|
RadiOİdarəetmə SİstemləRİ 13
|
bet | 7/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)14.4. Bort aparatları komplekti
Peykdə aşağıdakı radiotexniki aparatlar yerləşdirilir:
Qida mənbələri, silisium günəş batareyaları və kimyəvi cərəyan mənbələri.
Havanın işıqlı müddətində aparatlar günəş batareyalarından qidalandırılır. Kimyəvi qida mənbəyi isə günəş batareyası ilə bufer rejimində işləyir və qaranlıqda ondan istifadə edilir. Bir qida mənbəyindən o birinə keçmək üçün avtomatik qidalanma qurğusundan istifadə edilir. Bütün uçuş müddətində xüsusi datçiklərin köməyi ilə günəş batareyaları Günəşə doğru yönəldilir.
Bortda iki antena olur: birinci işçi, digəri isə ehtiyat. İşçidən ehtiyata keçməsi üçün peykin gövdəsini en kəsiyi oxu ətrafında 1800 döndərmək lazım gəlir. Peyk orbitə çıxarıldıqda antena gövdəyə sıxılır və orbitdə açılır. Peyk gövdəsi içərisində elektron qurğuları yerləşdirilir.
Bunlardan peyk retranslyatorunu, komanda ölçmə sistemini və bort hesablama qurğusunu göstərmək olar. Peykin işinə yerin radiasiya qurşaqlarının təsirini öyrənmək məqsədilə bortda dozimetrik aparatlar da yerləşdirilir.
14.5. Birləşdirilmiş bort apparatları.
Peyki yerə endirmək üçün yerdən peykə komandalar verilir. Bundan başqa, borta televiziya və ya telefon məlumatı da verilir. Bortdan yerə isə teleölçü nəticəsi və müşayət «mayak» siqnalı da verilir (yer səthi stansiyasının peyki müşayət etməsini təmin etmək məqsədilə bortdan yerə «mayak» siqnalı verilir). Yuxarıda qeyd edilən siqnalların bort retranslyatorunda qəbul edilməsi, komandalarının icra edilməsi, teleölçü nəticələrinin yerə ötürülməsi üçün aşağıdakı struktur sxemdən istifadə etmək olar (şəkil 14.3).
Antena vasitəsilə qəbul edilən siqnal birləşdiricidən keçərək qəbulediciyə verilir, gücləndirilir və sonra kanalları ayıran qurğuya verilir. Bu qurğudan kanallar, rabitə kanallarına və teleidarə kanallarına ayrılır. Sonra məlumat komanda dekoderinə verilir, bu isə idarəedici bort kompleksinə təsir edir. Burada alınan komandalar lazımı şəkildə dəyişikliyə uğrayır. Sonra həmin dəyişikliklərin necə dəyişməsini yoxlama teleeölçü vasitəsilə ölçürlər. Kodlanmış siqnallar birləşmə qurğusuna verilir.
Şəkil 14.3.Birləşdirilmiş bort aparatları.
|
| |