Thuraya peyk rabitə




Download 99 Kb.
Sana23.03.2020
Hajmi99 Kb.
#8650

9. THURAYA peyk rabitə sistemi
«Thuraya Satellite Telecommunications Company» şəxsi səhmdar cəmiyyəti Birləşmiş Ərəb Əmirliklərində 1997-ci ilin yanvar ayında yaradılmışdır və mobil peyk rabitəsi layihəsini reallaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu sistemin səhmdarlarının arasında Asiyanın, Şimali Amerikanın və Avropanın tanınmış rabitə operatorları və iqtisadi institutları var. THURAYA sisteminini yaradıcısı «Boeing Satellite Systems» kompaniyasıdır.

Digər PRS-lərdən fərqli olaraq THURAYA PRS qlobal radiorabitə yaratmaq imkanına malik deyil. Məsələn, ABŞ-da bu sistem vasitəsi ilə rabitə yaratmaq qeyri mümkündür. Lakin buna baxmayaraq Avropada, Avstraliyada, Asiyanın və Arikanın bir sıra ölkələrində stabil radiorabitə təmin olunur. Bu PRS-in 150 minə yaxın istifadəçisi var. Sistemin əhatə zonasına 112 ölkə daxildir (şək.18).

Şək.18.
THURAYA PRS aşağıdakı rabitə xidmətlərini təklif edir:

- faks rabitəsi (9,6 Kbit/san);

- verilənlərin ötürülməsi (9,6 Kbit/san);

- səs poçtu;

- SMS qəbulu və ötürülməsi.

Digər PRS-lər kimi bu sistem də 3 seqmentdən ibarətdir:

- kosmik seqment;

- yerüstü seqment;

- abonent seqmenti.

THURAYA PRS-in komponentləri aşağıdakılardır:

- geostasionar YSP-lər;

- ilkin birləşdirmə stansiyası;

- əsas sistemin birləşdirmə bazası;

- şəbəkəni idərə etmə sistemi;

- peykləri idərə etmə mərkəzi;

- operativ yardım mərkəzi;

- abonent xidməti və billinq mərkəzi;

- hasabat palatası;

- xidmət və təmir mərkəzi;

- reqional birləşdirmə stansiyaları.

Hal- hazırda THURAYA PRS-in kosmik seqmenti geostasionar orbitdə yerləşmiş iki YSP-dən ibərətdir. Hər iki peyk «Boeing Satellite Systems» kompaniyası tərəfindən yaradılmışdır. Hər bir YSP-nin iş müddəti 12-15 ildir. Bu peyklərin tərkibinə reflektorunun diametri 12,25 m olan parobolik antenna daxildir. Bu antenna informasiyanın rəqəmli emalı sistemi ilə birgə 13750 telefon danışığını emal etməyə qadirdir. Sistemi elektroenerji ilə təmin etmək üçün uzunluğu 34,5 m (eni 17 m) olan günəş batareyalarından istifadə olnunur. YSP-nin çəkisi 3200 kq təşkil edir. THURAYA sistemində istifadə olunan YSP-lər aşağadakı koordinatlarda yerləşir:

- «Thuraya-1»- 440 şərq uz. (21 oktyabr 2000-ci ildə Zenit-3SL raketi vasitəsi ilə buraxılmışdır);

- «Thuraya-2»- 28,50 şərq uz. (10 iyul 2003-cü ildə buraxılmışdır);

- «Thuraya-3»- 870 şərq uz. İstifadəsi planlaşdırılır.

THURAYA PRS-də dörd tip radioxətdən istifadə olununr:

- AT- YSP- 1626,5- 1660,5 MHs;

- YSP- AT- 1525- 1559 MHs;

- YSS- YSP- 6425- 6725 MHs;

- YSP- YSS- 3400- 3625 MHs.

THURAYA PRS-də abonentlər həm yalnız AT-lər vasitəsi ilə (AT-YSP-AT), həm də AT və yerli lokal şəbəkələr vəasitəsi ilə (AT-YSP-YSS-lokal yerüstü telefon şəbəkəsi) radiorabitə yarada bilərlər. YSS peyk rabitə sistemi ilə lokal telefon şəbəkələri arasında şlüz stansiyası rolunu oynayır və informasiyanın qəbulu/ötürülməsi, YSP-lərin idərə olunması, telefon danışıqlarının idarə olunması kimi əməliyyatları yerinə yetirir.

