|
Özü-özünə tuşlama sistemləri
|
bet | 5/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)13.5. Özü-özünə tuşlama sistemləri
Mərmidə yerləşdirilmiş koordinator vasitəsi ilə onu hədəfə tuşlayan sistem özü-özünü tuşlama adlandırılır. Bu sistemlərdə hədəfə olan istiqamətin və idarə olunan mərmiyə olan istiqamətindən meyl etməsi radiotexniki, istilik və ya optik bucaqölçən qurğular vasitəsilə təyin edilir. İlk şüalanma mənbəyinin yerləşdiyi yerdən asılı olaraq aktiv (verici mərmidə yerləşir), yarım aktiv (verici mərmidən kənarda) və passiv (şüalanma mənbəyi hədəfidir) özü-özünə tuşlama sistemləri mövcuddur.
Özü-özünə tuşlama sistemlərində bort qurğuları şüalanma mənbəyinə olan istiqaməti bərabər siqnal metodları ilə təyin edir. Mərminin oxu (və onunla əlaqədar olan bərabər siqnal oxu) ilə hədəfə olan istiqamət arasında fərq olduqda idarəedici siqnal yaranır. Bu siqnal mərmiyə elə təsir göstərir ki, o, hədəflə görüşməni təmin edən trayektoriya boyunca hərəkət edir (şək. 13.12). Öz-özünə tuşlama sistemlərində izləmə və paralel yaxınlaşma metodları istifadə edilir.
Hədəfə olan istiqamət təyin edildikdən sonra şüalanma diaqramına malik və yüksək bucaq seleksiyası təmin edən bucaq ölçü sistemlərindən istifadə edilir. Aktiv və yarımaktiv özü-özünə tuşlama sistemlərində bucaqölçən uzaqlığa görə yüksək həlletmə və maneələrə qarşı yüksək davamlılıq təmin edilir.
Şəkil 13.12 Özü-özünə tuşlama sistemləri
FƏSİL XIV
PEYK RADİOTEXNİKİ SİSTEMLƏRİ
14.1. Aktiv və passiv peyk radiotexniki sistemləri
Peykin bortunda yerləşdirilən aparatlara görə peyk radiotexniki sistemləri iki yerə ayrılır. Əgər peykin bortunda radioelektron qurğuları yerləşdirilərsə, belə peyk qurğuları aktiv, bortunda yalnız elektromaqnit dalğalarını əks etdirən anten olan peyklər isə passiv peyk sistemləri adlandırılır.
Aktiv peyk rabitə sistemlərində peykin bortunda siqnalları qəbul edib gücləndirərək, onların tezliyini çevirən və sonra yer səthi stansiyasına verən retranslyator yerləşdirilir (şəkil 14.1).
Şəkil 14.1.Aktiv peyk retranslyatorunun struktur sxemi.
Bu halda, ola bilər ki, qəbul olunan siqnal, həmin anda şüalandırılır. Belə sistemlər ani retranslyasiyalı sistemlər adlanır. Elə sistemlər də var ki, onlar qəbul etdikləri siqnalı bir müddət keçdikdən sonra şüalandırırlar. Belə sistemlər gecikdirməli retranslyasiyalı sistemlər adlandırılır. Belə sistemlərdə peyk bir yer səthi stansiyası üzərindən uçduqda ondan məlumatı qəbul edib yaddaş qurğusuna yazır. Bir müddət keçdikdən sonra peyk o biri yer səthi üzərində olan stansiya üzərindən uçduqda, məlumatı ona verir və yeni məlumat alıb yaddaş qurğusuna ötürür (şəkil 14.2).
