İdarə olunan obyektlərin tipləri




Download 1,76 Mb.
bet2/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   2   3   4   5   6   7   8   9   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

13.2. İdarə olunan obyektlərin tipləri


İdarə orqanı olan və uçuş trayektoriyasını dəyişən uçan aparatlar (UA) və ya kosmik aparatlar (KA) idarə edilən obyeklər adlandırılır.
İdarə edilən obyektlər mühərrikə və ya idarə orqanlarına malik olur. İdarə edilən obyektlər aşağıdakı tiplərə ayrılır:”yer-yer”,”yer-hava”,”hava-yer”,”hava-hava”. Burada yer
məfhumu su səthinə və su altına da aiddir.
Taktiki xüsusiyyətlərinə görə idarə edilən obyektlər aşağıdakı tiplərə bölünürlər: ballistik uçan obyektlər, təyyarə tipli uzaq uçan mərmilər, idarə olunan aviamərmilər, torpedalar, reaktiv mərmilər.
Trayektoriyası mühərriki işləyən, aktiv uçuş sahəsi adlandırılan (AS) sahəsindən başqa, sərbəst atılmış cismin trayektoriyası kimi olan mərmilər, ballistik uçan obyektlər (BR) adlandırılır (şək.13.5).
Hədəfə dəqiq düşmək üçün BR (ballistik raket) mühərrik söndürülən anda onun sürəti müəyyən qiymətə və istiqamətə malik olmalıdır. Bu kəmiyyətlərə idarəedici qurğular vasitəsilə nəzarət edilir və idarə olunur. BR uçuş uzaqlığı bir neçə kilometrdən (taktiki BR) bir neçə min kilometrə (strateji BR) kimi olur. BR (ballistik raket) yer səthindən, gəmidən və sualtı qayıq­dan buraxıla bilər. BR uçuş müddətinin çoxunu sərbəst atılmış cismin trayektoriyası boyunca uçurlar.





Şək.13.5. Ballistik uçan obyektlər


Təyyarə- mərminin (TM) bütün hərəkət müddətində mühərriki işləyir. Bu mərminin qaldırma qüvvəsi qanad­ların hesabına əldə edilir. Bu mərmi demək olar ki, yer səthindən sabit hündürlükdə uçur və onların uçuş uzaqlığı BR (ballistik raket) uçuş uzaqlığı kimidir.
İdarə olunan mərmilər sərbəst düşən cisimlərdir. Onlar kiçik ölçülü qanadlara malik olur və düşmə trayektoriyası cüzi dəyişir. Bu mərmilər təyyarələrdən atılır və idarə olunur. Radiotexniki vasitələrin tətbiqi ilə hədəfə yönəldilən və havadan müdafiə uçan obyektləri idarə edilən obyektlər zenit uçan obyektləri (HZR) adlandırılır. Uçuş trayektoriyasının başlanğıc və orta hissələrində «uçan obyekt-komanda-teleidarəedici» radiotexniki sistemi vasitəsilə idarə edilir və hədəfə yaxınlaşdıqda özü-özünə idarə sistemi işə başlayır. Başqa üsullarla idarə edilən mər­milər də mövcuddur.
Uçuşda olan obyektə müxtəlif qüvvələr təsir göstərir və onun trayektoriyası başlanğıc şərtlərdən asılıdır. Trayektoriyanı dəyişmək üçün obyekt xüsusi orqanlara malik olmalıdır və bu orqanlara təsir göstərən qüvvələr mütənasib dəyişməlidir. Bu məqsədlə obyekt üzərində müxtəlif istiqamətlərdə yerləşən idarə orqanları istifadə edilir. Bunlara hündürlük sükanı, idarə mühərrikləri (mühərrik özü hərəkət edir) və s. daxildir.



Download 1,76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İdarə olunan obyektlərin tipləri

Download 1,76 Mb.