RadiOİdarəetmə SİstemləRİ 13




Download 1,76 Mb.
bet8/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

14.6. Peyk retranslyatorunun struktur sxemi


Peyk retranslyatorunun vasitəsilə telefon rabitəsi yaratmaq və televiziya proqramını ötürmək mümkündür. Peyk avadanlığı elə olmalıdır ki, ondan bir neçə məqsəd üçün istifadə oluna bilsin. Yəni, peyk retranslyatoru vasitəsilə rabitə siqnalından başqa, telemetrik siqnalın verilişi və qəbulu imkanının da olması məqsədəuyğundur. Şəkildə göstərilmiş peyk və retranslyator vasitəsi ilə telefon rabitəsi və ya televiziya verilişinin ötür­mək olar.
Ötürülən məlumat yer tərəfindən müəyyənləşdirilir və buna əsasən yerdən verilən komandaya əsasən iş rejimi 1 və 2 rejiminə çevrilə bilər (şəkil 14.4)
1-vəziyyətdə telefon, 2-vəziyyətdə isə televiziya verilişləri yaranır. Yer stansiyasından şüalandırılan siqnal peyk retranslyatoru tərəfindən qəbul olunur və giriş qurğusu vasitəsilə İYT gücləndiricisinə ötürülür. İYT–də gücləndirilmiş siqnal, qarışdırıcıya verilir, burada geterodin tezliyi ilə qarışdırıldıqda fərq tezliyi alınır. Aralıq tezlikli siqnal çəngəl süzgəcinə ötürülür (1 –vəziyyətində, bu hal telefon rabitəsi üçündür). Çəngəl süzgəcindən sonra siqnal iki istiqamətə ayrılır.
Peyk orbitdə hərəkət edərkən bir stansiyadan uzaqlaşıb o birinə yaxınlaşır. Bu halda müxtəlif istiqamətlərdə siqnallar müxtəlif cür gücləndirilir. Çəngəl süzgəcindən alınan siqnallar gücləndirilir, məhdudlanır və daha sonra tezlik vurucusuna verilir. Hər iki qurğuda vurma əmsalı İT-dir. Tezlik vurucularının çıxışından siqnallar cəmləyici qurğuda cəmləndikdən sonra, qarışdırıcıya verilir. Qarışdırıcıda geterodin tezliyi ilə qarışdırıldıqdan sonra, alınan çıxış tezlikli siqnal İYT gücləndiricisində gücləndirilir və çıxış qurğusu vasitəsi ilə antenaya ötürülür.





Şəkil 14.4. Geterodin tipli bort retranslyatorunun struktur sxemi



Peyk rabitə sistemlərində stabiliyi təmin etmək və geterodin gərginliyi almaq üçün kvars generatorundan istifadə edilir. Kvarsın tezliyi aşağı olduğundan lazımi geterodin tezliyini almaq üçün qəbul və vericidə kvarsın müxtəlif harmonikalarından istifadə olunur. Yer stansiyalarının verici qurğularının gücünü böyük götürmək lazım gəlir ki, «yer-süni peyk» trassında siqnalın böyük qiymətini təmin etmək mümkün olsun. Süni peykdə isə enerji ehtiyatları məhduddur. Buna görə də verici qurğunun gücünü böyük götürmək mümkün olmur.
Bu halda süni «peyk-yer» trassında siqnal/maneə nisbətini artırmaq üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, siqnal/maneə nisbətini artırmaq üçün tezlik deviasiyasını artırmaq yaxşı nəticə verir.



Download 1,76 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



RadiOİdarəetmə SİstemləRİ 13

Download 1,76 Mb.