nitq və ya hərf-rəqəm məlumatını göndərmək üçün sorğu istiqamətləndirmək (göndərmək) olar;
- bir neçə 100 MHs tezliyində işləyən baza vericisi;
- müəyyən sayda qəbuledicilər (peycerlər).
Peycinq sistemlərinin xidmət zonalarının ölçüləri, kiçikdən -bir antenalı (lokal) və çox da böyük olmayan xidmət zonasından başlayaraq, regionala qədər, yəni müəyyən qaydada yerləşdirilmiş çoxlu sayda antenalardan ibarət ola bilərlər.
Regionalların xidmət zonası, bütün ölkəni əhatə edə bilər (Ümumavropa sistemi olan ERMES sistemi də vardır). Peycinq rabitə sisteminin inkişafı, əks rabitə kanalının daxil edilməsi ilə bağlıdır. Burada məlumatın qəbulunun təsdiqi əks rabitə kanalı ilə edilir.
Son illər mobil telefonların çox populyarlığı sayəsində peycinq sistemlərinin inkişafı tempi aşağı düşmüşdür. Görünür, peycinq sistemləri, yalnız məftilsiz xidmət bazarının xüsusi seqmentində tətbiq şansını saxlayırlar, həmçinin məsafədən idarəetmə kimi sahələrdə də tətbiq edilə bilərlər.
|