Şəkil 14.2. Gecikdirməli retranslyasiyalı sistemlər
Ani retranslyasiyalı sistemlərdə rabitə müddətində hər iki yer səthi stansiyasının peykinin radiogörmə zonasında yerləşməsi vacib olduğu halda, gecikdirməli retranslyasiyada bu tələb olunmur. Məhz buna görə də yer səthi stansiyaları arasında məsafə böyük olduqca, ani retranslyasiyalı gücləri daha yüksək orbitlərə buraxmaq lazım gəlir. Əksinə, gecikdirməli retranslyasiyalı peyklər aşağı orbitlərdə də uça bilərlər. Bununla əlaqədar olaraq gecikdirməli retranslyasiyalı peyklərin verici göstəriciləri daha yüksəkdir, yəni vericinin gücü kiçik, qəbuledicinin həssaslığı aşağı, antenanın ölçüləri isə kiçik götürülə bilər. Gecikdirməli retranslyasiyalı peyklərin çatışmayan cəhəti bort aparatlarında yaddaş qurğusunun olması hesabına mürəkkəbləşdirilməsidir. Ani retranslyasiyalı peyk sistemlərinin orbitləri daha yüksək olduğundan, bu sistemlərdə istifadə edilən yer səthi stansiyalarının vericilərinin gücü böyük, qəbuledicinin həssaslığı yüksək, antennanın ölçüləri çox böyük (antenanın diametri d≈25 m) olur.Aktiv və passiv peyk sistemini müqayisə etdikdə aşağıdakıları qeyd etmək lazımdır.
Passiv peyk sistemlərində bortda heç bir gücləndirici qurğu olmadığından, yəni passiv əks etdirici səthdən istifadə edildiyindən sistemin etibarlığı yüksək alınır. Digər tərəfdən eyni bir peyk istənilən miqdarda yer səthi stansiyaları tərəfindən istifadə edilə bilər. Bu halda bortda heç bir əlavə qurğu yerləşdirmək tələb olunmur. Əksinə, aktiv peyk sistemlərində yer səthi stansiyalarının sayı artdıqda bort retranslyatorunun ya tezlik buraxma zolağı genişləndirilməli və ya bortda yeni komplekt apparatlar yerləşdirilməlidir. Hal-hazırda hansı tip peykdən istifadə edilməsi hansı məsələlərin həll edildiyi (nə kimi məlumatlar verildiyi) və enerci siqnalları ilə təyin edilir.
Radiotexnikanın indiki inkişaf mərhələsində yalnız aktiv peyklərdən istifadə edilməsi qarşıya qoyulan məsələlərin həll edilməsinə imkan verir. Radiotexnikada hal hazırda bir qayda olaraq genişzolaqlı siqnallar verilir və bunu aktiv peyk sistemləri həll edir.
Peyklərin hərəkət trayektoriyası və bununla əlaqədar olaraq peykin radiogörmə zonası peykin orbital parametrləri ilə təyin edilir. Bu parametrlərə peykin uçuş trayektoriyasının müstəvisi ilə ekvator müstəvisi arasında əmələ gələn meyl bucağı, peykin yer səthindən olan maksimal məsafəsi-apogey və peykin yer səthindən olan minimal məsafəsi -perigey aiddir. Apogey və perigey arasındakı nisbətdən asılı olaraq orbitlər iki cür olur: dairəvi və elliptik.
Ellipsin oxları arasındakı nisbət böyük olarsa belə orbit kəskin dartılmış elleptik orbit adlanır. Dairəvi orbit üzrə uçan peyklərdə peykin yer səthi ətrafında fırlanma sürəti:
ifadəsi ilə təyin edilir. Burada r-orbitin radiusu olub, peyk ilə yerin mərkəzi arasındakı məsafədir.
Peykin yer səthi ətrafında fırlanma periodu düsturu ilə tapılır və bu period siderik (ulduz) periodu adlanır.
Siderik period yerin fırlanmasını nəzərə alınır. Yer səthi üzərində yerləşən müşahidəçi üçün peykin fırlanma periodu yalnız siderik periodla deyil, peykin yerə nisbətən hərəkəti ilə təyin ediləcək. Belə ki, peyk ekvator müstəvisində yerin fırlanması istiqamətində (qərbdən şərqə) hərəkət edərsə və onun periodu 24 saata bərabər olarsa, bu halda müşahidəçi üçün peykin fırlanma periodu sonsuz olacaq, çünki peyk həmin müşahidəçi üçün hərəkətsiz olacaq. Belə orbit stasionar orbit adlanır. Stasionar orbit üzrə uçan peyklər yer kürəsinin qütb rayonu ilə rabitə yaratmağa imkan vermir. Daha geniş imkanlara elliptik orbit üzrə uçan peyklər malikdir.
Qlobal rabitə yaratmaq məqsədi ilə yer səthindən 36000 km. hündürlükdə uçan və yerin mərkəzi ilə 1200 bucaq əmələ gətirən üç ədəd stasionar peykdən istifadə etmək kifayətdir.
|
| |