Sistemdə istifadə olunan AT-lər ölçülərinə görə 3 qrupa bölünür:

- kiçikölçülü mobil AT;

- avtomobil AT;

- stasionar AT.

Hal-hazırda THURAYA mobil AT-ləri öz ölçü və rabitə keyfiyyətinə görə GSM standartlı mobil telefonlara daha yaxındır. Belə AT-lərin ölçulərinin kiçildilməsi YSP-nin şüalandırma gücünün yüksəldilməsinə və YSP-nin antennasının ölçülərinin böyüdülməsinə səbəb oldu. YSP-lərin belə quruluşu AT-lərdə kiçik şüalandırma gücündən (0,65 Vt) istifadə etməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, adi şanvari mobil telefonların da şüalandırma gücü təqribən 0,65 Vt təşkil edir. THURAYA PRS-in ASCOM və HUGIES AT-ləri iki rejimdə- həm mobil peyk telefonu, həm də mobil şanvari telefon kimi istifadə oluna bilər. Bundan başqa AT-lərin təribində GPS qəbuledicisi də yerləşdirilir. Bu da öz növbəsində abonentin yerləşməsini 100 m dəqiqliklə təyin edə bilir.



10. İCO peyk rabitə sistemi
ICO Global Communications kompaniyası 1995-ci ildə yaradılmışdır. Lakin 2000-ci ildə kompaniyanın müflis olma təhlükəsi yaranır. Bir sıra sənmdərların dəstəyi nəticəsində kompaniya fəaliyyətə davam edir və New ICO adı altında tanınır. New ICO PRS-in baş qərargahı Londonda yerləşir. Hal hazırda bu sistem işlənmə mərhələsindədir.

New ICO PRS gələcəkdə səs və verilənlərin ötürülməsi, sürətli İnternet kimi xidmətləri təklif etməyi planlaşdırır. Sistemi qurulması başa çatdıqdan sonra, abonentlər qlobal mobil peyk rabitəsi ilə təmin olunmalıdırlar. New ICO PRS kosmik seqmentinin meyilliyi 450 olan iki müstəvidə yerləşən 12 YSP-dən təşkil olunacağı planlaşdırılır. Bunlərdan 10-u işlək, 2-si isə ehtiyat YSP olacaq. Orbitin hündürlüyü isə 10390 km seçilmişdir. YSP-lərin yer ətrafında fırlanma periodu isə 6 saat təşkil edir. YSP-nin çəkisi 2300 kq təşkil edir. Hər bir peykin potensial buraxma qabiliyyəti 4500 kanala bərabərdir.

YSP-lərin yerləşməsinin orta orbitdə seçilməsinin bir sıra üstünlüklər var:

- YSP-yə istiqamətin yer bucağının böyük olması nəticəsində relyefin və ya tikililərin rabitənin keyfiyyətinə təsirinin minimuma enməsi;

- YS-nin radiogörünüş zonasında bir neçə YSP-nin olması ehtimalının yükəkliyi. Bu da öz növbəsində rabitə üçün daha optimal YSP-nin sçilməsinə imkan yaradır;

- YSP- nin YS-yə nəzərən çox aşağı sürətlə hərəkət etməsi. Bunun nəticəsində radiorabitənin stabilliyi artır.



New ICO PRS yerüstü seqmenti 12 YSS-dən ibərətdir. Bu YSS-lər müxtəlif qitələr üzrə paylanmışdır və İCONET adlı yerüçtü şəbəkə formalaşdırırlar. Hər bir YSS-nin tərkibində 5 ədəd parobolik antenna var. Bunlardan biri ehtiyat digərləri isə radiogörünüş zonasında olan YSP-lərlə rabitə yaratmaq üçün nəzərdə tutulmuşdur. New ICO PRS-də kanalların tezlik üzrə və zaman üzrə bölünməsindən istifadə olunur.

New ICO PRS-in AT-ləri həm peyk rabitəsi həm də şanvari mobil rabitə rejimlərində işləmək qabiliyyətinə malkidir.
Download 99 Kb.




Download 99 Kb.