|
RadiOİdarəetmə SİstemləRİ 13
|
bet | 6/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)14.2. «Molniya» peyk rabitə sistemi
1965-ci ildə Sovet İttifaqında «Molniya» peyk rabitə sistemi buraxılmışdır. Bu sistem birtərəfli televiziya və yaxud iki tərəfli çoxkanallı telefon, teleqraf və fototeleqraf məlumatlarının verilməsini və qeyd edilməsini təmin edir. Bu sistemin orbital parametrləri belədir:
Apogey 40.000 km, perigey 550 km
Orbit müstəvisinin ekvator müstəvisi ilə əmələ gətirdiyi bucaq 63-650. Molniya-1 sistemi üçün parametrlər uyğun olaraq 39957 km, 548 km və 650-dir. Bu peyk rabitə sisteminin siderik periodu 12 saatdır; yəni sutka ərzində peyk yer ətrafında iki dəfə dövr edir. Periodun belə seçilməsi SSRİ üçün əlverişlidir. Birinci dövr müddətində peyk SSRİ üzərindən uçaraq (şərq yarımkürəsi) 9 saat müddətində SSRİ-nin istənilən nöqtələri arasında və bir sıra Avropa və Asiya dövlətləri ilə SSRİ arasında rabitə yaratmağa imkan verir. Bu dövr müddətində isə peyk Şimali Amerika (qərb yarımkürəsi) qitəsi üzərindən uçur. Bu uçuş müddətində yerdən verilən komandalar mövcud olan iki recimdən birinin yaradılmasına imkan verir. Peyk rabitə sistemləri 3-11 QHs tezlik diapazonunda işləyə bilərlər. Hal hazırda 3,4-8,4 QHs diapazonunda işləyirlər.
Peyk rabitə sistemlərini başqa rabitə sistemlərindən fərqləndirən İki xüsusiyyət var.
1.Yer kürəsi və peyk qarşılıqlı hərəkət edərkən Dopler tezlik sürüşməsi yaranır. Yəni şüalanan tezliklə qəbul edilən tezlik arasında fərq var.
2. Rabitə uzaqlığı olduqca böyük olduğundan (Moskva-Vladivostok) radiodalğaların yerdən peykə, peykdən yerə sərf etdiyi vaxt (gecikmə) böyük alınır (0,27 san). Bu isə telefon danışıqlarında pauzaların əmələ gəlməsinə səbəb olur ki, nəticədə rabitə çətinləşir.
14.3. Aktiv peyk aparatlarına olan tələblər
Yerin süni peyklərinin bortunda yerləşdirilən radiotexniki aparatlara olan əsas tələblər aşağıdakılardır:
Minimal çəki və ölçü.
Apparatların çəkisinin bir qədər artırılması uyğun olaraq uçan obyekt yanacağının kəskin artırılmasını tələb edir.
2. Yüksək F.İ.Ə., yəni elə qurğulardan istifadə etmək lazımdır ki, onların qida mənbələrindən tələb etdiyi enerji sərfi minimal olsun.
3. Qurğular yüksək etibarlılığa malik olmalıdır, çünki peykin bortunda mexaniki titrəmələrə, silkələnmələrə məruz qalırlar.
Digər tərəfdən bortda t0-ur, təzyiq kəskin dəyişir və nəhayət bütün aparatlar kosmik və rentgen şüalanmasına məruz qalırlar. Bunun üçün aparatların tərkib hissələri hazırlandıqda, onlar bir sıra xüsusi sınaqlardan keçirilir və konstruksiya nöqteyi-nəzərindən möhkəmləndirilir. Bortda normal temperatur yaratmaq üçün aparatlar xüsusi istilik ötürənlər vasitəsilə peykin gövdəsinin xarici hissəsi ilə birləşdirilirlər. Kosmik rentgen şüalanmasının və başqa təsirləri azaltmaq üçün yarımkeçirici cihazlar və günəş batareyaları xüsusi örtüklərlə örtülürlər. Bunlara baxmayaraq, yenə də aparatların sıradan çıxma ehtimalı böyük olur. Bu, rezervləmə ilə aradan qaldılır.
|
| |